Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

Cənab Rəhbər Parlament nümayəndələri ilə görüşdə

Cənab Rəhbər Ayətullah Xameneinin İslam Şura Məclisi nümayəndələri ilə görüşdə toxunduğu nöqtələr
Ayətullah Xamenei çərşənbə günü İslam Şura Məclisinin rəisi və nümayəndələri ilə görüşdə 9-cü məclisin son iş ilində ciddi təlaş göstərmək lazım olduğunu vurğuladı. Cənab Rəhbər bildirdi ki, heç bir halda seçki kampaniyasının işə təsiri olmamalıdır, digər dövlət strukturları, hakimiyyət sturkturları, o cümlədən dövlətlə anlaşma əldə edilməlidir. Cənab Rəhbər 6-cı proqram qanununun araşdırılması, şəmsi 1395-ci il üçün büdcə, üsul-idarənin prinsiplərinə diqqəti məclis nümayəndələrinin mühüm vəzifəsi kimi vurğulayaraq buyurub: Ölkənin iqtisadi problemlərinin, o cümlədən nüvə mövzusunun həll yolu potensial imkanlara güvənmək, müqavimət iqtisadiyyatına etimad göstərməkdir. Ölkədə çıxılmaz vəziyyət, dalan yoxdur. Problemlərin həlli yolu daxili istehsalı gücləndirmək, maliyyə sahəsində inzibatçılığa riayət etməkdir.
Cənab Rəhbər Ayətullah Xamenei bu görüşdə 9-cü məclis nümayəndələrinə ciddi təlaşları və müsbət addımlarından dolayı təşəkkürünü bildirdi. Nümayəndələrin nəzərinə çatdırdı ki, qalan bir il fürsəti qənimət saymaq lazımdır və buyurdu: Ehtiyatlı olun ki, bu müddətdə ilin sonundakı seçkilər sizin söz və işinizə təsir göstərməsin, yeganə meyarınız həqiqət olsun. Cənab Rəhbərin məclis nümayəndələrinə ikinci tövsiyəsi bu oldu ki, 6-cı proqrama diqqət yetirilsin, ilin sonunda tələskənliyə yol verilməsin.
Cənab Rəhbər Ayətullah Xamenei buyurdu: 6-cı proqram qanunu mühümdür. Dövlətlər bu proqrama əməl etməyə vəzifəlidirlər. Xalqın həyatı da bu qanunun təsiri altında olacaq.
Cənab Rəhbər üçüncü tövsiyəsində İslam Cümhuriyyətinin digər qüvvələri, xüsusilə dövlətlə anlaşmalar mövzusuna toxunaraq buyurdu: Dövlət müxtəlif qüvvələr, qurumlar arasında vasitəçilik məsuliyyəti daşıyır. Onun müvəffəqiyyəti digər qurumaların da fəaliyyətlərinə təsirlidir. Buna görə də dövlətlə anlaşmaq, qəlb və dildə bir olmaq lazımdır.
Cənab Rəhbər hüsni-zənn nikbinliyi anlaşmanın əsas şərti kimi vurğuluyaraq buyurdu: Süi-zənn, bədgümanlıq, qarşı tərəfi sazişçilik və xəyanətdə ittiham etməklə anlaşma əldə olunmaz. Təbii ki, hüsni-zənn, xoşgümanlıq dedikdə də aldanmaq nəzərdə tutulmur.
Ayətullah Xamenei anlaşmanın girovçuluqdan fərqləndiyini vurğulayaraq buyurdu: Məclis nümayəndələrinin və nazirlərin anlaşmada əsası qanuni vəzifə və milli mənafe olmalıdır. Onlar bir-birindən imtiyaz almamalıdırlar.
Cənab Rəhbər məclisdəki komissiyalarda nazirlərlə hörmətlə rəftar olunmasını anlaşmanın zəruri şərti kimi vurğulayaraq buyurdu: Nə nümayəndələr alçaldıcı münasibət göstərməli, nə də dövlət və nazirlər səltənət mövqeyindən baxmalıdır. Hər halda, bütün mərhələlərdə ədəb qaydalarına riayət olunmalıdır.
Cənab Rəhbərin məclis nümayəndələrinə dördüncü tövsiyəsi müqavimət iqtisadiyyatı ilə bağlı idi. Ayətullah Xamenei bu mövzuda zərif nöqtəyə işarə ilə buyurdu: Ölkədə müqavimət iqtisadiyyatı ilə bağlı sözbirliyi var. Amma qəlb birliyi də lazımdır. Müqavimət iqtisadiyyatına bütün vücudumuzla inanmalıyıq. Cənab Rəhbər vurğuladı ki, ölkənin daxili problemlərinin həlli yolu müqavimət iqtisadiyyatı və daxili istehsalın gücləndirilməsidir. İslam Şura Məclisinin daxili istehsala mane olan amilləri aradan qaldırmasına alqışlayan rəhbər buyurdu: “Əgər biz istehsalı gücləndirsək, potensial imkanlardan istifadə etsək daxili imkanları həll etməkdən əlavə xarici məsələləri o cümlədən nüvə məsələsini asanlıqla həll edə bilərik. Cənab Rəhbər xatırlatdı: Nüvə məsələsinin həlli üçün yollar var. Bütün yollar daxili imkanlara, daxili istehsala güvənməklə əlaqəlidir. Ayətullah Xamenei buyurdu: Amerika, Qərb və sionizmlə olan problemlərimiz çərçivəsində nüvə mövzusundan əlavə insan haqları kimi iddiaların olduğunu proqnozlaşdırırıq. Əgər daxili imkanlara güvənsək, daxili problemləri həll etsək, o biri problemlərin həlli asan olacaq.
Cənab Rəhbər məclis nümayəndələrinə xitabən buyurdu: Bu əsasla 6-cı proqram qanunu araşdırılmalı, gələn ilin büdcəsi üzərində işlənilməli, müqavimət iqtisadiyyatına xususi diqqət yetirilməli, boşluqlar aradan qaldırılmalıdır.
Cənab Rəhbər əlavə etdi: Dövlətin dostları istehsalın gücləndirilməsi ilə bağlı deyirlər ki, bizim mənbə çatışmazlığımız var. Mən də bunu bilirəm. Sanksiyalar da mənbə çatışmazlığına təsirlidir. Amma belə bir şəraitdə ciddi şəkildə çıxış yolu axtarmalıyıq.
Cənab Rəhbər Ayətullah Xamenei proplemlərdən çıxış yolu olduğunu vurğulayaraq buyurdu: Mənbə çatışmazlığı açılmayan düyün deyil. Sadəcə, daxili mənbələrin ixtisaslaşdırılması və maliyyə inzibatçılığında proqramlaşdırma olmalıdır.
Cənab Rəhbər buyurdu: Belə bir şəraitdə lazım olmayan yerə pullar xərclənir. Buna görə də dövlət, məclis, məhkəmə, silahlı qüvvələr, və başqa qurumlar düzgün idarəetmə, maliyyə inzibatçılığına diqqətlə mənbələri münasib və proqramlı şəkildə bölməlidirlər.
Cənab Rəhbər Ayətullah Xamenei bəzi qurumların, xüsusi ilə silahlı qüvvələrin heç bir büdcə artımı olmadan iki qat artıq çalışdığını yada salaraq buyurdu: Bu nümunələr göstərir ki, mənbə çatışmazlığı şəraitində də problemləri həll etmək olar.
Cənab Rəhbərin digər bir tövsiyəsi nümayəndələri cümhuriyyətin prinsipial mövqelərinə diqqətli olması idi. Cənab Rəhbər 9-cü məclisin məqbul, müsbət, bəzən mütərəqqi mövqeyini yada salaraq buyurdu: Məclis nümayəndələri daim üsul-idarənin prinsipial mövqelərinə diqqət yetirməli, bu barədə böyük imamın buyuruqlarını, vəsiyyətnaməsini meyar kimi qəbul etməlidir.
Cənab Rəhbər təkidlə vurğuladı: Əgər məclis daim üsul-idarənin prinsipial mövqelərinə diqqətli olsa imperializmin təhlükəli uçurumuna yuvarlanmaq qorxusu olmaz. Amma belə bir möhkəmlik olmasa təhlükə böyükdür.
Ayətullah Xamenei söhbətinin davamında nüvə məsələsinə toxunaraq buyurdu: Bizim nüvə məsələsi ilə bağlı mövqeyimiz bu vaxta qədər xalqa bəyan etdiklərimizdir. Bunu şifahi, yazlı şəkildə məsullara da çatdırmışıq. Əlbəttə ki, bəzi məsələlər xüsusi, qapalı çərçivədə bildirilib.
Cənab Rəhbər bildirdi ki, müzakirə aparanlar, məsullar ciddi şəkildə çalışır. Ayətullah Xamenei buyurdu: Müzakirə aparanlar əvvəlcədən elan olunmuş mövqedə möhkəm dayanmalıdırlar. Ümid edirik ki, onlar ölkə, nizamın mənafelərini təmin edə biləcəklər.
Həzrət Ayətullah Xamenei söhbətinin əvvəlində rəcəb, şəban və ramazan aylarının böyük imkanlarından danışdı. Bildirdi ki, bütün məsullar, o cümlədən nümayəndələr bu dövrdə Allahla rabitələrini möhkəmləndirməyə ehtiyaclıdırlar. Rəhbər buyurdu: Bu aylara aid nəql olunmuş dualardan istifadə etməklə, Quranla rabitə və nafilələrlə Allahla yaxın rabitə üçün zəmin hazırlamaq lazımdır.
Cənab Rəhbər buyurdu ki, biz hamımız məsuliyyət daşıdığımız dövrə görə Allah qarşısında cavabdehik. Cənab Rəhbər nümayəndələrin son ildəki məsuliyyətlərini yada salaraq buyurdu: Hərəkətlərimiz daim ilahi hüquqlara riayət çərçivəsində olmalı, sözümüz düz, baxışımız dəqiq olmalıdır.
Cənab Rəhbərin çıxışından öncə İslam Şura Məclisinin rəisi cənab Laricani məclisin ötən üç ildə işi barədə məlumat verərək dedi: Bu müddətdə 120 qanun qəbul olunub, onların çoxu iqtisadi ehtiyacların aradan qaldırılması, istehsalın inkişafı üçündür. Məclis rəisi istehsala mane olan səbəblərin qanunla aradan qaldırıldığını, mal və valyuta qaçaqmalçılığına qarşı tədbir görüldüyünü, aztəminatlı təbəqə üçün zəruri ehtiyac duyulan mallarla təminatı, büdcə qanununu əsas işlər sırasında yada saldı. O dedi: Məclisin digər mühüm addımları arasında səhiyyəyə diqqət, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yarımçılıq layihələrin xüsusi sektora təqdim olunması qeyd olundu.
Cənab Laricani məclisin nəzarət funksiyaları, mühasibə divanı, araşdırma mərkəzi, 90-cı maddə komissiyası, qanunların tətbiqi heyəti barədə də məlumat verdi. Cənab Laricani məclisin diqqət yetirdiyi mühüm məsələlər ar