Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Allahın dəyişməz vədi

Vəd edən Allahdır və Allahın vədi əksər insanların vədi kimi əsassız və puç deyil
Əgər insan öz qəlbi, əli, dili və nəhayət, bütün gücü ilə Allaha yardıma qalxsa, onun yeganə məqsədi ilahi qanunların və səmavi hökmlərin icrası olsa, şübhəsiz, özü də Allahın yardımından faydalanacaq. Çünki Allah-Taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım vəd edir. “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd-7)
Bu ilahi vədi daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:
Əvvəla, vəd edən Allahdır və Allahın vədi əksər insanların vədi kimi əsassız və puç deyil. Bu vəd dəyişməz bir vəddir, Allah lazım bildiyi vaxt onu gerçəkləşdi