Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Allahın dəyişməz vədi

Vəd edən Allahdır və Allahın vədi əksər insanların vədi kimi əsassız və puç deyil
Əgər insan öz qəlbi, əli, dili və nəhayət, bütün gücü ilə Allaha yardıma qalxsa, onun yeganə məqsədi ilahi qanunların və səmavi hökmlərin icrası olsa, şübhəsiz, özü də Allahın yardımından faydalanacaq. Çünki Allah-Taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım vəd edir. “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd-7)
Bu ilahi vədi daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:
Əvvəla, vəd edən Allahdır və Allahın vədi əksər insanların vədi kimi əsassız və puç deyil. Bu vəd dəyişməz bir vəddir, Allah lazım bildiyi vaxt onu gerçəkləşdirəcək.
İkincisi, Allahın qüdrəti bitib-tükənməzdir. Təbii ki, Allah qeyri-məhdud qüdrəti ilə məhdud insana yardım etsə, kimsədə bu yardıma qarşı çıxmaq gücü olmayacaq.
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!” (Ali-İmran-160)


1180 بازدید
در حال ارسال اطلاعات...