Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

İmam Xomeyni və Şeyxül-füqaha

İmamı qucaqlayan alim göz yaşları içində deyir: “Kim Əliyə (ə) qarşı çıxdı məhv oldu.”
Mərhum Ayətullah Məhəmmədəli Əraki Həzrət Əbülfəzlin hərəmində İmam Xomeyni (r) ilə rastlaşır. Onlar qucaqlaşır, hal-əhval tuturlar. Cənab Əraki ağlamağa başlayır.
Fars İnformasiya Agentliyi mütəmadi olaraq böyük şiə alimlərinin xatirəsini yad edir. Hicri-qəməri 1415-ci il, cəmadiüs-sani ayının 25-də böyük şiə alimi Ayətullah-üzma Məhəmmədəli Əraki dünyasını dəyişib. Ömrünün axırlarında bu alim şeyxül-füqəha, şeyxül-müctəhidin adları ilə tanınırdı. Alim 100 illik bərəkətli ömründə bütün təlaşlarını xalqın doğru yola gəlişi, İslama hidayətinə sərf etdi. Alimin dəfn mərasimində Cənab Rəhbər Ayətullah Xamenei iştirak etdi.
Ayətullah Əraki Ərak Elm Hövzəsində uzun illər təhsildən sonra Ayətullah Hairi Yəzdinin ardınca Quma hicrət etdi. Qum Elm Hövzəsinə daxil oldu. Hairi Yəzdinin dərslərində iştirak etdi. Həmin illərdə İmam Xomeyni ilə tanış oldu. Ayətullah Əraki həmişə İmamın şah rejiminə qarşı etirazlarını himayə edirdi.
İmam Xomeyni İraqa sürgün edildi. Bu sürgündən 15 il keçəndən sonra Ayətullah Əraki təsadüfən Həzrət Əbülfəzlin hərəmində İmam Xomeyni (r) ilə rastlaşır. İmamı qucaqlayan alim göz yaşları içində deyir: Kim Əliyə (ə) qarşı çıxdı məhv oldu... Alim sonra yenə ağlamağa davam edir. İmamın yeznəsi höccətülislam Şəhabəddin İşraqi deyir: Boğazımı qəhər tutdu və cənab Ərakinin qarşısında bir söz deyə bilmədim ...
Ayətullah Əraki imamla tanışlığı barədə deyir: Cənab Xomeyni (r) bir müddət Ərakda oldu, orada hövzədə təhsilə məşğul idi. Minbərə də gedirdi. O zaman cənab Xomeyni ilə tanış oldum. O mənim həmsöhbətlərimdən idi. Bəzən elə olurdu ki, evdən Şahzadə Həmzənin məqbərəsinin yaxınlığındakı köhnə me