Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

İmam Xomeyni və Şeyxül-füqaha

İmamı qucaqlayan alim göz yaşları içində deyir: “Kim Əliyə (ə) qarşı çıxdı məhv oldu.”
Mərhum Ayətullah Məhəmmədəli Əraki Həzrət Əbülfəzlin hərəmində İmam Xomeyni (r) ilə rastlaşır. Onlar qucaqlaşır, hal-əhval tuturlar. Cənab Əraki ağlamağa başlayır.
Fars İnformasiya Agentliyi mütəmadi olaraq böyük şiə alimlərinin xatirəsini yad edir. Hicri-qəməri 1415-ci il, cəmadiüs-sani ayının 25-də böyük şiə alimi Ayətullah-üzma Məhəmmədəli Əraki dünyasını dəyişib. Ömrünün axırlarında bu alim şeyxül-füqəha, şeyxül-müctəhidin adları ilə tanınırdı. Alim 100 illik bərəkətli ömründə bütün təlaşlarını xalqın doğru yola gəlişi, İslama hidayətinə sərf etdi. Alimin dəfn mərasimində Cənab Rəhbər Ayətullah Xamenei iştirak etdi.
Ayətullah Əraki Ərak Elm Hövzəsində uzun illər təhsildən sonra Ayətullah Hairi Yəzdinin ardınca Quma hicrət etdi. Qum Elm Hövzəsinə daxil oldu. Hairi Yəzdinin dərslərində iştirak etdi. Həmin illərdə İmam Xomeyni ilə tanış oldu. Ayətullah Əraki həmişə İmamın şah rejiminə qarşı etirazlarını himayə edirdi.
İmam Xomeyni İraqa sürgün edildi. Bu sürgündən 15 il keçəndən sonra Ayətullah Əraki təsadüfən Həzrət Əbülfəzlin hərəmində İmam Xomeyni (r) ilə rastlaşır. İmamı qucaqlayan alim göz yaşları içində deyir: Kim Əliyə (ə) qarşı çıxdı məhv oldu... Alim sonra yenə ağlamağa davam edir. İmamın yeznəsi höccətülislam Şəhabəddin İşraqi deyir: Boğazımı qəhər tutdu və cənab Ərakinin qarşısında bir söz deyə bilmədim ...
Ayətullah Əraki imamla tanışlığı barədə deyir: Cənab Xomeyni (r) bir müddət Ərakda oldu, orada hövzədə təhsilə məşğul idi. Minbərə də gedirdi. O zaman cənab Xomeyni ilə tanış oldum. O mənim həmsöhbətlərimdən idi. Bəzən elə olurdu ki, evdən Şahzadə Həmzənin məqbərəsinin yaxınlığındakı köhnə meydana qədər birlikdə gedərdik. Bir-birimizə çox bağlanmışdıq, müxtəlif mövzularda söhbət edirdik.
Böyük alim Qum Elm Hövzəsinin yaranması ilə bağlı deyir: Mərhum Ayətullah Şeyx Əbdülkərim Hairi Kərbəlada olurdu. Onun ağlına da gəlmirdi ki, İrana qayıtsın. Nəhayət bir zərurət yarandı və İmam Rizanın (ə) ziyarəti üçün İrana gəlməli oldu. O İmam Rizanın (ə) ziyarətini nəzr etmişdi. Bu nəzrini yerinə yetirmək üçün fürsət axtarırdı. Cənab Möhsin Ərakinin oğlu cənab İsmail onu Əkaraka qədər gətirmişdi. O çox istəyirdi ki, alim Məşhəd səfərini bir qədər təxirə salıb Ərakda qalsın...
Bu müddət ərzində Həmədan, Kaşan, Yəzd və başqa şəhərdəki alimlər, möminlər cənab Hairinin Ərakda olmasından xəbər tutdular. O Ərakda qalıb mərhum Ağa Ziyanın mədrəsəsində dərs keçməyə məcbur oldu. Mədrəsənin cənub tərəfindəki məsciddə cəmiyyət namazı qılırdı. Namazdan sonra tələbələr onun ətrafında cəmləşər, söhbət etməsini istəyirdilər. Dərsində xeyli tələbə olurdu. Bir gün dedi ki, Ərak hövzəsini Nəcəf hövzəsindən kiçik görmürəm.
Cənab İsmail şeyxin Ərakda qalacağına əmin olduqdan sonra ərz etdi ki, indi Məşhəd ziyarətinə gedə bilərik. Məşhədə getdilər. Məşhəddən qayıtdıqdan sonra Ərakda qaldı. Növruz bayramı nimeyi-şəbana təsadüf edirdi. Qumdan Seyyid Həsən Burqei, Seyyid Məhəmməd Sədr Üləma, Seyyid Mahmud Ruhani kimi şəxsiyyətlər Əraka gəldilər, nimeyi-şəbanda ağanın Qumda olmasını istədilər. Onu Quma apardılar. Şeyx Məhəmməd Sultan Əl-Vaizindən istədilər ki, camaatın qarşısında çıxış edib desin: “Ey Camaat! Cənab Mirzayi Şirazi bu ağanın ictihad və ədalətinə şəhadət verib. Onun qədrini bilin, qoymayın Əraka qayıtsın.”
Camaat, xüsusi ilə bazar əhli ağanı Qumda saxladılar. Ərakdan ardıcıl məktublar və teleqraflar gəlirdi. Mərhum şeyx buyururdu ki, fitr bayramına qədər qayıtması mümkün deyil. Nəhayət, Qumda qaldı, dərsə başladı. Alimlər ona dedilər ki, Qum ziyarətgahdır, İranın dörd tərəfindən bu şəhərə insanlar axışır və onun Qumda qalması daha münasibdir. Qum məzhəbi şəhər olduğundan şeyx bu təklifi qəbul edib Ərak hövzəsini Quma köçürdü.
O zaman Feyziyyə mədrəsəsinin hücrələri bağlı idi. Mədrəsənin iki-üç hücrəsindən istifadə olunurdu. Bir hücrədə Şeyx Həsən Nami qalırdı. Hücrələrdən anbar kimi istifadə edilirdi. Nəhayət, hövzə fəaliyyətə başladı və ölkənin uzaq güşələrindən gələn tələbələr hücrələrdə yerləşdilər. Beləcə Qum Elm Hövzəsi yaradıldı.

Vilayet.nur-az.com


1214 بازدید