Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Hər gördüyündə, eşitdiyində bir ibrət

İmam Hüseynlə (ə) birlikdə cihad etmək...

Kufə əhlidən olan bir neçə nəfər nəql edir:

Biz Zuheyr ibn Qeynin karvanında idik. İmam Hüseyn (ə) Məkkədən hərəkət etdiyi zaman, biz də Kufəyə tərəf hərəkət edik. Bəni-Üməyyənin qorxusundan, İmam Hüseynin (ə) karvanın dayandığı yerdə dayanmaq və onunla görüşmək istəmirdik. Hər vaxt İmam Hüseynin (ə) karvanı hərəkət edəndə, biz dayanırdıq. Müəyyən hadisəyə görə İmamın (ə) karvanı bir yerdə dayanır. Biz də çarəsizlikdən orada dayanmalı olduq. Bu arada bir yerdə əyləşib yemək yeyirdik. Birdən imam Hüseynin (ə) göndərdiyi adam gəlib salam verib dedi: Ey Zuheyr! İmam Hüseyn (ə) səni görmək istəyir.

Hamımız bu işdən təəccübləndik. Zuheyr bir an fikrə getdi. Bu vaxt Zuheyrin xanımı dedi: Subhanəllah! Ey Zuheyr! Peyğəmbərin (s) nəvəsinin dəvəti səni niyə çətinliyə salıb? Kaş onun yanına gedəydin və nə buyurğunu eşidəydin.

Zuheyr xanımının şücaətli çıxışından sonra yerindən qalxdı və İmam Hüseynin (ə) hüzuruna getdi. Bir az keçməmiş gülərüz və sevincli halda geri qayıtdı.

Göstəriş verir ki, onun çadırını söksünlər və bütün əşyalarını götürüb İmamın (ə) karvanına tərəf aparsınlar.

Sonra həyat yoldaşına dedi: Sənin talaqını verdim, öz yaxınlarının yanına gedə bilərsən. Mən istəmirəm ki, mənə görə çətinliyə düşəsən. Mən qərara gəlmişəm ki, özümü İmam Hüseynə (ə) fəda edim.

Sonra əşyalarını xanımının əmisinə verdi ki, həyat yoldaşına təhvil versin. Bu vaxt Zuheyrin həyat yoldaşı ağlayaraq onunla vidalaşıb dedi: Allah-Taala sənə xeyir əta etsin. Səndən təmənnam budur ki, qiyamət günü imam Hüseynin (ə) cəddinin yanında bizi də yad edəsən.

Zuheyr dedi: Hər kim istəsə mənimlə gələ bilər, əks halda bu bizim axırıncı görüşümüz olacaq. Getməzdən önə istəyirəm sizə bir hadisəni danışım: Rumlılarla müharibəyə getmişdik. Dəniz döyüşlərində Allahın istəyi ilə biz qalib gəldik və çoxlu qənimət əldə etdik. Müharibədə bizimlə birgə olan Salman soruşdu: Allahın bizə nəsib etdiyi bu qədər qənimətdən xoşhalsınız?

Dedim: Bəli! Əlbəttə ki, xoşhalıq.

Dedi: Bəs, Ali-Məhəmməd cavanlarının sərvəri olan İmam Hüseyni (ə) dərk edib, onunla birlikdə vuruşmaqdan nə qədər xoşhal olarsan? İmamla (ə) birlikdə cihad etmək, dünya və axirət səadətidir.
Bundan sonra hamıyla vidalaşıb, imam Hüseynin (ə) dostlarının sırasında yer aldı.



İmam Sadiqin (ə) izdivacı

İbn Ukkaşə imam Baqirin (ə) xidmətinə gəlib ərz etdi: Niyə imam Sadiqin (ə) evlənməsi üçün şərait yaratmırsınız. Onun evlənməyinin vaxtı çatmayıb?

İmam Baqirin (ə) qarşısında ağzı möhürlənmiş bir kisə var idi. İmam (ə) buyurdu: “Tezliklə Bərbər əhlindən olan bir nəfər qul satmaq üçün gələcək, bu kisədəki pulla imam Sadiq (ə) üçün bir qız alarıq.”

Bir müddət keçdikdən sonra İmam Baqirin (ə) hüzuruna getdik.

İmam (ə) buyurdu: “Qul satan ki demişdim gəlib. İndi bu pul kisəsini götürün və gedin ondan bir kəniz alın.”

İbn Ukkaşə dedi: Qul satanın yanına getdik və ondan kənizlərindən bizə satmasını istədik.

O dedi: Hər nə kənizim var idisə satmışam. Yalnız iki kəniz qalıb, onlar da xəstədir. Yalnız birinin halı yavaş-yavaş yaxşılaşır.

Dedim: Onları gətir baxım. Həmin iki kənizi gətirdi. Halı yaxşılaşan kənizi göstərib, neçəyə satdığını soruşdum.

Dedi: 70 dinara.

Dedim: Bir az ucuz ver.

Dedi: 70 dinardan aşağı verə bilmərəm.

Dedim: Biz onu bir kisə pulla alırıq.

Qul satanın yanındakı ağ dərili adam bizə dedi: Kisənin ağzını açın pulu sayın.

Qul satan dedi: Yox! Açmayın. Əgər 70 dinardan az olsa, kənizi satmıram.

Qoca kişi dedi: Yaxın gəlin. Biz ona tərəf getdik və kisəni ağzını açıb pulu saydıq. Kisədə düz 70 dinarın olduğunu gördük.

Pulları verib o kənizi aldıq və sonra İmam Baqirin (ə) hüzuruna getdik. İmam Sadiq (ə) da orada idi. Kənizin alınması hadisəsini imam Baqirə (ə) danışdıq. İmam (ə) Allaha şükür etdi. Sonra kənizə buyurdu: Adın nədir?

Dedi: Adım Həmidədir.

Buyurdu: Dünyada tərifli, Axirət də bəyənilmiş olasan. Sonra İmam (ə) ondan bir neçə sual soruşdu, o da cavab verdi.

İmam Baqir (ə) üzünü oğlu İmam Sadiqə (ə) tərəf tutub buyurdu: “Bu kənizi özünlə apar.”

Beləliklə, Həmidə İmam Sadiqin (ə) həyat yoldaşı oldu. Bu pak izdivacdan ən yaxşı insan, həzrət Musa ibn Cəfər (ə) dünyaya gəldi.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1771 بازدید
در حال ارسال اطلاعات...