Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2015

Cümə namazı haqqında 40 hədis

Kim üç həftə ardıcıl üzürsüz səbəbdən cümə namazını tərk etsə...
Hədis 1. Həzrət Peyğəmbər (s) buyurur: Allah-Taala cümə namazını sizə vacib etdi. Kim mən həyatda olduğum zaman və ya məndən sonra cümə namazını yüngül sayıb və ya inkar edib atsa Allah onu pərişan edər, işinin bərəkəti olmaz. Bilin ki, onun namazı qəbul olmaz. Bilin ki, onun zəkatı qəbul edilməz. Bilin ki, onun istəkləri qəbul olunmaz. Bilin ki, onun yaxşı əməlləri qəbul olunmaz. Əgər tövbə edib bir də cümə namazını tərk etməsə, onu yüngül saymasa, inkar etməsə durumu dəyişər. (Vəsailuş-şiə, c. 5, səh. 7)

Hədis 2. Həzrət Peyğəmbər (s) buyurur: Kim cümə namazı azanını eşitsə cümə namazı ona vacib olar. (Kənzul-ümmal, c. 1, səh.723).

Hədis 3. Həzrət Peyğəmbər (s) buyurur: Dörd şəxs həyata yenidən başlayar: Xəstəlikdən sağalan şəxs, İslamı qəbul edən müşrik, həcc əməllərini başa vuran şəxs, cümə namazını qılıb yola düşən şəxs. (Biharul-ənvar, c. 86, səh.197)

Hədis 4. Həzrət Peyğəmbər (s) buyurur: Bir mömin dedi ki, dəfələrlə həccə getmək istəyib, amma tövfiq əldə etməyib. Ey Mömin!, Daim cümə namazında ol, cümə namazı imkansızların həccidir. (Vəsailuş-şiə, c. 5, səh.5)

Hədis 5. Həzrət Peyğəmbər (s) buyurur: Kim cümə günü dırnaqlarını tutub, saqqalını islah etsə, dişlərinə fırça çəksə, cümə namazına getmək üçün qüsl versə, onu yetmiş min mələk müşayət edər, onun bağışlanmasını diləyib, şəfaət istəyərlər. (Müstədrəkul-vəsail, c. 6, səh.4)

Hədis 6. Həzrət Peyğəmbər (s) buyurur: Kim iman səbəbindən, Allahın razılığını əldə etmək üçün cümə namazına getsə, əməl naməsi yenidən yazılar. (Vəsailuş-şiə, c. 5, səh.4)

Hədis 7. Həzrət Peyğəmbər (s) buyurur: Cümə namazına getmək həm bir görüşdü, həm də gözəllik. (Biharul-ənvar, c. 89, səh.107)

Hədis 8. Həzrət Peyğəmbər (s) buyurur: Cümə namazını tərk edənlər nəhy əz münkər olunmalı, pis işdən çəkindirilməlidir. Belə insanların qəlbi möhürlənər. (Vəsailuş-şiə, c. 5, səh.6)

Hədis 9. Həzrət Peyğəmbər (s) buyurur: Bir mömin cümə namazına doğru hərəkət etsə, Allah-Taala onun qiyamət günü iztirablarını azaldar, onu behiştə yola salar. (Vəsailuş-şiə, c. 7, rəvayət 9390)

Hədis 10. Həzrət Peyğəmbər (s) buyurur: Bir şəxs üç dəfə ardıcıl əhəmiyyətsiz saydığından cümə namazını tərk etsə, Allah onun qəlbini möhürləyər. (Kənzul-ümmal, hədis: 21123)

Hədis 11. Həzrət Peyğəmbər (s) buyurur: Dünyadan getməmiş Allah-Taaladan bağışlanmaq diləyin. Bəlaya düşməmiş xeyir işlərdə qabağa çıxın. Allah zikri, aşkarda və gizlində sədəqə verməklə Allahla rabitələrinizi bərpa edin. Bilin ki, Allah qiyamət gününə qədər cümə namazını sizə vacib edib. (Cəvahirul-kəlam, c. 11, səh.158)

Hədis 12. Həzrət Peyğəmbər (s) buyurur: Əgər ümmətim üç əməlin böyük mükfatından xəbərdar olsaydı, bu əməlləri əldən verməzdi: Azan , cümə namazına tələsmək, cümə və camaat namazlarında birinci sırada dayanmaq. (Buharul-ənvar, c. 84, səh.156)

Hədis 13. Həzrət Peyğəmbər (s) buyurur: Bilmək istəyirsiniz behişt əhli kimlərdir? O kəslər ki, bərk isti və sərt soyuq onların cümə namazında iştirakına mane olmur. (Kənzul-ümmal, c. 7, h. 2185).

Hədis 14. Həzrət Peyğəmbər (s) buyurur: Cümə günü çatanda şeytanlar bazarlara gedər, insanlara maneə yaradarlar ki, onların cümə namazına getməsinin qarşısını alsınlar. (Kənzul-ümmal, c. 7, səh.736).

Hədis 15. Həzrət Peyğəmbər (s) buyurur: Kim cümə günü qüsl verib cümə namazına getmək üçün addım atsa, imamın xütbələrinə qulaq assa, onun hər addımına gündüzü oruc, gecəsi ibadət bir ilin savabı verilər. (Müstədrəkul-vəsail, c. 2, səh.504)

Hədis 16. Həzrət Peyğəmbər (s) buyurur: Cümə namazının birinci rəkətində cümə surəsi, ikinci rəkətində münafiqun surəsi oxunar.

Hədis 17. Həzrət Peyğəmbər (s) buyurur: Kim cümə namazından sonra bir dəfə tövhid, yeddi dəfə fələq, yeddi dəfə nas surələrini oxusa, növbəti cüməyə qədər bəladan amanda qalar. (Səvabul-əməl, səh.455)

Hədis 18. Həzrət Peyğəmbər (s) buyurur: Cümə elə bir gündür ki, Allah-Taala həmin gün hamını bir yerə toplayar. Kim həmin gün cümə namazına getsə Allah qiyamət günü çətinlikləri ona asan edər, göstəriş verər ki, onu behiştə aparsınlar. (Mən la yəhzəruhul-fəqih, c. 1, səh.427)

Hədis 19. Əmirəlmöminin (ə) buyurur: Allah cümə gününü sizin üçün bayram qərar verib. Cümə günlərin sərvəri, bayramların üstünüdür. Allah sizə əmr edib ki, həmin gün onun zikrinə tələsəsiniz. (Cümüə, 9) İbadət və cümə namazına rəğbətinizlə niyyətiniz xalis olsun. Həmin gün çox raz-niyaz edin. Ehtiyaclarınızı Allahdan istəyin, mərhəmət və bağışlanma diləyin. Çünki Allah Onu çağranın duasını qəbul edib. Kim Allaha bəndəlikdən və Onun əmrlərindən boyun qaçırıbsa cəhənnəmə daxil olub. Cümə namazı uşaq, xəstə, divanə, qoca, zəif, kor, müsafir, qadın, qullardan başqa bütün möminlərə zəruridir. (Mən la yəhzəruhul-fəqih, c. 2, səh.140)

Hədis 20. Əmirəlmöminin (ə) buyurur: Kim üç həftə ardıcıl üzürsüz səbəbdən cümə namazını tərk etsə münafiqlərdən sayılar. (Müstədrəkul-vəsail, c. 2, səh.6291)

Hədis 21. Əmirəlmöminin (ə) buyurur: Mən altı nəfərə behişt üçün zaminəm: Onlardan biri cümə namazı üçün yola düşüb yolda dünyasını dəyişən şəxsdir. Behişt ona vacibdir. (Vəsailuş-şiə, c 5, səh.11)

Hədis 22. Əmirəlmöminin (ə) buyurur: Əgər üç məsələdə rəhbərlərinizə müxalif olsanız məhv olarsınız: cümə namazı, nəfslə cihad, həcc ayinləri. (Müstədrəkul-vəsail, c. 6, səh.7)

Hədis 23. Əmirəlmöminin (ə) buyurur: Cümə günü səfərə çıxma ki, cümə namazını əldən çıxararsan. Bu işdə Allaha doğru və zəruri səfərlər istisnadır. (Nəhcul-bəlağə, məktub, 70)

Hədis 24. Əmirəlmöminin (ə) buyurur: Cümə namazını yalnız imam və imam vasitəsi ilə təyin olunmuş şəxs qıla bilər. (Müstədrəkul-vəsail, c. 6, səh.13)

Hədis 25. Əmirəlmöminin (ə) buyurur: Cümə namazında iştirak edənlər üç qisimdir: İmamdan qabaq namaza gələn, susub xütbələri dinləyənlər - onların cümə namazı iki cümə arasındakı günahlarının kəffarəsidir; cümə namazına gəlib, söhbət edən və cümə namazından bəhrəsi bu söhbət olanlar; imam – cümə xütbəsi oxuyanda namaz qılan şəxslər. Belələri sünnəyə qarşı çıxıb, istəklərinin qəbul olub-olmaması Allahın istəyinə bağlıdır. (Biharul-ənvar, c. 86, səh.198)

Hədis 26. İmam Baqir (ə) buyurur: Üç iş insanın dərəcəsini yüksəldər: Soyuq havada kamil dəstəmaz, namazdan sonra namazın intizarında olmaq, camaat və cümə namazına getmək. (Biharul-ənvar, c. 88, səh.10)

Hədis 27. İmam Baqir (ə) buyurur: Cümə namazı vacib edilib, məsumun imaməti ilə bu namazda iştirak etmək vacibdir. Kim üzürsüz səbəbdən cümə namazını üç dəfə tərk etsə vacib işi tərk edib. Kim vacib əməli üzürsüz səbəbdən tərk edibsə münafiq sayılır. (Vəsailuş-şiə, c. 5, səh.4)

Hədis 28. İmam Baqir (ə) buyurur: Namaz qılanların sayı yeddi nəfərə çatsa cümə namazı vacib olar. (Vəsailuş-şiə, c. 5, səh.8)

Hədis 29. İmam Baqir (ə) buyurur: Cümə namazı peyğəmbərdən sünnədir. Bu namaz möminlərə müjdə, münafiqlərə cəzadır. (Vəsailuş-şiə, c. 6, rəvayət 7602)

Hədis 30. İmam Baqir (ə) buyurur: And olsun Allaha, mənə deyilib ki, peyğəmbərin səhabələri cümə axşamı günündən cümə namazına hazırlaşarmış. Cümə namazı müsəlmanlar üçün çox qısadır. (Mən la yəhzəruhul-fəqih, c. 1, səh.416)

Hədis. 31. İmam Sadiq (ə) buyurur: Cümə namazını eşqlə yerinə yetirən müsafir Allah tərəfindən vətənində cümə namazı qılanın yüz savabına çatar. (Vəsailuş-şiə, c. 5, səh.35)

Hədis 32. İmam Sadiq (ə) buyurur: Kim cümə namazına doğru addım atsa Allah-Taala onun cisminə cəhənnəm odnu haram edər. (Mən la yəhzəruhul-fəqih, c. 1, səh.247)

Hədis 33. İmam Sadiq (ə) buyurur: İmam xütbəni başa çatdıranda namaz üçün sıralar düzələnə qədər dualar qəbul olar. Cümə günü qürub vaxtına qədər dualar də məqbuldur. (Vəsailuş-şiə, c. 5, səh.45)

Hədis 34. İmam Sadiq (ə) buyurur: Allah cümə gününü başqa günlərdən üstün edib. Həqiqətən kim zinətlənərək cümə namazına tələsərsə behişt ona vacibdir. Cümə namazında öncül olduğunuz kimi behiştdə hərəkətdə də öncül olarsınız. Həqiqətən belələri üçün ərşin qapıları açılar. (Vəsailuş-şiə, c. 5, səh.70)

Hədis 35. İmam Sadiq (ə) buyurur: Allah-Taala möminləri cümə namazına görə əzizləyər. (Müstədrəkul-vəsail, c. 6, səh.5)

Hədis 36. İmam Sadiq (ə) buyurur: Hər biriniz cümə günü zinətlənməli, qüsl verməli, ətirlənməli, sakkalınızı səliqəyə salmalı, ən gözəl libaslarınızı geyinməli, cümə namazına hazırlaşmalısınız. Cümə günü vüqarlı olmaq lazımdır. Yaxşı ibadət edin ki, xeyir iş görə biləsiniz. Allah yer üzündə gördüyünüz işlərdən xəbərdardır. O sizi yaxşı işlərinizə görə iki qat savab verər. (Üsuli-kafi, c. 3, səh.417)

Hədis 37. İmam Sadiq (ə) buyurur: Əmirəlmömininin (ə) qaydası bu idi ki, böhtan və ya borcunu verə bilmədiyindən həbsə düşənləri valideyinlərinin zəmanəti ilə cümə günü azad edərdi ki, cümə namazına getsinlər. (Müstədrəkul-vəsail, c. 6, səh.27)

Hədis 38. İmam Sadiq (ə) buyurur: Kim bir fəhləni cümə günü işə götürüb cümə namazından ayırsa öz günahlarını etiraf edib, bu fəhləni cümə namazından saxlamasa onun savabına şərikdir. (Vəsailuş-şiə, c. 13, səh.245)

Hədis 39. İmam Riza (ə) buyurur: Cümə günü cümə namazından qabaq səfərə çıxan təhlükədən amanda deyil. Allah bu səfərdə onu qorumaz, onun ailəsindən canişin qərar verməz, onu öz fəzlindən bəhrələndirməz. (Vəsailuş-şiə, c. 5, səh.86)

Hədis 40. İmam Riza (ə) buyurur: Cümə namazı ictimai bir tədbir olduğundan onun üçün xütbə təyin olunmuşdur. Allah-Taala müsəlmanların rəhbərinə imkan verir ki, xalqa möizə etsin, onları Allaha itaətə çağırsın, qorxutmaqla günahdan çəkindirsin, onları din və dünya çətinliklərindən agah etsin, baş vermiş mühüm hadisələr barədə məlumat versin. Bu onların aqibəti üçün faydalıdır, məlumatlarını artırır. İki xütbə qərar verilib. Birində Allaha həmd-səna edilər, digərində İslam cəmiyyətinin mühüm məsələlərindən danışılar, vacib göstərişlər verilər dualar olunar. (Vəsailuş-şiə, c. 7, səh.344)

Vilayet.nur-az.com


1520 بازدید