Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Müntəzirlərin (intizarda olanların) xüsusiyyətləri

Həzrət Məhdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq
Məhdini tanıyıb, İmamlığına inanmaq

İmam Məhdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:
"Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar". (Biharul-ənvar, c. 52, səh: 122, hədis: 4.)

Təqva və gözəl əxlaq

İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:
“Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır”. (Hucurat/13.)