Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Dua: Çətin oldu

Çətin oldu. Bir ömür günah içində günahdan xəbərsiz yaşamağın sonu çətin oldu. Çətin oldu günahları yada salıb yumaq. Həm yada salmaq, həm yumaq çətin oldu.

Dünya yaman bəzənib, lap küçədə yaşı keçmiş qocaları yoldan çıxarmaq üçün balaqlarını çırmayıb, yaxasını açmış yüngül əxlaqlı qadın kimi. Dərdi ilə yol gedənə göz atıb ürəyini əsdirir. O da evdəki xəstə arvad-uşağa dərman almaq üçün götürdüyü pulları xəlvət bir zirzəmi-kafedə səpir bu qadının kəsiləsi başına. Evə dönür əliboş. Səhər qəlbində ağrı çıxır, gecəyarı qanında dərd qayıdır. Hələ xəbəri yoxdu. Xəbəri yoxdu ki, bir xəlvət görüş ona nə qara xəbərlər, qara günlər hazırlayıb. Çətin olacaq xəbər tutanda. Bir ömür günah içində günahdan xəbərsiz yaşamağın sonu çətin olacaq. Çətin olacaq günahları yada salıb yumaq. Həm yada