Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

İmam Xomeyninin (r) səudiyyəlilərə tövsiyələri

İxtilaflar İsrailə şərait yaradır ki, böyük ərəb cəmiyyətinin qarşısında dayansın
İran İslam İnqilabından bir il sonra, şəmsi 1358-ci il, fərvərdin ayının 31-də, cümə günü Səudiyyə Ərəbistanından nümayəndə heyəti Qumda İmam Xomeyninin (ə) görüşünə gəldi. İSNA xəbər verir ki, Səudiyyə Ərəbistanından gəlmiş nümayəndə heyətinə Məscidül-Həramın imam-camaatı Məhəmməd Səbil rəhbərlik edib. Görüşdə Ərəbistanın İrandakı səfiri, İran tərəfindən İrşad naziri Nasir Miyanəçi iştirak edib. İmam Xomeyni (r) müsəlman dünyasının nailiyyətlərində İslamın rolu, dini təlimlərin əhəmiyyətindən danışıb, Ərəbistan nümayəndələrinə tövsiyələrini verib. Görüşdə İmam Xomeyninin (r) söhbətinin tam mətni:

Bismillahir-Rəhmanir-Rəhim
Əvvəla, bu siyasi heyət, möhtərəm imam, Şərif Hərəmeyn caamatı, ölkə başçısına təşəkkür edirəm ki, bizi təbrik üçün bu nümayəndə heyəti buraya gəlib. Məscid ilkin İslam dövründə hərəkatların mərkəzi olub. İslam təbliğatı məsciddən başlayır. Kafirlərin təslim edilib İslam bayrağı altına daxil edilməsi hərəkatı məsciddən başlayır. Məscid həmişə hərəkatlar üçün bir mərkəz olub. Siz məscid əhli, məscid alimlərisiniz. Peyğəmbər (s) və onun səhabələrinin yolunu getməli, məscidi İslam təbliğatı, İslam hərəkatı, şirk və küfrlə mübarizə üçün qərargah etməlisiniz. Zalımlar qarşısında müstəzəflər, zülmə düçar olunmuşlar dəstəklənməlidir. Biz Allah-Taalanın istəyi ilə, əlimizdə silah olmadan, iman və vəhdət gücü ilə zalım səltənətə qalib gəldik. Mən ümid edirəm ki, bütün İslam millətləri ayağa qalxıb vəhdət və iman gücü ilə əsarətlə mübarizədə qələbə qazanacaqlar. İlkin İslam dövründə müsəlmanların qələbə rəmzi söz birliyi və iman gücü idi. İman gücü zəif bir dəstəni böyük imperiyalar üzərində qələbəyə çatdırdı. Xalid ibn Vəlidlə birlikdə 30 nəfər 60 minlik Roma qoşunu üzərində qələbə qazandı. Bu İslamın gücü idi. Biz müsəlmanlar İslamın gücü ilə irəli getməliyik. Kafir güclərlə İslam iqtidarı sayəsində mübarizə aparmalıyıq. Bu gücə güvənərək zalımların ölkəmizdə nüfuzuna son qoymalıyıq. Əgər müsəlmanların sözü bir olsaydı, müsəlman dövlətlər və millətlər əl-ələ versəydilər, bir milyardlıq müsəlman ümmət zalım güclərin əsarəti altında qalmazdı. İman gücü, qardaşlıq və İslam yolunda qədəm götürülsə, heç bir güc qarşımızda dayana bilməz.
Təəssüf ki, regionda, xüsusi ilə ərəb məntəqələrində ixtilaflar mövcuddur və bu ixtilaflar İsrailə şərait yaradır ki, böyük ərəb cəmiyyətinin qarşısında dayansın. Əgər bu fitnəkar qüvvənin qarşısı alınmasa onun tamahı daha da artacaq, Fələstin və Məscidül-Əqsa ilə kifayətlənməyəcək. O hər yeri tutmaq istəyəcək.
İranın sabiq rejimi öz ağalarının qarşısında hər xidməti göstərmək üçün burada faciələr törətdi. Allah evinin ziyarəti üçün maneələr yaratdı. Bəzən Ərəbistan dövlət rəsmilərinə elə sözlər dedi ki, nigarançılıq yaradıb ziyarətə mane olsun. Zalim rejim gedəndən sonra bizim Məkkə ziyarətinə gələnlərlə necə rəftar olunacağı diqqət mərkəzindədir. Artıq bizim ölkəmizdə zülmə son qoyulub, mənfi təbliğat dayandırılıb. Biz Allah evinin ziyarəti şəraitini yüngülləşdirmək istəyirik, bu işdə Allahdan tövfiq diləyirik.
Tarix bizim üçün nümunə olmalıdır. Tarixə baxanda görürük ki, harada iman qüvvəsi ortaya qoyulubsa müsəlmanlar qələbə qazanıb. Nə zaman dünya ardınca gedilibsə, qələbə də əldən çıxıb.
Peyğəmbərin (s) təlimləri budur ki, mənəvi güclə irəli gedə bilərik. Həmin mənəvi güc, Allahın mələklərinin himayəsi sayəsində yarım əsrdən az bir müddətdə İslam dünyada söz sahibi olub. Tarixdən ibrət götürək. Bir zaman Sovetlər Birliyi, Yaponiya qarşısında dayanan Osmanlı kim güclü dövlət vardı. Düşmənlər bu ölkəni parçaladılar. Hər hissəsini öz əlaltılarından birinə verdilər. Arada təfriqə yaratdılar. Eləcə müsəlmanlar və İslam zəiflədi, imperialistlər İslam dünyasını əsarət altına aldı. Bütün bunlardan ibrət götürmək lazımdır. Tarixdən ibrət götürsək, ixtilafları aradan qaldırarıq. Müsəlmanlar təfriqəni kənara qoyub əl-ələ versələr onların qarşısında kimsə dayana bilməz. Əlbəttə ki, kamil iman şərtdir. Allahdan istəyirəm ki, imanımızı, dövlətlərimizin imanını, millətlərimizin imanını gücləndirsin. Öz lütfü ilə bizə


Vilayet.nur-az.com


1260 بازدید
در حال ارسال اطلاعات...