Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

İslam Oyanışı haqqında bu günə qədər deyilməyənlər

Misir xalqı Mursi modelində İslamdan üz çevirdi
Din və Məzhəblər Universitetinin Elmi Şura Üzvü höccətülislam Əliriza İmani ilə söhbət

Höccətülislam Əliriza İmani: İslam Oyanışına münasibətdə bir neçə baxış var. Həzrət Ağa (Ayətullah Xamenei) elə öncədən israr edib ki, baş verən hadisələr İslam oyanışıdır, amma bəziləri bunu qəbil etmir.
Mehr İnformasiya Agentliyi Cənab Rəhbərin sözlərini yada salır: “Xoşbəxtlikdən region xalqları oyanıb. Bəli, İslam oyanışını müvəqqəti olaraq səngidiblər. Amma bu oyanış dayandırılası deyil!” Cənab Rəhbər respublika məsulları və İslam ölkələri səfirləri ilə görüşdə İslam Oyanışı haqqında danışarkən bu sözləri buyurub. Din və Məzhəblər Universitetinin Elmi Şura Üzvü Doktor Əliriza İmani Qərbi Asiya və Şimali Afrika üzrə mütəxəssisdir. Cənab İmani İslam Oyanışının başlanğıcında bəzi ölkələrdə, o cümlədən Misirdə olub, xalqla görüşərək onların istəklərini öyrənib. Beləcə, İslam oyanışı ilə bağlı deyilməmiş sözlər çoxdur. Mehr Cənab Rəhbərin informasiya mərkəzinə istinadla höccətülislam İmani ilə söhbəti təqdim edir.
Sual: Ötən illərdə Qərbi Asiyada və Şimali Afrikada bir sıra hadisələrin şahidi olduq. Hərəkatlar, böyük hadisələr baş verdi. Qərb dövlətlərinin istəklərinə zidd olaraq regionun bir sıra diktator başçıları süquta uğradı. Siz region üzrə ekspert və İslam Oyanışı baş vermiş ölkələrdə səfərdə olmuş bir şəxs kimi bu hadisələri necə dəyərləndirirsiniz?
Cavab: Son illərdə, arxada qalmış 20 ildə İslam Oyanışı adı altında hadisələr baş verib. Bu hadisələr gözlənilməz deyildi. Dünyada siyasətçilər üçün gözlənilməz olan kankret zaman fasiləsi idi. Yoxsa bu hadisələr proqnozlaşdırılırdı. Bu hadisələr baş verməzdən öncə Cənab Rəhbər Ayətullah Xamenei söz sahibləri, mütəxəssislərdən soruşmuşdu ki, qarşıda vəziyyəti necə görürlər? Onlar da araşdırma aparıb öz araşdırmalarının nəticələri barədə Cənab Rəhbərə məlumat vermişdilər. Demişdilər ki, məntəqə böyük və genişmiqyaslı hadisələr gözlənilir. Bu məruzələrdən bir neçə həftə sonra regionda hadisələrə start verildi. Əvvəlcə Tunisdə böyük zülmlərə məruz qalmış bir vətəndaş özünü yandırdı və bu hadisə Misirdə insanların ayağa qalxması üçün bir təkan oldu. Regionda baş vermiş hadisələrə fərqli baxışlar var. Cənab Rəhbər əvvəlcədən baş verən hadisələri İslam Oyanışı adlandırdı. Belə düşünməyənlər də var. Bəziləri hadisələri Ərəb Baharı deyə yad edir. Bu hadisələrə ötüb keçən bahar kimi baxırlar, bu baharın ardınca payız və qış gəldiyini düşünürlər. İnqilab alovunu bu adla söndürmək, dondurmaq istəyirlər.
Sual budur ki, nə üçün Həzrət Ağa hadisələri İslam Oyanışı adlandırdı? Unutmamalıyıq ki, məntəqədə etiraz səsini qaldıranların istəyi İslam idi. Onların şüarları “Allahu Əkbər” şüarları idi. Cənab Rəhbər görüşlərdən birində buyurdu ki, bu hərəkatların İslam hərəkatı sayılması üçün onların məscidlərdən başlaması kifayət etmirmi?! Cümə namazlarında “Allahu Əkbər” şüarları verildi, insanlar məscidlərdən, cümə namazlarından hərəkata başladılar. İsrailin bayraqları yandırıldı, Allahu-Əkbər şüarları altında əlinə Quran götürmüş insanlar meydanlara axışdı. Məgər bütün bunlar hərəkatın İslam hərəkatı sayılması üçün bəs etmirmi?!
Cənab Rəhbər belə bir nöqtəyə də toxundu ki, İslam nizamında hətta demokratiya və azadlıq tərəfdarlarının da istəkləri daha yaxşı təmin olunur. Başqa quruluşlarda demokratiya və azadlığın möhtərəm dəyər olaraq yer aldığını görmürük. Cənab Rəhbər bir görüşdə buyurdu ki, İmam Xomeyni şəmsi 1355-1356-cı illərdə İranda neft şirkətlərində tətillərin İslam xarakterli olduğunu bildirib. Bəli, fəhlənin, kəndlinin ehtiyacını təmin edən İslamdır.
Sual: İslam Oyanışı hərəkatlarında xalqın rolu necə oldu?
Cavab: Hərəkatlar barədə istənilən bir şəkildə təhlil apardıqda şahid oluruq ki, Cənab Rəhbərin hadisələrə baxışında eynən imam rahilin baxışında olduğu kimi güvənc yeri xalqdır. Son 50-60 ildə İslam ölkələrində iki hərəkat baş verib. Bu hərəkatlardan biri Dizbudd (Dəvə) hərəkatı olub. Mərhum Şəhid Məhəmməd Baqir Sədr deyirdi ki, əvvəlcə təşkilat, müdiriyyət məsələlərinə diqqət ayıraq, tədricən hərəkata keçək. Bu hərəkatda xalq arxada gəlirdi. Amma İmam Xomeyninin (r) baxışına görə ön sırada xalq dayanırdı. İmam Rahil öz söhbətlərində bu nöqtəyə çox işarə edirdi. İmam İslam alimlərinə müraciətlə buyururdu ki, siz irəlidə gedin, xalq öz vəzifəsini bilir, siz hərəkət edəndə xalq arxanızca gələcək. İmamın söhbətlərində mehvər, ana xətt xalq kütlələrinin səfərbərliyi idi. Əsas yük xalqın çiynində idi. Elə buna görə də İranda İslam İnqilabı xalqın inqilabı sayılır. İmam buyururdu ki, xalq taleyüklü məsələlərdə və mühüm səhnələrdə mərkəzdə olmalıdır.
İslam ölkələrində baş verən hadisələr bunu bir daha təsdiqlədi. Suriya istisna olmaqla digər ölkələrdəki hərəkatlarda xalq öndə idi. Ölkə xaricindən düşmənlərin təsiri vardı. Cənab Rəhbər Misirdə Hüsni Mübarəkin süqutundan əvvəl buyurmuşdu ki, Misir xalqı böyük xalqdır. Cənab Rəhbər cümə namazındakı xütbədə bu sözləri ərəbcə ərəb dünyasına ünvanlamışdı. Mən həmin il bayramda Misirdə idim. Cənab Rəhbərin ərəbcə xütbəsini mübariz inqilabçılar telefonlarında dinləyirdilər. Deyirdilər ki, İran İslam İnqilabının proqramını nöqtə-nöqtə izləyirik. Biz görürdük ki, onlar Həzrət Ağanın fikirlərini həyata keçirirlər. Sanki əllərinə zərrəbin götürüb İran İslam İnqilabının gedişatını öyrənirdilər. Misirdə olduğum zaman inqilabçılarla görüşdə müvafiqlərdən danışmaq istədim. Müqəddimə olaraq dedim ki, İranda Xalq Mücahidləri deyilən bir təşkilat var idi. Bu söz ağzımdan çıxan kimi onlar münafiuqlərə ölüm şüarı söylədilər. Şahid oldum ki, onlar İranda baş vermiş hadisələrdən xəbərdardırlar. Mənə deyirdilər ki, biz sizə həmin təşkilatın cinayətlərindən danışa bilərik.
Sual: Deyirsiniz ki, məntəqə hadisələrində xalq iştirak edir. Ölkəmizdəki inqilabla müqayisədə bunu necə dəyərləndirmək olar?
Cavab: Təbii ki, ərəb cəmiyyəti ilə İran cəmiyyətində adət-ənənə, mədəniyyət fərqləri var. Amma orada da bizdə olduğu kimi hərəkat məscidlərdən başladı, ruhanilər xalqın arasında oldu, dini şüarlar söylənildi. Onlar da yaralandılar, həbsə düşdülər. Liviyada da xalq səhnədə idi. Amma orada hərəkatı doğru yoldan azdırdılar. Tunisdə də xalq səhnədə idi, amma qısa bir müddətdə sələfilər nüfuz etdilər, inqilab əsl yolundan çıxarıldı. Nəhayət onlar dövlət başına gəldilər, Raşidul- Raşid Ğənnuşi də müxalif qrupları təbrik etdi, inqilabın əvvəlində səhnədə olanlar siyasi həyatdan təcrid edildilər. Hansı ki hərəkatın başlanğıcında həqiqətən səhnədə idi. Yəmən və Bəhreyndə də belə oldu.
Suriyada isə vəziyyət fərqli idi. Suriyada həqiqətən də hadisələri İslam Oyanışı saymaq olmaz. Suriyadakı hadisələr İranda 1388-ci ildə baş vermiş fitnəkarlığa bənzəyirdi. Şüarlar da həmin şüarlara bənzəyirdi. 1388-ci il Qüds günü inqilabın müqəddəsliklərinə qarşı təhqiramiz hərəkətlərə yol verildi, “Nə Qəzzə nə Livan, canım fəda İrana” şüarları səsləndi. Bu bir fitnəkarlıq idi. Eynən bu şüarları münafiqlər Suriyada səsləndirdilər. Hədəf Bəşar Əsəd idi. Deyirdilər ki, nə hizbullah istəyirik, nə İran istəyirik. Dövlətimizi azad edək. Maraqlı nöqtələrdən biri budur ki, Bəşar Əsəd müxaliflərə əl uzadıb dedi ki, mərdanə müzakirələr aparaq. Əgər prezidentin dəyişməsi lazım gəlsə mən istefa verirəm. Şərt qoydu ki, silahı yerə qoymalıdılar, müzakirə mizi arxasına geçməlidirlər.
Amma onlar müzakirəyə razılıq vermədilər. Sonradan məlum oldu ki, bu müxaliflərin 60 faizindən çoxu suriyalı deyil. Onlar ölkəyə xaricdən gəlmişdilər. Bu insanlar Liviya, Çeçenistan, Fars Körfəzi ölkələrindən toplanmış muzdur terrorçular idi. Ərəbistan, Qətər, Ərəb Əmirliyi onları himayə edir, Türkiyə onları silahlandırırdı. Aydın oldu ki, bu hərəkatın xalqa heç bir aidiyyati yoxdur, ölkə xaricindən idarə olunan muzdur hərəkatdır. Suriyadakı müxalifət dünya imperializminin mənafelərinə xidmət edirdi.
Əxzər İbrahimi hadisələrdə səhnəyə gəldi, tərəfləri müzakirələr mizi arxasında oturtmaq istədi. Amma bunun alınmayacağını görüb geri çəkildi. O zaman ki, Bəşar Əsəd dövləti suriyalıları xalqın taleyini həll etməyə çağırdı, düşmənlər məqsədə çata bilməyəcəklərini gördülər. Çünki müxaliflərin 60 faizindən çoxu xarici idi. Onların Suriyaya heç bir aiddiyyatı yox idi. İran İslam Respublikasının da rəsmi mövqeyi bu oldu ki, Suriyadakı hadisələr İslam oyanışı deyil. Cənab Rəhbər hadisələrin əvvəlində qətiyyətli mövqe ortaya qoydu.
Sual: Misirdə Müsəlman Qardaşları hərəkatının təhlili ayrıca bir mövzudur. Bizim mövzumuz xalqdır hərəkatlarda iştirakıdır. Siz Misirdə xalqın dini istəklərini yada saldınız. Soruşmaq istəyirik ki, Misirdə baş verən son hadisələr xalqın İslamdan üz çevirməsi kimi izah oluna bilərmi?
Cavab: Bu məsələlərə hansı bucaqdan baxılması mühümdür. Əgər hadisələrə sabiq prezident Məhəmməd Mursi və onun radikal tərəfdarlarının nəzərincə baxsaq deyə bilərik ki, bu dinə arxa çevirmək oldu. Amma Misir xalqı düşüncəli xalqdır, onu aldatmaq olmaz. Onlar başa düşdülər ki, həqiqi İslam bu deyil. Radikal ixvançılar Amerikanın yalanlarına uydular, tələyə düşdülər. Bu hadisələri bir-birindən ayırmaq lazımdır. Xalq Mursiyə ona görə səs verdi ki, Mursi islami şüarlarla səhnəyə gəlmişdi. O zaman Misir mətbuatında yazırdılar ki, ya generala, ya şeyxə səs verin. General deyəndə Əhməd Şəfiqi, şeyx deyəndə Məhəmməd Mursini nəzərdə tuturdular. Xalq bir şeyx olaraq Mursiyə səs verdi. O hüquqşünas idi, dini və şəriət məsələlərini bilirdi. Amma ixvançılar radikallıq etdiyindən şərait dəyişdi.
Bunu da qeyd edək ki, Məhəmməd Mursi Müsəlman Qardaşlarının ilk seçimi deyildi. Başqa namizlər də var idi. Amma hər namizəd müəyyən problemlə üzləşdi. Mursiyə səs verilməsi Amerikanın eynini açdı. Amerikalılar Mursini özlərinə yaxın sayırdılar. Mursi Çikaqo universitetinin professorudur. O uzun illər tədrislə məşğul olub. Bu ixvançı şəxsin baxışları qərb baxışı idi. Bir sözlə Mursi amerikalıların istəklərini ödəyirdi. O, anti-amerika, anti-İsrail şüarlar səsləndirsə də bu şüarlara sadiq deyildi. Kemp Devid müqaviləsini ləğv etməli olduğu halda bu işi görmədi. İsraillə münasibətləri minimuma endirməli ikən belə addım atmadı. Misir xalqı bütün bunları görürdü. Buna görə də ixvançılara arxa çevirdilər.
Mən ötən həcc mərasimində 23 misirli ilə Mursinin süqutu haqqında danışmışam. Onlar deyirdilər ki, Mursi İslamı başqa bir simada təqdim etdi. Beləcə Misir xalqı Mursi modelində İslamdan üz çevirdi.
Misir xalqı fərqli bir xalqdır. Demək olar ki, bu xalq bütün təzyiqlərə baxmayaraq mütaliəli insanlardan, düşüncə sahiblərindən təşkil olunub. Cənab Rəhbər buyurdu ki, mən gənclik dövründən “Minəl-Qahirə” ərəb radiosuna qulaq asırdım. Cənab Rəhbər onların bir sıra kitablarını fars dilinə çevirib. Seyyid Qütbün də kitabını tərcümə edib. Cənab Rəhbət iftixarla deyirdi ki, Misir başqa ərəb ölkələrinə düşüncə ixrac edən mərkəzdir. Çünki misirlilər Qərbin sözlərini təhlil edir, yaxşını pisdən seçir, öz baxışları ilə həmin kitabları çap edirlər.
Mənim üçün maraqlı olan budur ki, İran xalqı ilə Misir xalqı arasında fikir yaxınlığı var. Elmi sevmək, mədəniyyətə ehtiram müştərək xüsusiyyətlərdir. Əhli-Beytə (ə) məhəbbət də onların mübarizəsində hiss olunur. Misirlilərdən biri məndən soruşdu ki, övladımın adı nədir? Dedim ki, adı Huseyndir. Dedi ki, mən də oğlumun adını Həsəneyn qoymuşam. Həsəneyn Həsən və Huseyn adlarının cəmidir. Məndən istəyirdilər ki, onlar üçün İmam Huseynin (ə) müsibətlərindən danışım. Biz belə söhbətlərin adını rövzə qoyuruq. Onlar İmam Huseynin (ə) mübarizəsi, Kərbəla hadisələri haqqında söhbətləri dinləməyə maraqlıdırlar. Mən danışdıqca onlar ağlayırdılar. Təəccüb edirdim ki, Əhli-Beyti (ə) belə sevirlər.
Misir əhalisinin əksəriyyəti şafeidir. Şafeilərin İmam Məhəmməd ibn İdris Şafeinin qəbrinə böyük məhəbbətləri var. Onlar Qahirədə olan bu məzara xüsusi hörmət göstərirlər. Əhli-Beytə (ə) də fövqəladə məhəbbətləri var. Mənə bir şəxs göstərib dedilər ki, bu şəxs şafeidir, Nurul-əbsar kitabını yazıb. Bu kitabda 12 imamın həyatından söz açılıb. Onlar nurul-əbsar deyəndə imamları öz gözlərinin nuru kimi qəbul edirlər. Bu şəxs ömrünün axırlarında görmə qabiliyyətini itirdiyi zaman nəzr edir ki, əgər gözünün nuru qayıtsa belə bir kitab yazar. Görün Əhli-Beytə (ə) eşq hansı səviyyədədir. Biz İmam Huseynin (ə) mövlud gününü bir-iki gün qeyd etdiyimiz halda, onlar şəban ayının ilk ongünlüyünü İmam Huseyn (ə) eşqi ilə bayram keçirirlər. Həmin günlərdə Misirdə bu mərasimlərdə böyük izdiham olur.

Vilayet.nur-az.com


1233 بازدید
در حال ارسال اطلاعات...