Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Amerikalı pilotun İŞİD-lə bağlı ifşası!

Döyüş meydanlarında terrorist qrupları aydın müşahidə olunsa da, heç vaxt vaxtında bombardman əmrini almırdıq
Nur-az.com shia-news.com-a istinadən:
Amerikanın hərbi hava donanmasının pilotu bildirib ki, ona İraqda döyüş meydanında İŞİD-in mövqelərini bombardman etməyə icazə verilmirmiş. O, deyib ki, adətən, döyüş meydanlarında terrorist qrupları aydın müşahidə olunsa da, heç vaxt vaxtında bombardman əmrini almırdıq və bu hallarda bürokratik əngəllər lazım olan anda vurulmalı zərbəyə mane olurdu.
Fox news-un koalisiya qüvvələrindən əldə əldə etdiyi məlumatda bildirilir ki, pilot tərəfindən hədəf təyin olunduqdan sonra qəti zərbə əmri verilənədək arada bir saat vaxt itir.
Elə bundan qabaq «əl-Mənar»ın müxbiri General Qasim Süleymaninin adından bildirmişdi ki, Amerikanın regionda İŞİD-lə mübarizəsində elə də ciddi qətiyyət görünmür və bu ünsürlər daxildən nefti həmin koalisiyaya üzv dövlətlər vasitəsilə xaricə ixrac edir.
Faktlar göstərir ki, Amerika hava hücumlarına İŞİD-in İraqın Neynəva, Səlahəddin və Diyalə vilayətinlərinə təcavüzündən iki ay sonra başlayıb və hələ ki, bu əməliyyatlarda elə də, ciddi nailiyyət müşahidə olunmur. Amerika koalisiya qoşunları adı altında on ay ərzində İŞİD-ə qarşı cəmi dörd min hava hücumu həyata keçirib ki, orta hesabla günə on üç dəfə düşür. Halbuki onlar 2011-ci ildə Əfqanıstanda Talibanla müharibə zamanı orta hesabla gündə yüzdən artıq hava əməliyyatı həyata keçirmişlər. Hələ Amerikanın İraq qoşunlarına verəcəyi təchiz-təlim vədlərindən də, bir əsər görünmür. Ötən may ayında əl-Ənbar vilayətinin mərkəzi əl-Rəmadinin süqutu da, bir daha olaraq koalisiyanın İŞİD-lə mübarizə üsulunda ciddi dəyişikliyə dair Parisdə keçirilən iclasın əsas müzakirə mövzusunu təşkil etdi. Bu məsələdə Amerikanın müdafiə naziri Şton Karter İraq qoşunlarını müqəssir sansa da, sabiq nazir Robert Gits isə ona cavab olaraq İŞİD-lə bağlı mübarizədə Amerikanın məlum strategiyasının olmadığını vurğulayıb.


1178 بازدید
در حال ارسال اطلاعات...