Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Cənab Rəhbər partiya mənafelərindən çıxış edibmi?

Dünyanın heç bir yerində ölkənin sabitliyini pozanlara güzəşt olunmur amma...
Kimsə iddia edə bilməz ki, Cənab Rəhbər Ayətullah Xamenei hansısa dövləti, hakimiyyətdə olan komandanı himayə etməyib. Cahan İnformasiya Agentliyi Müctəba Rəncinin yazısını nəzərdən keçirir ...
Belə bir sual ortaya çıxır ki, şəmsi 1388-ci ildə seçkilərdən sonra fitnəkarlıq zamanı Cənab Ayətullah Xamenei Əhmədinejad və onun komandasını müdafiə edibmi? Cənab Rəhbərin bu hadisələrə münasibətdə partiya mövqeyindən çıxış edərək müxalifləri nəzərə almaması doğrudurmu? Cavab budur ki, İran İslam Cümhuriyyətinin tarixi belə şübhələri rədd edir. Ayətullah Xameneinin cümhuriyyət tarixi boyu çıxışları, tutduğu mövqeyi nəzərdən keçirdikdə görürük ki, o heç zaman partiya mövqeyindən çıxış etməyib, ümummilli maraqları nəzərə alıb. Cənab Rəhbər hər zaman bütün partiya və cinahlara diqqət yetirərək, mahiyyətə varmadan hansısa firqəni dəstəkləməkdən çəkinib. Onun hadisələrə, yaranmış gərginliyə münasibəti bir ata münasibəti olub, kimsənin tərəfini saxlamadan hadisələrə münasibət bildirib. Cənab Rəhbər siyasi fəaliyyətlərinin əvvəlində olduğu kimi bu gün də eyni xətti davam etdirir.
Cənab Rəhbər məsuliyyəti qəbul etdiyi ilk gün buyurub: “Bu gün pəhləvi dövründəki kimi şəxsi düşüncə və zövq əsasında insanların vəzifəyə seçilməsi dövrü geridə qalıb. Bu gün hamı şəxsi səliqəsini kənara qoymalı, keçmişdə baş verənləri yaddan çıxarmalıdır. İnşallah, ümumi bir həmkarlıq yaratmalıyıq.” (şəmsi 1368-ci ildə dövlət məsulları ilə görüşdə çıxışdan)
Cənab Rəhbər bu günə qədər əməli olaraq göstərib ki, inqilab və məmləkətin mənafelərindən başqa mənafe onun üçün əhəmiyyətli deyil. Rəhbərlik dövründə Ayətullah Xamenei ölkədəki müxtəlif cinahlardan hakimiyyətə gələn dövlətləri dəstəkləyib. İlk Qurucu dövlət, sonrakı İslahatçı dövlət, daha sonra Əhmədinejad dövləti, hazırda Tədbir və Ümid dövləti Cənab Rəhbər tərəfindən himayə olunub. Kimsə iddia edə bilməz ki, Cənab Rəhbər hansısa dövləti himayə etməyib. Hətta partiya mənafelərindən çıxış edən dövlətlər, məsələn İslahatçı dövlət Cənab Rəhbərin himayələrindən çox faydalanıb.
Şəmsi 1380-ci il, xordad ayında 6-cı məclisin işə başlaması zamanı münaqişələr yarandı. O zaman Cənab Rəhbər islahatçıların xeyrinə göstəriş verdi. (Şəmsi 1380-ci il, 27 xordad)
Nəzarət Şurası ilə dövlət arasında fikir ayrılığı yarandığı zaman bu ixtilaf 6-cı məclisə seçkilərdə də özünü göstərdi. Nəzarət Şurası 6-cı məclisə seçkiləri ləğv etmək istədi. Bu zaman Cənab Rəhbər hökm verdi və məclis islahatçıların üzünə açıldı.
Tehranın sabiq meri Kərbasçinin maliyyə qanunsuzluğu ilə bağlı mühakiməsi məsələsində məhkəmə ilə islahatçı qüvvələr arasında gərginlik yaşandı. Baş nazir Abdullah Nuri və 6-cı məclisin bəzi nümayəndələri gərginlikdə iştirak edən fiqurlar idi. Yenə də Cənab Rəhbər islahatçıların xeyrinə hökm verməklə onlara yol açdı.
Doqquzuncu prezident seçkilərində Cənab Rəhbərin hökmü ilə islahatçıların namizədi Mustafa Muin seçkilərə qatıldı. Cənab Rəhbərin hökmü olmasaydı Nəzarət Şurası onun namizədliyini qəbul etmirdi.
Cənab Rəhbər əksəriyyətin etirazla qarşıladığı islahatçılar dövlətini də bir ata qayğısı ilə himayə etdi. Cənab Rəhbərin himayələri sayəsində bu dövlət ciddi təzyiqlərdən nəfəs alıb işini davam etdirdi.
Nüvə fəaliyyətlərinin iki il dayandırılması hadisəsində Cənab Rəhbər islahat dövlətindən tələb etdi ki, sonradan bu hökumət ittihamlarla üz-üzə gəlməsin deyə, hakimiyyətdə olduğu zaman fəaliyyətlər bərpa olunmalıdır. Cənab Rəhbər bir ata nəvazişi ilə bu dövlətə yol göstərirdi ki, sabahkı tarixdə həmin dövlətə qarşı ittihamlar yer almasın.
Cənab Rəhbərin tərəfsiz, ədalət əsasında siyasətləri bu gün də davam edir. Bu gün Cənab Rəhbər Ayətullah Xamenei Ruhani dövlətini himayə etməklə bu dövlətə fəaliyyətlər üçün yol açır.
Mübahisəli mövzulardan biri 1388-ci ildəki fitnəkarlıq hadisələridir. Cənab Rəhbərin mühüm vəzifələrindən biri cümhuriyyət və qanunu qorumaqdır. Həmin dövrdə bəziləri partiya mənafelərini milli mənafedən üstün tutaraq gərginlik yaratdılar. Hətta qanunu ayaq altına alaraq sabitliyi pozmağa cəhd göstərildi. 6-cı məclis dövründə qanunun müqəddəsliyindən danışanlar 88-ci il hadisələrində qanunu bir kənara qoydular. Onlar ölkədə sabitliyi pozaraq dövlətə qarşı şüarlar səsləndirdilər, təxribata əl atdılar.
Amma Cənab Rəhbər 6-cı məclisin dövründə olduğu kimi 88-ci ildə də qanunu əsas götürərək fitnəkarlığın qarşısını aldı. Cənab Rəhbər İslahat dövlətini himayə etdiyi kimi Əhmədinejad dövlətini də himayə edirdi. Bu himayənin seçkilərə heç bir aidiyya-ti yox idi. 88-ci ildə Cənab Rəhbər seçkilərdən bir neçə gün sonra prezidenti himayə etdiyini açıq bəyan etdi.
Dünyanın heç bir yerində, nə özünü liberal-demokrat adlandıran Amerikada, nə də kommunist Çində ölkənin sabitliyini pozanlara güzəşt olunmur. Bu istiqamətdə addım atanlar ən ağır şəkildə cəzalandırılır. Hansı ki 88-ci il hadisələrində dövlətçiliyə qarşı şüar səsləndirib təxribat törədənlər, cümhuriyyətə qarşı ən böyük xəyanətə al atanlar nə edam edildi, nə də onlara işkəncə verildi. Yalnız onların təxribatının qarşısını almaq üçün bu insanlar cəmiyyətdən təcrid edildi, müsahibə vermək imkanları yasaqlandı. Əslində isə onların cəzası çox ağır idi.
Bu gün Cənab Rəhbər Ruhani dövlətini, nüvə müzakirələri aparan komandanı himayə edir, onları inqilabın övladları adlandırır. Bu deyilənlərdən qənaətə gəlirik ki, Cənab Rəhbər siyasi fəaliyyətə başladığı gündən bu günə qədər inqilabın mənafelərini, milli mənafeləri hər şeydən üstün tutub, qanuna riayət edərək tərəfsiz mövqe nümayiş etdirib.

Vilayet.nur-az.com


1381 بازدید
در حال ارسال اطلاعات...