Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Quran və “Nəhc əl-bəlağə”

Cəmiyyətmizdə "Nəhc əl-bəlağə"nin tam və əhatəli tərcüməsinin, eləcə də Quranın tam, aydın tərcüməsinin yeri boşdur
Bu kitab Quranla yanaşı qoyulduqda şübhəsiz, ondan sonra birinci yerdə durur. Yəni bizim bu dərəcədə etibarlı, əhatəli, qədim başqa kitabımız yoxdur. Məhz buna görə də "Nəhc əl-bəlağə"ni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu, bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əlini (ə) qəbul edən, müsəlman olan hər bir insanın borcudur. – Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. – "Nəhc əl-bəlağə"ni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmaqda məqsəd çapını çoxaltmaq deyil, – lazımınca çox çap olmuşdur. – Burada məqsəd "Nəhc əl-bəlağə" ilə bağlı tədqiqat aparmaq, işləməkdir.
Quran sahəsində