Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Sünnə əhli alimləri İmam Mehdi (əc) haqqında

Aydın oldu ki, İbn Teymiyyə açıq-aşkar yalan danışır
Ayətullah Əli İslami sünnə əhli alimlərinin İmam Mehdiyə (əc) münasibətindən danışır. O bildirir ki, sünnə əhli alimləri İmam Mehdinin (əc) vücudunu təsdiqləyiblər. Hətta bəzi sünnü alimlərinin İmamla görşüdüyünü bildirir. Onlar mütəvatir hədislərlə İmam Mehdinin (əc) varlığını sübuta yetirir.
Mehr informasiya agentliyi Beynəlxalq Əhli-Beyt (ə) Cəmiyyətinin araşdırma bölməsinin rəisi Ayətullah İslaminin bu mövzuda fikirlərini bölüşür.
Vəhabi firqəsi alimləri daim çalışıblar ki, başqa məzhəblərin, o cümlədən 12 imamçı şiələrin etiqadlarını hədəfə alsınlar. Onlar şiələri bidətçi adlandırır, şiələrin peyğəmbər sünnəsindən uzaqlaşdığını deyirlər. Beynəlxalq imperializm, Səudiyyə Ərəbistanı tərəfindən himayə olunan bu azğın firqə dünya miqyasında təbliğat aparır, şiə əqidəsinin rədd edilməsi istiqamətində saysız kitablar çap edir. Ayətullah Əbulfəzl İslami vəhabi alimi Nasir Əl-Qəffarinin şübhələrinə cavab olaraq ərəb dilində kitab yazıb. Bu kitabda vəhabi aliminin ortaya qoyduğu suallar cavablandırılır, eyni zamanda bu cavablarda sünnə əhli mənbələrinə istinad edilir. Qeyd etdik ki, vəhabilərin hədəfə aldığı mövzulardan biri İmam Mehdinin (əc) mövcudluğudur. Ayətullah İslami bu mövzuda da vəhabilərə yetərli cavablar verir. Ayətullah İslami ilə söhbəti diqqətinizə çatdırırıq:
Sual: Bəzi kitablarınızda məhdəviyyət mövzusundan söz açılıb, vəhabi şübhələri cavablandırılıb. Bu barədə qısaca nə deyərdiniz?
Cavab: Bəli, kitabın birinci hissəsində vəhabilərin şiə hədisləri ilə bağlı şübhələrinə cavab verilir. Başqa bir fəsildə şiələrin Qurana baxışı yer alıb. Üçüncü hissədə məhdəviyyət etiqadından söz açılır.
Vəhabilər öz sözlərində İbn Teymiyyəyə istinad edirlər. Nasir Əl-Qəffari İbn Teymiyyədən misallar çəkir, deyir ki, İmam Mehdi (əc) təxəyyüldən başqa bir şey deyil. Yenə də vurğulayır ki, şiələr arasında İmam Mehdinin (əc) varlığı ilə bağlı fikir ayrılığı mövcuddur. Bütün bunları İbn Teymiyyədən nəql edirlər. Deyirlər ki, İmam Həsən Əsgərinin (ə) övladı olmayıb. İbn Teymiyyə “Minhacus-sünnətul nəbəviyyə” adlı kitab yazıb. Qəffari öz söhbətlərində dörd yerdə İbn Teymiyyənin bu kitabına istinad edir. Hər dəfə vurğulayır ki, İmam Həsən Əsgərinin (ə) övladı olmayıb. O bir neçə dəlil göstərir, yazır ki, Təbərinin yazdıqlarına görə İmam Həsən Əsgərinin (ə) övladı olmayıb. Təbərinin İmam Həsən Əsgəri (ə) ilə müasir olduğunu qeyd edir. Təbəri 311-ci ildə dünyasını dəyişib. İmam Həsən Əsgəri (ə) 260-cı ildə şəhadətə çatıb. Olsun ki, Təbəri imamı görüb. Hər halda Qəffari söhbətində İbnTeymiyyəyə istinadən deyir ki, Təbəri İmam Həsən Əsgərinin (ə) övladı olmadığını yazıb.
Sual verir ki, şiələr İmam Həsən Əsgərinin (ə) övladı olmasını hansı əsasla iddia edir? Bu şübhəni cavablandırmaq üçün müqəddiməyə ehtiyac var. Zalım şah rejimi 10-12 il İmam Xomeyniyə (r) qarşı təbliğat apardı, hətta onu kafir adlandırdılar. Amma bunun təsiri olmadı. Sonra qərara gəldilər ki, İmam Xomeyninin (r) fəaliyyətlərini zəiflətmək üçün İmam Mehdi (əc) inancını zəiflətsinlər. Çünki İmam Xomeyninin (r) baxışlarına görə müctəhidlər naiblik səlahiyyətini İmam Mehdidən (əc) alırlar. Əgər İmam Mehdi (ə) inancı aradan qalxsa, onda din alimlərinin səlahiyyəti, legitimliyi də şübhə altına alınar.
Hətta bir rəvayət nəql edirlər ki, İmam Mehdi (əc) var, amma axiruz-zamanda gələcək. Hazırda onun mövcud olmadığını deyirlər. Beləcə şah rejimi təbliğat aparırdı ki, İmam Xomeyninin (r) heç bir canişinlik səlahiyyəti yoxdur. Din aliminin din adından danışması qanuni deyil. Vəhabilər də eyni yolu gedərək məhdəviyyət mövzusunu hədəfə alıb.
İbn Teymiyyə deyir ki, İmam Mehdi (əc) bir xəyaldır. İmamın varlığının uydurulduğunu iddia edirlər. Deyirlər əgər İmam Həsən Əsgərinin (ə) müasiri olmuş Təbəri onun övladı olmadığını deyirsə, siz şiələr nə deyirsiniz?! Mən onların bu iddiası əsasında Təbərini araşdırdım. Aydın oldu ki Təbərinin əsərlərində İmam Mehdi (əc) barədə bir söz yoxdur. İbn Teymiyyə bütün bunları özündən uydurub. İbn Teymiyyənin nəzərdə tutulan əsərlərinin bütün nüsxələrini araşdırdım. Nüsxələr arasında fərq olsa da heç bir kitabda İmam Həsən Əsgərinin (ə) övladının olmaması yazılmamışdı. Aydın oldu ki, İbn Teymiyyə açıq-aşkar yalan danışır.
Nasir Əl-Qəffariyə demək lazımdır ki, universitet adamı danışanda dəlillərə əsaslanmalıdır. Əgər siz Təbərinin kitabına istinad edirsinizsə, bizə həmin mətni göstərin. İkincisi, siz deyirsiniz ki, kimsə İmam Mehdinin (əc) mövcudluğunu qəbul etmir. Güya sünnə əhli hamılıqla İmam Mehdini (əc) inkar edir. Sünnə rəvayətlərində İmam Mehdinin (əc) mövcudluğunun qəbul olunmadığını söyləyirsiniz. Bunu uydurma adlandırırsınız. Mən vəhabilərin şübhələrinə cavablar mövzusunda ikinci kitabımda sünnə əhlindən 201 alimin sözlərini topladım. Sünnə əhlinin bu 201 məşhur alimi İmam Mehdinin (əc) dünyaya gəlişini təsdiqləyirlər. Hətta bəzi sünnü alimlər İmam Mehdi (əc) ilə görüşdüklərini bildirirlər.
Sual: Sünnə əhli alimlərindən İmam Mehdinin (əc) varlığını təsdiqləyənlər kimdir?
Cavab: İmam Mehdinin (əc) varlığını təsdiqləyən sünnə alimləri bir neçə qrupdur. Onların bir hissəsi tarixçidirlər. 635-ci ildə dünyasını dəyişmiş İbn Əsir, 310-cu ildə dünyasını dəyişmiş Təbəri, 326-cı ildə dünyasını dəyişmiş Yaqut Ələ Həməvi, 732-ci ildə dünyasını dəyişmiş Əbu Əfda, 815-ci ildə dünyasını dəyişmiş İbn Şəhnə, 346-cı ildə dünyasını dəyişmiş Məsudi, o cümlədən hədisçi alimlər İmam Mehdinin (əc) varlığını təsdiqləyir. 307-ci ildə dünyasını dəyişmiş Ər-Röyani, 411-ci ildə dünyasını dəyişmiş Əbülfəth Şami, dördüncü əsr alimlərindən Əhməd ibn Nəsr Zare kimi alimlər hədisçi alimlərdir. Onlar birmənalı olaraq İmam Mehdinin (əc) dünyaya gəldiyini təsdiqləyirlər.
Əbu Nəsr Buxari, Siracəddin Rəfai və başqaları mütəxəssis alim olaraq İmam Mehdinin (əc) dünyaya gəldiyini bildirirlər. Bundan əlavə, həmin dövrün məşhur yazıçıları və şairləri İmam Mehdinin (əc) təvəllüdündən söz açır. Cəlaləddin Mövləvi və başqa ariflər, o cümlədən İbn Ərəbi və davamçıları İmam Mehdinin (əc) həyata gəlişini təsdiqləyir. İmamı qəbul edən ariflər çoxdur. Yaqut Şerani yazır ki, özü və bir neçə başqa sünnə əhlindən olan alim İmam Mehdi (əc) ilə görüşüblər.
Əl-Qəffaridən soruşmaq lazımdır ki, əgər İmam Mehdi (əc) uydurulmuş bir obrazdırsa, bir bu qədər sünnə alimi yalan danışırmı?! Maraqlıdır ki, İmam Mehdinin (əc) dünyaya gəlişini təsdiqləyən sünnə alimləri hər dörd məzhəbə aiddir və müxtəlif əsrlərdə yaşayıblar. Mən kitabın üçüncü cildini İmam Mehdini (əc) qəbul edən sünnə alimlərinə həsr etmişəm. Bununla belə vəhhabilər bu aydın həqiqətləri rədd edir.
Sual: Necə olur ki, vəhhabilər belə möhkəm dəlilləri rahatlıqla rədd edir?
Cavab: Biz vəhhabiləri elmi mübahisədə tərəf-müqabil saymırıq. Çünki onların istinadı elm yox, İngiltərə və başqa İslam düşmənlərinin göstərişləridir. Onlar göstəriş alıblar ki, İslam İnqilabının qanuniliyini şübhə altına almaq üçün İmam Mehdinin (əc) varlığını inkar etsinlər. İmam Mehdinin (əc) varlığı inkar olunmalıdır ki, şiələrin hakimiyyətinin legitimliyi aradan qalxsın. Bu ona bənzəyir ki, Peyğəmbərin (s) dövründə bəziləri iddia edib ki, Quran bir əcəmi tərəfindən peyğəmbərə öyrədilmiş mətnlərdən ibarətdir.
Qəffarinin İmam Mehdini (əc) qəbul edən sünnə alimləri qarşısında deməyə sözü yoxdur. O imamın varlığını inkar edən heç bir mötəbər dəlil göstərə bilmir. Şiə və sünnülərin müştərək qəbul etdiyi üç hədisi kitabda nəql etmişəm. Bu hədislərə heç bir məzhəbin zərrəcə şübhəsi yoxdur. Hədislərdən biri səqəleyn hədisidir. O biri iki hədisdə də peyğəmbərdən sonra 12 imam haqqında danışılır. Qəffariyə sual verirəm ki, bu hədislər mütəvatirdir, yoxsa yox? Bütün şiə və sünnü alimləri bu üç hədisi mütəvatir sayır. İbn Hicr kimi böyük sünnü alimi həmin hədislərin mötəbərliyini qeyd edir. İbn Hicr Səqəleyn hədisindən danışır. Nədir Səqəleyn hədisi? Həzrət Peyğəmbər (s) buyurur ki, mən kitab və Əhli-Beytimi (ə) sizə əmanət qoyub gedirəm. Həzrət buyurur ki, bu iki şey Kövsər hövzuna çatana qədər bir-birindən ayrılmaz.
İbn Hicr hədisə istinadən bildirir ki, Quran və Əhli-Beyt (ə) heç zaman bir-birindən ayrılası deyil. Müasir dövrümüzdə Quran var. Sual olunur ki, əhli-beyt hardadır? Əgər Səqəleyn hədisində Quran və itrətin yanaşı olduğu buyurulubsa, bu gün itrət kimdir? Hüsnü Mübarəkdir? İbn Hicr Şafei belə bir qənaətə gəlir ki, peyğəmbər ailəsindən həmişə bir nəfər həyatda olub. 11 imam 250 il ərzində öz işini başa çatdırıb. İndi Quranla yanaşı olası başqa birini axtarmalıyıq. Əgər desək ki, İmam Mehdi (əc) yoxdur, axiruz-zamanda gələcək, bəs Quranın itrətlə birliyi necə olsun?!
İkinci hədis “Xüləfai-isna əşər” hədisidir. Bu hədis də mötəbərdir. Əgər bir şəxs desə ki, Afrikada filan şəhər var, buna şübhə ilə yanaşılması mümkündür. Çünki həmin şəhər məşhur deyil. Amma Londonun adı çəkiləndə, hamı qəbul edir ki, London var. Çünki bu məlumat mütəvatirdir, yəni hamı tərəfindən qəbul olunan məlumatdır. İkinci hədis də mütəvatirdir, yəni sünnə əhli kitabları bu hədisi inkar olunmayacaq həddə nəql edib.
Sual olunur ki, Əl-Qəffari hədisdə qeyd olunan 12 nəfərin adını çəkə bilərmi? Həzrət Peyğəmbər (s) heç vaxt 12-dən aşağı və ya 12-dən yuxarı rəqəm dilinə gətirməyib. Raşidin xəlifələri dörd nəfərdir, Bəni Üməyyə xəlifələri 13 nəfər, Bəni Abbas xəlifələri 34 nəfərdir. İndi bizə izah etsinlər görək 12 xəlifə kimdir? Şiəliklə işimiz yoxdur. Biz sünnə əhli alimlərinin nəql etdiyi hədisdəki 12 nəfərin kimliyini soruşuruq? Bu hədisi yalnız şiə mənbələri izah edə bilir.
Üçüncü hədisdə nəql olunur ki, kim imamını tanımadan dünyadan getsə cahiliyyət dövründə dünyadan getmiş kimidir. Bu hədis də sünnə əhlinin mütəvatir saydığı hədislərdəndir. İndi sual olunur ki, biz dünyadan cahil getməmək üçün kimə beyət etməliyik? Bizi cahil ölümündən qurtaracaq şəxs kimdir?
Sual: Sizin nəql etdiyiniz o üç mütəvatir hədis İmam Mehdinin (əc) varlığını sübuta yetirirmi?
Cavab: Bu üç hədisdə qeyd olunan şərtlər, bəyan olunan sifətlər 12-ci imamdan başqa heç bir şəxs haqqında özünü doğrultmur. Biz Doktor Əl-Qəffariyə deyirik ki, şiəliyin təqdimatı üçün şiə mənbələrindən istifadə etmək lazımdır. Bu mənbələrdə deyilənləri öz mötəbər mənbələrinizlə müqayisə edin. Əgər öz mənbələrinizi araşdırsanız görərsiniz ki, İmam Mehdi (əc) haqqında deyilənlər şiə mənbələrindəkindən fərqlənmir.
Bütün mötəbər şiə mənbələri istisnasız olaraq İmam Mehdinin (əc) mövcudluğunu təsdiqləyir. Bəs vəhabilərin dəlili nədir? Biz öz kitablarımıza istinadən imamın varlığına inanırıq. Bəs sizin onu inkar etməyə istinadınız nədir?!
Sual: Siz kitablarınızı ərəb dilində yazmısınız. Bunun bir təsiri olurmu?
Cavab: Biz iki cild kitabı ərəb ölkələrinə göndərdik. Həmd olsun Allaha ki, kitablar yaxşı qarşılandı, müsbət təsiri oldu. Səudiyyə Ərəbistanında bir çox tələbələr kitabla tanış oldu. Mən hazırda bu kitabları tədris edirəm. Bir neçə kurs kitablar tədris olunub. Bizim sahibimiz var və o İmam Mehdidir (ə). O peyğəmbər və övliyaların övladıdır, imamdır, sağdır. Nə vaxt Allah istəsə zühur edər. Allahın qüdrətini vəsfəgəlməz hesab etməyiniz yetir ki, bir şəxs bu qədər uzun ömür sürsün. Allah Dəmavənd dağını necə saxlayıb? Hər şeyə qadir Allah öz övliyasını yaşada bilməzmi? Həzrət İsa (ə), Həzrət Xızr (ə) necə yaşıyır?!
İmam Sadiq (ə) buyurur ki, İmam Mehdi (əc) bulud arxasında qalmış günəş kimidir. Bəli, imam həmin günəş kimi öz nurunu saçmaqdadır. Biz bir dərman üçün müraciət etdikdə və o dərman tapılmadıqda, onun əvəzedicisini verirlər. İmam Mehdi (əc) xalqın hidayəti üçün xalq arasında olmalı idi. Amma onun cəddi Əlini (ə) qətlə yetirdilər. İmam Sadiq (ə) şəhadətə çatdı. Ata-babaları kimi İmam Mehdinin (ə) də qətlə yetirilməsi labud idi. Nəzərdə tutulmayıb ki, İmam ona verilən tapşırıqları möcüzə ilə həyata keçirsin. İmamın hərəkatı təbiidir. Biz əczaçıya deyirik ki, bu dərman yoxsa onun əvəzedicisini ver. İmam Mehdi (əc) əsl şəfa dərmanıdır. İndi ona əlimiz çatmır. Allah onun qeydbə olmasını məsələhət bilib və bunun fəlsəfəsi var. Amma onun oxşarı mövcuddur. Oxşarı Şeyx Müfiddir. Şeyx Müfid dünyasını dəyişəndə İmam Mehdi (əc) onun üçün şeir oxuyur. Buyurub ki, kaş sənin ölüm xəbərin bizə çatmayaydı. Şeyx Səduq, Əllamə Hilli, Əllamə Məclisi, Şeyx Ənsari, Seyid Bürucerdi, mərhum Gülpayiqani, mərhum Milani, Şeyx Behcət, cənab Sistani, mərhum İmam, Ayətullah Xamenei bu qəbildəndir. Bu insanların hər biri imamın işini görür. Vilayət mövzusunda mövzu bir qədər fərqlənir. Mərhum İmam hökumət qurdu və dinin hökmlərini həyata keçirdi. Bütün bu işlər bəşəriyyətin hidayəti üçün idi.
Bu gün İmam Mehdi (əc) pərdə arxasındadır. Ruhullah Xomeyni (r) gəldi, onun işini gördü. İndi Seyid Xamenei bu işi görür. Bu o demək deyil ki, onlar imamın oxşarıdır. Cənab Sistani, Seyid Həsən Nəsrullah, Cənab Behcət kimi insanlar İmam Mehdinin (əc) yolunu təbliğ edənlərdir. Ümid edirik ki, imam tezliklə zühur edib bəşəriyyətə nicat verəcək.

Vilayet.nur-az.com


1719 بازدید
در حال ارسال اطلاعات...