Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Quran baxımından həzrət Mehdinin (ə) varlığı

Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun
Sual: “Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu təsdiqləyirmi?

Cavab:
“Qədr” surələrində bildirilir ki, mələklər hər ilin qədr gecəsi yerə enirlər.
“Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh həmin gecə Rəbbinin izni ilə hər işdən ötrü nazil olar. Bu gecə sübh ağartısınadək salamatlıqdır.” (“Qədr”, 1-5)
“Duxan” surəsində də bu məsələyə işarə olunur: “Ha, mim. And olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz daim qorxudan olmuşuq. Həmin gecə hər bir iş hikmət əsasında tənzim (tədbir) olar.” (“Duxan”, 1-4)
Ramazan ayı qiyamət gününədək təkrarlanar. Qədr gecəsi də qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: “Hər qədr gecəsi yerə enən mələklər və ruh həzrət peyğəmbərdən sonra kimə nazil olur? Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun. İmam Baqir (ə) buyurur: “Ey şiələr! “İnna ənzəlnahu” surəsinə sarılsanız, qalib gələcəksiniz. And olsun Allaha ki, bu surə, peyğəmbərdən sonra Allahın höccəti üçündür. Bu surə, həqiqətən, sizin dininizin təsdiqi, bizim elmimizin nəhayətidir. Ey şiələr! “Ha, mim, vəl kitabil-mubin” ayəsi haqqında danışın. Çünki bu ayələr peyğəmbərdən sonrakı əmr sahiblərinin aiddir...” (“Kafi”, c. 1, s. 249)
Başqa bir məqamda imam buyurur: “And olsun Allaha, həqiqətən, qədr gecəsini təsdiq edən şəxs bizə aid elmdən əldə edər...” (həmin mənbə, s. 252, 253)
Həzrət Əli (ə) ibn-Abbasa buyurur: “Həqiqətən, hər ilin qədr gecəsi var. Həmin gecə bir ilin işləri nazil olar. (bir ildə baş verəcək işlər müəyyənləşər) Onun üçün peyğəmbərdən sonra valilər var.” İbn-Abbas deyir: Ərz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: “Mən və məndən olan on bir övladım hamısı imam və mühəddisdir.” (həmin mənbə, c. 1, s. 247, 248)
Həzrət peyğəmbər (s) səhabələrinə buyurmuşdur: “Qədr gecəsinə iman gətirin. Çünki o, Əli ibn Əbu-Talib və onun on bir övladı üçündür.” (“Kəmalud-din”,c.1, s.280, 281)

Sual: “İmam” (“İsra” surəsinin 71-ci) ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?

Cavab:
Allah-taala “İsra” surəsində buyurur: “Bir gün ki, hər bir güruhu imamı vasitəsi ilə çağırarıq. Əməl naməsi sağ əlinə verilənlər onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm qılınmaz.”
Ayədən məlum olur ki, qiyamət günü hər bir kəsdən imam haqqında soruşular. Əgər etiraf etsə, nicat tapar və əməl naməsi sağ əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə bir imam ki, onu tanımadan kimsə nicat tapmaz. Həzrət peyğəmbər (s) buyurur: “İmamını tanımamış olən kəs cahiliyyət dövründə ölmüş kimidir.” (“Kafi”, c. 2, s. 19)
Hər bir dövrdə imam olmalıdır ki, xalq öz istəyi ilə onu rəhbər seçib itaət edə bilsin.
“Lövhe-məhfuz” (müqəddəratın qeyd olunduğu lövhə) bir olduğundan və hər tayfanın öz lövhəsi olmadığından ayədəki “imamları” sözü hər qövmün kitabı kimi də təbir oluna bilməz. Çünki söhbət yaranışdan sonadək bütün insanlardan gedir. Hansı ki, göndərilmiş ilk şəriət kitabı Nuhun kitabıdır. Ondan öncə insanlara heç bir kitab nazil olmamışdır.
Süyuti uyğun ayə ilə bağlı həzrət peyğəmbərdən (s) belə nəql edir. Hər bir qövm dövrünün imamı, Rəbbinin kitabı və peyğəmbərinin sünnəsi ilə məhşur olacaq.” (“Dürrül-mənsur”, c. 4, s. 194)
İbn-Abbas ayədəki “imam” sözünün hidayət və ya zəlalət imamına (rəhbərinə) işarə olduğunu bildirir. (həmin mənbə)
Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “İmam” ayəsi nazil olan vaxt müsəlmanlar ərz etdilər: “Ey Allahın rəsulu! Məgər sən bütün xalqın imamı deyilsən?” Həzrət buyurdu:“Mən bütün bəşəriyyət üçün göndərilmiş bir peyğəmbərəm. Amma tezliklə məndən sonra əhli-beytimdən imamlar gələr. Onlar xalq arasında qiyam qaldırar, amma təkzib olunarlar...” (“Kafi”, c. 1, s. 215) Bişr ibn Ğalib imam Sadiqdən (ə) uyğun ayə haqqında soruşduqda həzrət buyurur: “O, xalqı hidayətə çağıran və xalq tərəfindən qəbul olunan imamdır. O, xalqı zəlalətə çağıran rəhbər də ola bilər. Birincilər behiştdə, ikincilər cəhənnəmdədir.” (“Bihar”, c. 51, s. 161)

Sual: “İnzar” (“Rəd”, 7) ayəsi imamın varlığını necə sübut edir?

Cavab:
Allah-taala öz peyğəmbərinə xitabən buyurur: “Həqiqətən, sən bir qövm üçün qorxudan hidayət edən şəxssən.”
Ayədən məlum olur ki, hər bir dövrdə hər bir qövm üçün onu haqqa çağıran rəhbər var. Belə bir çağırış Allahın rübubiyyət (rəblik) tələbidir. Bu da məlum olur ki, yer üzü heç vaxt həqiqi hidayətçidən, rəhbərdən məhrum olmamışdır. Ayədə yalnız peyğəmbərlər nəzərdə tutulmur. Zəməxşəri ayə ilə bağlı qeyd edir ki, yalnız peyğəmbərlər nəzərdə tutulsaydı, peyğəmbərlər olmadığı dövrdə yer üzü höccətsiz qalardı.
Təbəri uyğun ayənin təfsiri ilə bağlı İbn-Abbasdan belə nəql edir: “Bu ayə nazil oldu. Həzrət peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və hər bir qövm üçün yol göstərənəm. Sonra əlini həzrət Əlinin (ə) çiyninə qoyub buyurdu: “Hidayət olanlar məndən sonra yalnız sənin vasitənlə olar.” (“Cameul-bəyan”, c. 13, s. 142)
Hakim Nişapuri səhih sənədə əsasən həzrət Əlinin (ə) dilindən belə nəql edir: “Həzrət peyğəmbər qorxudandır, mən hadiyəm.” (“Mustədrəke-hakim”, c. 3, s. 129)
Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “Həzrət peyğəmbər qorxudandır. Hər bir dövrdə xalqı peyğəmbərin gətirdiyinə dəvət edən imam və hadi var...” (“Kafi”, c. 1, s. 191)
Uyğun ayə ilə bağlı imam Baqir (ə) buyurmuşdur: “Allahın rəsulu qorxudandır, Əli isə hadidir. Agah ol! And olsun Allaha ki, ayə bizdən kənar olmaz və qiyamət gününədək aramızdadır.” (həmin mənbə, s. 192)


1591 بازدید
در حال ارسال اطلاعات...