Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Ramazan ayında ruhanilərin vəzifəsi

Haqq, ilahi maarifi camaata çatdırmaqla, onlara Allahın əzabını xatırlatmaqla bu ramazan ayını abadlaşdırın
Ramazan ayının və təbliğ üçün sayılı günlərin qədrini çox bilmək lazımdır. Bu günlərdə camaat hazırdır. Əlbəttə, informasiya vasitələri İslamı təbliğə qulluq edirlər. Amma bizim minbər ənənəmiz, yəni dinləyicinin qarşısında əyləşmək, onunla üz-üzə danışmaq müstəsna bir şeydir. Bunu əldən verməyin. Bu, çox əzəmətli, dəyərli və mühüm şeydir.

Ramazan ayı ən yaxşı fürsətdir

Məscidlərdə, minbərlərdə, Quran məclislərində, camaatın toplaşdığı bütün dini yığıncaqlarda camaatı (Allahın əzabı ilə) qorxutmaq lazımdır. Allaha şükürlər olsun ki, siyasi və ictimai məlumatlandırma, camaata geniş siyasi görüş vermək hərəkatı inqilabdan öncədən başlamışdır. Bu gün də var və davam edir. Bu məlumatlandırma ilə yanaşı camaatda mənəviyyat ruhunu da oyatmaq lazımdır. Bu iş üçün ramazan ayı ən münasib fürsətdir.

Ruhani kəlamının təsirinin başlıca amili

Əlbəttə, özümüzdən də başlamalıyıq. Camaat bizim əməlimizə baxır. Ruhaninin sözü o zaman keçərli olacaq ki, dünya bəzək-düzəyinə etinasız olduğunu əməldə göstərsin. Göstərməlidir ki, dünya vurğunlarının könüllərində olan tamah onda yoxdur. Bunu gərək camaata göstərək. Ruhaniyyət bu heysiyyətə, abıra təqva sayəsində nail olmuşdur. Bu, pəhrizkarlıq, dünya bəzəklərinə etinasızlıqdan qorunmaqdır.
Əlbəttə, dünya malına etinasızlıq orta səviyyədə həyat sürməklə ziddiyyət təşkil etmir. Dünyanın ardınca qaçmaq, rahat, yaxşı, əyan və təmtəraqlı həyat nümunələrini istəmək onun üçün çalışmaq – dünya əhlinin ömrü anbaan belə şeylərin ardınca getməklə keçir – ruhani, elm əhli şəxsiyyətindən aşağıda durur. Camaat bunu bizdə görməlidir, hiss etməlidir.
Haqq, ilahi maarifi camaata çatdırmaqla, onlara Allahın əzabını xatırlatmaqla bu ramazan ayını abadlaşdırın. Camaatı təqvaya, əmələ, Allahdan qorxmağa sövq edin. Qiyaməti və ilahi əzabı camaat üçün izah edin. Bu mövzudakı rəvayətləri camaat üçün oxuyun. Camaatın ürəyini Allahla tanış edin, aralarında ünsiyyət yaradın. Cihad, mübarizə, dayanıqlılıq, ölkə quruculuğu, dünya və axirət səadəti Allahla ünsiyyət, könülləri onunla tanış etmək sayəsində mümkündür.


Ayətullah Seyid Əli Xamenei


1450 بازدید
در حال ارسال اطلاعات...