Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

İmam Xomeyni (r) ilə bağlı xatirələrdən

İmama çox yaxın adamlarından biri ciddi səhvə yol vermişdi və İmam tapşırmışdı ki, onu Cəmarana buraxmasınlar
Qum Elm Hövzəsinin Müdərrislər Cəmiyyətinin üzvü Ayətullah Seyid Cəfər Kərimi həm İmam Xomeyninin (r) şagirdlərindən olub, həm də şəmsi 1344-cü ildən İmam dünyasını dəyişənə qədər İslam Cümhuriyyətinin banisinə xidmət göstərib. Hövzə ustadı, İmam Xomeyni (r) ilə bağlı xatirələrini bölüşür ...
Əhli-Beyt (ə) rəvayətlərində buyurulur: “Bir şəxs əziz, başıuca ömür sürmək istəyirsə, günah zillətindən qurtulmalıdır.” Rəvayətdə insan Allaha itaət və bəndəlik izzətinə çağırılır.
Şəmsi 1344-cü ildə İmam Xomeyni (r) İraqda Kazimeynə gələndən 12 saat sonra onunla görüşdüm. Ölümündən təxminən 30 saat öncəyə qədər, yəni 25 il İmamın xidmətində oldum. Bu müddətdə həm onun dərslərində iştirak edirdim, həm kitablarının hazırlanması və çapı ilə məşğul olurdum. İmamın dəftərxanasına gələn suallara, istiftaata cavab verirdim. İmamın başqa görüşlərində də iştirak edirdim. Bütün bu illər ərzində istər cəmiyyət arasında, istər xəlvətdə onun intizamlı olduğunu, şəriət qaydalarını zərrəcə pozmadığını gördüm. İmamın dini etiqadı yüksək səviyyədə idi. Daim çalışırdı ki, etiqadını əməldə həyata keçirsin. Heç vaxt şəxsi mənafe və zərər tanımadı.
İmamın cazibəsi onun dinində idi. Dinin tələb etdiyi həddə cazibədar idi. Eyni zamanda dinin tələb etdiyi şəkildə bəzi insanlardan uzaq durardı. Münasibətlərində qohumluq, tələbəlik və başqa meyarlar rol oynamırdı. İmamı yaxşı tanımaq üçün məsum imamları yaxşı tanımaq lazımdır. Əmirəlmömininə (ə) çox israr etdilər ki, göz yumun, Müaviyə bir müddət iş başında qalsın, sizin hakimiyyətiniz möhkəmlənsin. Amma Əmirəlmöminin (ə) bir saat da, bir dəqiqə də bu zülmə dözə bilməyəcəyini buyurdu. İmam da belə idi. Hakimiyyətin İslam ziddinə adımlarını görən kimi çıxışlarında ona xəbərdarlıq etdi, bunun nəticəsi olmayanda qiyam qaldırdı. Bəziləri ona tövsiyə edirdilər ki, bir qədər şahla, baş nazirlə yola get ki, o birilərlə hesablaşa biləsən. Amma İmam razılaşmadı, zülmə qarşı etiraz səsini qaldırdı.
Tarixdə oxuyuruq ki, bəzilərinin peyğəmbərə qarşı kini vardı. Bu insanlar Mədinəyə gəlib onunla yaxından tanış olandan sonra mövqelərini dəyişdilər, peyğəmbərin cazibəsinə düşdülər. İmam Xomeynidə (r) də belə bir xüsusiyyət vardı. Bir çox insanlar onunla tanış olduqda eynən peyğəmbər kimi hərəkət etdiyini görürdülər.
İraq Ali İnqilab Şurasının rəsmiləri bəzən mühüm məsələlərlə bağlı Nəcəfə, İmamın görüşünə gəlirdilər. Onların da müəyyən istəkləri vardı. Təsəvvür edirdilər ki, İmamı şah sürgün edibsə, BƏƏS partiyasının əsiridirsə ona nə diktə olunsa müsbət cavab verəcək. İranla İraq arasında Kürdüstan mövzusunda gərginlik yarananda İmamdan istədilər ki, şaha qarşı çıxıb onların xeyrinə söz desin. Əslində şah rejiminə qarşı olan İmam buyurdu: “Həm şah qələt edir, həm də siz! İki müsəlman ölkə olaraq xalqın ehtiyaclarını təmin etmək əvəzinə bir-birinizlə baş-başa gəlmisiniz. Hər ikiniz qələt edirsiniz. Bizə nə fərqi var ki, Ərvəndrud İranın olsun, yoxsa İraqın. Ərvəndrudun bir tərəfi İran, bir tərəfi İraqdadır. Dava nə üçündür? Gedin özünüzü islah edin.”
İmamın görüşünə gələnlər heyrətə düşmüşdülər. Onlar gözləmirdilər ki, İraqda sürgündə olan bir şəxs İraq Ali İnqilab Şurasının komandanları ilə belə danışa bilər. Sonralar İraq təhlükəsizlik idarəsinin rəisi demişdi ki, bu seyid bizimlə sərt danışır, onu ölkələdən çıxaracağam. Bu xəbəri İmama çatdıranda belə cavab vermişdi: “Düşünürsünüz ki, mən burada rahatam?! Siz kimsiniz ki, mən sizin kənarınızda xoşhal olum?! Pasportuma möhür vurun, hara istəyirsiniz göndərin. Sizin nə dəyəriniz var ki, sizə xatir burada qalım!”
İmam sürgündə olduğu illərdə bir dəfə BƏƏS rejimi əzadarlıq məclisinin qarşısını almaq istədi. Yenə də məmurlar İmamın görüşünə gəldilər ki, ondan razılıq alsınlar. İmamın qaydası bu idi ki heç vaxt İraq dövlət rəsmiləri otağa daxil olanda ayağa qalxmazdı. Onlarla sərt danışardı. İmam buyurdu: “Sizin qonşuluğunuzda İran adlı bir məmləkət var. Orada Rzaxan adlı biri hakim idi. O gedəndə xalq onun yerinə kimin gələcəyini düşünmədən bayram edirdi. Siz də onun kimi postu itirəcəyinizdən qorxursunuz. Əgər post əldə qalan olsaydı ötür-ötürlə sizin də əlinizə keçməzdi, əvvəlki sahibinin əlində qalardı. Qorxursunuz ki, bir gün iş başından gedəsiniz, xalq şənlik keçirə. Siz hökumət işlərinizi görün, əzadarlıqla nə işiniz var?! Seyyiduş-şühədanın əzadarlığından sizə nə zərər! Bunun sizin hakimiyyətinizə nə dəxli var?! Axı siz hardan gəlmisiniz, necə vəhşilərsiniz?!” İmamın sözlərini gələnlərə tərcümə edəndə onların rəngi qaçdı. Qəzəbdən əsirdilər. Başlarını aşağı salmışdılar. İmam sözünü qurtaran kimi ayağa qalxıb getdilər.
Səhəri gün mərhum Xoyi dərsə başlamamışdan qabaq mərhum Həkimin oğlu mənə dedi ki, ötən gün cənab Xomeyni İnqilab Şurası Komandanları ilə necə rəftar edib?! Əgər sabah Səddam 30 tank göndərib Nəcəfi alt-üst etsə kim cavab verəcək?!” Elə bu sözləri deyən şəxsi BƏƏS rejimi şəhadətə çatdırdı. Mən ona dedim ki, Səddam İmam Xomeynini (r) tanıyır. Bilir evi haradadır. Əgər lazım gəlsə, elə onun evinin üstünə bir tank göndərər. Əgər İmam qorxan olsaydı elə şahdan qorxardı. Dedim ki, İmam öz münasibətlərində kimdənsə göstəriş almır, Allahın buyuruğunu yerinə yetirir. Bəli, İmamın ruhiyyəsi belə idi.
Məlumat verilmişdi ki, İmamı terror etmək üçün İraqa xüsusi qrup göndərilir. İmam gecələr hərəmə gedəndə dostlar bir az aralıdan onun mühafizəsini aparardılar. Bir dəfə gözlənilmədən geri çevirilib bizi gördü və buyurdu: “Ağalar, hara gedirsiniz?” Dedik ki, hərəmə. İmam hərəmi göstərib buyurdu ki, hərəmə o yolla gedə bilərsiniz, buyurun.” Bizim nə məqsədlə onu izlədiyimizi bildiyindən buyurdu ki, nə qədər ki Allah qərarlaşdırmayıb, kimsə mənə zərər toxundura bilməz. Əgər Allah ölümümü qərarlaşdırsa, kimsə bunun qarşısını ala bilməz. Allah hacı Ağa Mustafanı rəhmət etsin. Nəql edirdi ki, İmam buyurdu:: “Bu günə qədər təsəvvür edə bilməmişəm ki, qorxu nədir.”
Mərhum Ayətullah Xoyi müalicə üçün xaricə gedəndə BƏƏS rejimi İmamla görüşüb etiraz etdilər ki, təhsil üçün insanların gəlib 30-40 il burada qalması düzgün deyil. İstəyirdilər ki, təhsil üçün gələnlər 3-8 ilə təhsili başa vurub getsinlər. Onlar bunu təklif kimi deyirdilər. Gözləyirdilər ki, İmam onların sözünü təsdiqləyəcək. İmam buyurdu: “Nəcəf Rlm Hövzəsi ilə bağlı qərar çıxarmaq Nəcəf alimlərinin işidir. Bizim rəisimiz və ağamız Ayətullah-Üzma Xoyi ilə görüşün. Allah onu hifz etsin. Allah tezliklə ona şəfa versin və İraqa qayıtsın. Sizin dediklərinizlə bağlı Nəcəf müctəhidləri qərar çıxarmalıdır.”
İraq müctəhidlərindən biri Nəcəfdən mühacirət etmək istəyəndə İmamla görüş istədi. Nə qədər israr etdisə İmam onu qəbul etmədi. İmam buyurdu: “Bu şəxs əvvəlcədən özünü İran şahına satıb. Mənimlə nə işi var. Bura nə üçün gəlib?! Məgər bilmir ki, mənim məqsədim, fikrim nədir?! Bu günə qədər mənimlə məsləhətləşməyib. İndi İrana getmək istəyir, məni də çirkaba bulamaq niyyətindədir.”
İran şahı və İran Təhülükəsizlik orqanı ilə yaxın olan böyük bir şəxsiyyət Məkkə səfərindən qayıtdığı zaman İraqda İmamla görüşmək istədi. İmam onu qəbul etmədi. Bəziləri vasitəçilik etmək istəyəndə İmam buyurdu: “Mən bu adamla görüşü dinimin xeyrinə görmürəm. İranda o qədər iş görüb, indi özünü paka çıxarmaq istəyir. Getsin tövbə etsin, paklansın.”
İmamın nə Xoyiyə məhəbbəti, nə də o biri insanlara etinasızlığı şəxsi məsələ deyildi. İmam öz sevgi və biganəliyində dinin mənafeiyni nəzərdə tuturdu. Dinin icazə verdiyi halda addım atırdı, din icazə verməsə kimsə onu irəli apara bilməzdi. İmamın çox yaxın adamlarından biri ciddi səhvə yol vermişdi və İmam tapşırmışdı ki, onu Cəmarana buraxmasınlar. Bu şəxs nə qədər israr edirdisə ona icazə ve