Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2014

Rəvayətlər nurunda

İmam Rizanın (ə) əxlaqi və ictimai rəftarları

Gecə və gizli kömək

Əziz Allah Peyğəmbərin (s) ailəsini insanlar üçün nemət olub. İnsanların problemlərinin həllində yaxından diqqətli olublar. Bəzi vaxtı bu yaxşılıqlar bais olurdu ki, özləri ac qalırdılar, amma digərlərini yeydizdirirdilər.

Peyğəmbər (s) ailəsi bu yaxşılıqları insanlar arasında şöhrətli və adlı-sanlı olmaq üçün etmirdilər. Bu işləri görməkdə məqsədləri yalnız Allahın razılığını əldə etmək olub.

Bununla əlaqədar Allah-Taala İnsan surəsinin 9-cu ayəsində buyurur:

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا

“(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”

Bəli, şiələrin İmamları (ə) gecənin qaranlıqlarında ehtiyacı olanlara, kürəyində çörək və ərzaq aparıb onlara kömək edərdilər. Eləcə, İmam Riza (ə) da atalarının yolunu davam etdirib.

İbrahim ibn Abbas imam Rizanın (ə) əxlaqi xüsusiyyətlərini sadalayırdı. Onlardan bir neçəsi haqda deyir:

Gizli və xeyir işi çox idi. Çox vaxtı gecənin qaranlığında və məxfi şəkildə fəqirlərə kömək edərdi.

Bəli, çox vaxtı gecə yarısı ehtiyaclırara ərazqları zənbilə qoyub belinə ataraq onların evlərinə aparardı. Bu insanlar İmamın (ə) gecə yarısı apardığı ərzaqlarla yaşayışlarını təmin edirdilər. Amma onlar bilmirdilər ki, ərzaq və çörəyi onlara kim gətirir. İmam Rizanın (ə) əlində olan beytul-malı, dinin təbliğinə və fəqirlərə sərf edərdi.

Gücün çatan qədər kömək

İbrahim ibn Abbas deyir: Hər kimin imam Rizadan (ə) bir istəyi olsaydı, İmam (ə) da gücü çatdığı qədər köməklik edərdi.

Yaqub ibn İshaq Nobəxti deyir: Bir nəfər İmam Rizanın (ə) hüzuruna gəlib ərz etdi: Öz şəxsiyyət və məqamın dəyərində mənə köməklik et.

İmam Riza (ə) buyurdu: “Bu şəraitlə sənə kömək edə bilmərəm.”

O kişi dedi: Onda mənim məqam və vəziyyətim dəyərində köməklik et!

İmam (ə) buyurdu: “Bu işi sənin üçün görərəm. İmam (ə) qulamına baxıb buyurdu: Bu kişiyə 200 dinar ver!”

Ailəyə hədiyyə etmək

İmam Rizanın (ə) əziz atası uzun müddət zindanda olduğuna görə, bacı və qardaşının qaydına qalırdı. Onların rahatlığı üçün gecələr evin dəhlizində yatardı. Əgər bir hadisə baş versəydi, birinci o bilsin.

Məhəmməd ibn İsa deyir: İmam Riza (ə) buyurdu: “O vaxt ki, məni Məkkədən çıxartmaq istəyirdilər, ailəmi bir yerə yığıb onlara göstəriş verdim ki, mənim üçün ağlasınlar və mən də onların ağlamaq səslərini eşidim. Sonra evdə onlar üçün 12 min dinar qoyub buyurdu: Mən bir səfərə gedirəm ki, bir daha öz ailəmin yanına qayıda bilməyəcəyəm.”

Şiələrə səxavət və hədiyə

İmam Riza (ə) Bəznəti ilə söhbəti barədə buyurur: “Nemət sahibi olmaq üçün böyük imtahan verməlisən. Ona görə də Allah-Taala ona nemət əta etməyi özünə vacib edər. Allaha and olsun! Böyük Allahın mənim yanımda olan nemətlərindən, çox qorxuram. Sora əlini hərəkət etdirərək buyurdu ki, Allah-Taalanın mənə vacib buyurduğu işləri yerinə yetirə bilim.”

Dedim: Sənə fəda olum, bu əzəmətinlə qorxursan?

Buyurdu: “Bəli, ona görə Allahıma sitayiş edirəm ki, mənə minnət qoyub.(Üsuli-Kafi, c.3, səh. 502).

Bəznəti üçün pul yollamaq

Əhməd ibn Əbinəsr Bəznəti deyir: İmam Riza (ə) mənə bir zənbil göndərmişdi. Onu içində bir az dinar və bir cild Qurani-Məcid var idi.

Riyan libas hədiyyə

Məhəmməd ibn Xalid deyir: Riyan ibn Sələt dedi: Çox istəyirəm ki, İmam Rizadan (ə) icazə alasan onun hüzuruna gedim və ondan məxsus libaslar alım. İmam (ə) onun gəlməsinə icazə verir və ona libaslar hədiyyə edir.

Heyvanlara kömək

İmam Rizanın (ə) himayətinin əhatəsi hamıya şamil olurdu. Hətta o həzrət (ə) heyvanlardan da himayət edərdi. Əgər bir heyvanın təhlükə ilə üzləşdiyini gördükdə, onu müdafiə edərdi.


Həqiqi bayram

Mərhum Ayətullah Hacı Şeyx Əli Quddusinin həyat yoldaşı deyir: O, hər il bayrama bir ay qalmış bir dəstə uşaq və yaxınlar üçün təzə paltar və ayaqqabı alardı. Hətta yadımdadır ki, bir il bəzi ailələr gəlib uşaqlarının çox olduğunu deyirdilər. O da bir-bir uşaqların əyinlərin ölçür, ayaqlarının ölçüsünü götürüb onlara paltar və ayaqqabı alırdı.

Mən Ayətullah Şeyx Əliyə dedim: Bu uşaqlara paltar və ya ayaqqabı alırsan, öz uşaqlarımız da – Məhmmədhəsən və Məhəmmədhüseyn – onlarla həmyaşıddır, onlar üçün niyə bir şey almırsan?

Ayətullah Şeyx Əli cavab verdi: Onlar özləri bilirlər, bizim bayramımız o gündür ki, zindanlarda bir nəfər də olmasın. Bayram elə gündür ki, hamı xoşhal olsun. O həyat yoldaşları zindanda olan ailələrə baş vurur və əzraq alıb gecə onların evlərinə aparardı. Hətta bizə də deməzdi hara gedir. Bir gün qardaşı gəlib onu məndən soruşdu.

Dedim: Evdə deyil.

Soruşdu: Gecənin bu vaxtı hara gedə bilər?

Dedim: Bilmirəm.

Dedi: Arxasıyca gedim görüm hardadır.

Gedib bir müddətdən sonra qayıtdıqda onun fikrə daldığını gördüm. Dedi: Bilirsən o gecə Əli hara getmişdi?

Dedim: Yox.

Dedi: Həyat yoldaşı zindanda olan bir ailəyə köməyə getmişdi.

Bu hadisə zalım şahın vaxtına təsadüf edir.

İmam Əlidən (ə) qulamına ehtiram

Bu hadisə İmam Əlinin (ə) xilafəti dövründə olub.

İmam Əli (ə) Kufədə köynək satılan yerə gedir və köynək satanların birinə buyurdu: “Ey cavan! Sənin yanında 5 dirhəmə iki köynək var?”

Cavan dedi: Bəli, ikidənə köynək var ki, qiyməti 5 dirəhmdir. Amma köynəyin biri yaxşı olduğu üçün qiyməti 3 dirhəmə o biri isə 2 dirhəmədir.

Həzrət Əli (ə) buyurdu: “Köynəkləri gətir.”

Satıcı köynəkləri gətirdi. İmam Əli (ə) 5 dirhəm verib köynəkləri aldı. Yaxşı köynəyi Qənbərə verdi. Qəmbər ərz etdi: Ey Əmirəlmöminin (ə)! Sən yaxşı köynəyi geyməyə məndən daha ləyaqətlisən. Ona görə ki, minbərə gedirsən, insanlar üçün xütbə oxuyursan.

Həzrət imam Əli (ə) buyurdu: “Ey Qəmbər! Sən cavansan və istəyirsən ki, yaxşı libaslar geyinəsən. Mən Allahımdan xəcalət çəkirəm ki, sənin libasından yaxşı libas geyinib özümü səndən üstün hesab edim. Allahın Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Qulamlarınıza özünüz geyindiyiniz libaslardan geyindirin və özünüz yediyiniz yeməklərdən yedizdirin.”

Beləliklə həzrət Əli (ə) 2 dirhəmli köynəyi özü geyindi. Köynəyin qolu çox uzun idi. İmam (ə) köynəyin qolu uzun olduğundan, onun artıq hissəsini kəsib atdı.

Qənbər dedi: Köynəyi ver, kəsilmiş yerini tikim.

İmam (ə) buyurdu: “Bunu daha unut, dünya bu hökumətdən sürətli ötüb keçər.”

Əbu İshaq Səbii deyir: Cümə günü idi. Mən də atamın çiynində imam Əlinin (ə) imaməti ilə qılınan namazı getdik. İmam Əli (ə) xütbə oxuduğu halda, köynəyinin də ətəyini yelləyirdi. Atama dedim: Görəsən imam Əlinin (ə) istisidir? Atam dedi: Xeyr, köynəyi yuyulub qurumadığı üçün belə edir ki, qurusun. Çünki İmamın (ə) bundan başqa köynəyi yoxdur.

Peyğəmbər nəvəsinin fəziləti

Həz