Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2015

Həsən Firuzabadi: İranın hərbi bazalarında təftiş qadağandır!

Bu gün gərək bütün silahlı qoşunlar və könüllü qüvvələr, eləcə də, xalqımız var qüvvəsini toplayıb, Ali Rəhbərin əmr və buyruqlarına tam hazır dayansın
Nur-az.com abna.ir-a istinadən:
İranın silahlı qüvvələri üzrə baş komandanı general-mayor seyid Həsən Firuzabadi bildirib ki, ölkəmizin milli mənafeyi və təhlükəsizliyinin təmininə əsasən, indiyədək İslam İinqilabı və müqəddəs İran İslam Respublikası ilə hər cürə ədavət və düşmənçiliyə əl atanlara hər hansı müqavilə və ya protokol əsasında hərbi mərkəz və bazalarımıza təftişə icazə verilməyəcək. Gərək daxildə hamı belə bir təhlükəyə qarşı hazır olsun.
O, həssas durumla əlaqədar deyib ki, silahlı qüvvələrimiz günbəgün hazırlıqlarını artırmaq üzrədir və lazım olan şəraitdə vətənin, böyük xalqımızın, o cümlədən, İslam İnqilabının dəyərli nailiyyətləri və müqəddəs amalı yolunda öz dini-inqilabi vəzifəsini yerinə yetirmək üçün qəti əmri gözləyir. Bu gün gərək bütün silahlı qoşunlar və könüllü qüvvələr, eləcə də, xalqımız var qüvvəsini toplayıb, Ali Rəhbərin əmr və buyruqlarına tam hazır dayansın. Ali Rəhbərin buyurduğu kimi, zamanın həssas kəsimində keçid dövrünü yaşadığımızı nəzərə alaraq silahlı qüvvələrdən tutmuş ta adi xalq kütlələrinə qədər hamı dövlətin öz vəzifəsini əzmlə yerinə yetirməyinə dayaq olmalıdır. Xalqımız indiyədək bütün maneələri aşmaqda böyük təcrübə qazanıb və hər hansı burulğan və ya çala onu qərq edə bilməz. Bu ehtişamlı hərəkatın başında İmam Zamanın (əc.) ləyaqətli naibi Vilayəti-fəqih durub ki, o da Allahın hidayəti sayəsində addım atır.


1161 بازدید