Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2015

İlahi rəhmət baharından istifadə etmək

"Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan"
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Məhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənin də oruc olsun". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) İmam Sadiq (ə) öz yaxın səhabəsinə, şagirdinə buyurur ki, oruc tutduqda sənin eşitmə hissin də oruc olmalıdır. Görmə hissin də oruc olmalıdır. Dilin də oruc olmalıdır. Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan. Sadə könülləri aldatmamalı, müsəlman qardaşların üçün, İslam cəmiyyəti üçün fitnə hazırlamamalısan. Bədxahlıq etməməli, ittiham etməməli, çəkidə aldatmamalı, əmanə