Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

Sadə iftar

Hələ 24 il öncə Cənab Rəhbər bu barədə danışmışdı
Təsəvvür edin ki, ilk dəfə bir şəhərə daxil olursunuz. Diqqətinizi öncə nələr cəlb edər? Şəhərin memarlığı, binalar, küçələr yoxsa başqa nələrsə? Bunu təsəvvür edin ki, dini şəhərlərdən olduğunu eşitdiyiniz bir şəhərə qədəm qoyursunuz. Bu şəhərin diniliyini göstərən nələrə diqqətiniz yönələr? Sizin nəzərinizcə, müsəlman şəhəri necə olmalıdır? Yalnız memarlığı İslam memarlığı olmalıdır? Bu şəhərdə minarələr və günbəzlərin, dini binaların olması bəs edirmi? Yalnız bu görünüşə görə şəhəri dini şəhər saymaq olarmı?
Şəhərin zahiri görkəmi onun dini şəhər sayılmasında meyar olsa da, dini şəhəri başqa şəhərlərdən fərqləndirən təkcə görkəm deyil. Dini memarlıq şəhərin müsəlman şəhəri sayılması üçün şərt olsa da, kafi şərt deyil. Memarlıqla yanaşı iki şərtin ödənməsi lazımdır. Biri şəhərin cəmiyyətini tanıtdıran insanlar, ikincisi onlar arasındakı rabitələrdir. Beləcə hər bir şəhər öz forma və mahiyyəti ilə tanınır. Şəhərin memarlığı onun formal kimliyidir. İnsanların rabitələri isə mahiyyətcə kimliyi təşkil edir. Təbii ki, mahiyyət formadan önəmlidir. Əgər nəzərə alsaq ki, hər şəhəri onun əhalisi yaradır, İslam şəhərinin də sakinləri müsəlmanlar olmalıdır. Sonra mühüm məsələ bu insanlar arasındakı ictimai münasibətlərdir. Müsəlman cəmiyyətində rabitələrin qurulmasında mehvər ilk öncə rəhbərin buyurduğu kimi həyat tərzidir. Ramazan ayı ictimai münasibətlər baxımından xüsusi bir aydır. Bu ayda həm fərdi, həm ictimai baxımdan həyat tərzində dəyişiklik baş verir. Fərdi baxımdan ramazan ayında hər bir şəxs öz adi həyat tərzini dəyişmək üçün fürsət əldə edir. O gündəlik həyat tərzindən bir qədər uzaqlaşır, ilahi həyat tərzinə yaxınlaşmaq üçün imkan qazanır. Yeni həyat tərzində mühüm cəhət dünya bağlılıqlarından xilas olmaqdır. İmam Xomeyni (r) buyurur ki, ramazan ayı başa çatandan sonra şəxsin həyatında dəyişiklik yaranmayıbsa demək lazım olan şəkildə oruc tutmayıb. İmam Rahil buyurur: “Ən azı orucun ilk qaydalarına riayət edin, qarnınızı yeyib-içməkdən saxladığınız kimi göz, qulaq və dilinizi də günahdan saxlayın. Özünüzə söz verin ki, dilinizi qeybət, böhtan, yalan, çirkin sözlərdən qoruyacaqsınız. Kin-küdurət, həsəd kimi çirkin sifətləri qəlbinizdən çıxaracaqsınız. Ramazan ayı başa çatandan sonra rəftarlarınızda heç bir dəyişiklik yaranmasa, ramazandan əvvəlki həyat tərzinizlə yeni həyat tərzinizdə fərq olmasa, sizdən istənilən orucu tutmadığınız məlum olur.”
İctimai baxımdan da rəftarlarda, həyat tərzində dəyişiklik yaranmalıdır. Şəxsi həyat tərzində dəyişiklik getdiyi üçün cəmiyyətdə də dəyişiklik müşahidə olunur. Sosioloqların apardığı araşdırmalardan aydın olur ki, ramazan ayında cəmiyyətdə cinayətkarlıq statistikası da xeyli aşağı düşür.
Fərd və cəmiyyət arasında rabitə dialektik, qarşılıqlı rabitə olsa da, bəzən ictimai rəftarlar daha çox sözünü deyir. Bunlardan biri Cənab Rəhbərin də neçə illər öncə üzərində dayandığı məsələdir. Ayətullah Xamenei ötən illərdə dəfələrlə sadə iftar süfrəsindən soz açmışdır. Bu məsələ zahirən adi görünsə də, İslam şəhərində münasibətləri daha aydın göstərir. Zaman ötdükcə sadə iftar həm fərd, həm də cəmiyyətin həyatında öz təsirini göstərir.
Cənab Rəhbər ilk dəfə 24 il öncə bu barədə danışıb. O zaman İmam Xomeyni Yardım Komistəsinin məsulları ilə görüşən rəhbər buyurub: “İndi bir sıra İslam məmləkətlərində gözəl ənənə var. Ramazan ayı boyu əksər məscidlərdə iftar süfrəsi açılır. Yəni məscidə daxil olan üçün süfrə var. Əlbəttə ki, bu tədbirlərdə ailə üzvləri yox, təkcə kişilər iştirak edir. Əgər burada da bütün ailə üzlərinin iştirakı ilə həmin süfrələrdən açmaq mümkün olsa yaxşıdır. Ötən rejimin dövründə bu mənəvi əlaqələr ya zəif olub, ya da bir növ dondurulub. Təbii ki, öz təsirlərini də buraxıb. Biz İslam dövründə bu rabitələri canlandırmalıyıq.”
1380-cı ildə fitr bayramı namazının xütbələrində, 1387-ci ilin cümə namazının xütbələrində Cənab Rəhbər bu mövzuya toxunub. Təəssüf ki, hələ də mövzuya lazımi diqqət göstərilməyib. 1392-ci il fitr bayramı namazının xütbələrində Cənab Rəhbər növbəti dəfə sadə iftar mövzusuna qayıdıb buyurdu: “Bu il əvvəlki illərdən fərqli olaraq yeni bir ənənə müşahidə olunur. Bu məsələyə diqqət yetirsək yaxşıdır. Məscidlərdə, küçələrdə sadə iftar verilməsi çox bəyənilən işdir. Bir çox şəhərlərimizdə bu tədbirlərlə rastlaşmışıq. Bu israfçılıqla müşayiət olunan ifrat süfrələrinə münasibətdə nümunədir. Bəziləri iftar bəhanəsi ilə israfçılıq edir. Ramazan ayı yoxsullara mənən yaxınlaşmaq üçün vasitə olmalıdır. İsrafçılığa yol verənlər bu işləri ilə yalnız fiziki ləzzətdə qərq olublar. Demirəm ki, iftarda dadlı xörəklər verilməsi qadağandır. Xeyr, şəriət bunu qadağan etmir. Qadağan edilən israfdır. Həddi aşmaq qadağan olunub. Bəzi məclislərdə rastlaşdığım israfçılığa qadağa qoyulub. Nə gözəl olar ki, iftar süfrəsi açmaq istəyənlər sadə iftar ənənəsinə əməl etsinlər. Yoldan ötənlər istədiyi vaxt bu təmənnasız süfrələrdən istifadə etsələr yaxşı olar. Küçələrdə, hüseyniyyələrdə belə iftar süfrələri açılır.”
Cənab Rəhbərin buyuruqlarını nəzərdən keçirdikdə aydın olur ki, o sadə iftar süfrəsinin bir mədəniyyətə çevirlməsini istəyir. Əvvəla sadə iftar israfçı iftara qarşıdır. Sadə iftar süfrəsi bir həyat tərzi göstəricisidir. Bu həm də infaqın artmasına, insanın başqalarına diqqətinə, şəhərdə fəzanın dəyişməsinə səbəb olar.
Cənab Rəhbərin informasiya mərkəzi 1393-cü ildə müxtəlif şəhərlərdəki sadə iftar süfrələrindən fotolar yayımladı. Bu ictimai hərəkata çevrildi, istifadəçilər bundan təsirlənərək informasiya mərkəzinə mindən artıq foto göndərdilər. Hələ buna qədər müxtəlif ictimai şəbəkələrdə maraqlı fotolar paylaşıldı. Milli televiziyada da bu mövzuya yer verildi. Sadə iftar süfrəsi ənənəsi Tehran və digər şəhərlər sərhədini aşıb kəndlərə də keçdi.
Cənab Rəhbər 1393-cü ildə fitr namazı xütbələrində bu ənənədən dolayı məmnunluğunu bildirdi. Cənab Rəhbər buyurdu: “Ramazan ayında şəxsi və ictimai rəftarlarda müşahidə olunan hallardan biri insanların kütləvi şəkildə sadə iftar süfrəsinə dəvət edilməsi oldu. Bu xalqımız arasında var idi, həmd olsun Allaha daha da genişləndi. Ötən illərdə əziz xalqımızdan xahiş etdik ki, dəbdəbəli iftar süfrələrindən çəkinsinlər, iftar süfrələrinin, dəvət edilənlərin sayını artırsınlar. Bu il ictimai yerlərdə, müqəddəs yerlərdə, küçələrdə, hüseyniyyələrdə, müxtəlif güşələrdə xalq təlaş edib, bu ənənəni həyata keçirib. Bizə bu barədə məlumatlar çatdı. Mənim tövsiyəm budur ki, İslam həyat tərzinə təsirli olan bu ənənə imkan həddində genişləndirilsin.”
Sadə iftar süfrəsi böyük fərdi və ictimai təsirlərə malikdir. Bunun ən kiçik təsiri bağışlamaq, isar ruhiyyəsinin güclənməsidir. İslam meyarları ilə şəhərin qurulmasında bu çox təsirlidir. İslam şəhərində ictimai rabitələr daha çox dini prinsiplər və təlimlər üzərində qurulur.

Vilayet.nur-az.com


1379 بازدید
در حال ارسال اطلاعات...