Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

Nəfsi saflaşdırmaq - Ramazan ayında

Ramazan ayının gecələri və gündüzləri, hər saatı, hər dəqiqəsi insan üçün – xüsusilə gənclər üçün – bir fürsətdir.
TƏZKİYƏ VƏ TƏHZİB

Ramazan ayı çox mübarək aydır. Ramazanın bərəkəti bu ayda ilahi ziyafətdə iştirak etmək istəyən müsəlman xalqdan, könüllərdən başlayır. Bu bərəkətlərin təsiri altına düşən ilk gerçək bu mübarək və müqəddəs ayın kandarına ayaq basan möminlərin və oruc tutanların ruhudur, könlüdür. Bir tərəfdən bu ayın orucu, Quran tilavəti, digər tərəfdən bu ayda oxunması tövsiyə olunan dualarla üns bağlamaq insanı daxili saflanmaya, paklanmaya sövq edir. Bizim hamımızın saflanmaya ehtiyacı var. Amma ruhani sinfinin buna digərlərindən daha çox ehtiyacı var. Məşhur arif (Mövləvi) demişkən: "İlahi bərəkətin nümunəsi olan su bütün çirkinli