Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

İran-Amerika əlaqələrinə xülasə baxış

Doktor Müsəddiqin süqutu Amerikanı iranlılara tanıtdırdı
Riza Möminzadə

İran-Amerika rabitələrinin 180 illik bir tarixi var. Bu rabitələr miladi 1832-ci ildən başlayıb. Həmin vaxt amerikalı missionerlər İrana ayaq açıb. İranla Amerika arasında ilk tarixi sənəd dostluq haqqında öhdəçilikdir. Bu sənəd 1856-cı ildə Konstantinopolda (Qəstəntəniyyə) iki ölkə arasında imzalanmışdır. Həmin vaxtdan indiyə qədər iki ölkənin münasibətlərində eniş-yoxuşlar olmuş və hazırda gərginlik yaşanmaqdadır. İran və Amerika ən yaxın müttəfiqlikdən düşmən münasibətlərə qədər tarixi bir yol keçib. Rabitələrdə hər bir mərhələ öz xüsusiyyətləri ilə o biri mərhələlərdən fərqlənir. Müəyyən dövrdə iki ölkələr arasında rabitələr iqtisadi maraqlar üzərində qurulub. Başqa bir mərhələdə təhlükəsizlik amilinin bütün amilləri üstələdiyini görürük. İran İslam İnqilabına qədər İran başçıları həmişə Amerikanın İranın daxili işlərində də aparıcı rol oynamasını istəyiblər. Sonradan elə bir vəziyyət yaranıb ki, nəinki İranın daxili işlərinə, xarici siyasətinə də müdaxilənin qarşısı alınıb. Beləcə, iki ölkə arasında münasibətlərdə əsaslı dəyişikliklər baş verirb. İkinci dünya müharibəsi zamanı, 28 mordad çevrilişində, İslam İnqilabında, ABŞ səfirliyinin Tehranda tutulmasında münasibətlər fərqli müstəviyə keçib.
Kimsə şübhə etmir ki, iki dövlət arasında münasibətlərin hər iki dövlət, region, hətta dünya üçün əhəmiyyəti böyükdür. Təbii ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsində aparıcı rol oynayan diplomatik korpuslar ölkənin mənafeləri istiqamətində hərəkət edib. Tarixçilərin vəzifəsi bütün təəssüblərdən çəkinərək tarixi olduğu kimi yazmaqdır.
Bu günə qədər İran-Amerika rabitələri barədə çoxsaylı kitablar, məqalələr yazılıb. Bəzi araşdırmalarda sırf tarixi hadisələr nəzərdən keçirilir. Bəzi araşdırmalar isə münasibətlərə təsirli amilləri daha çox diqqət mərkəzinə çəkir.
Bu məqalədə İran-Amerika münasibətlərində təsirli mühüm hadisələr nəzərdən keçirilir. Bu hadisələrin ardıcıl və tərəfsiz təhlili ölkələr arasında münasibətlərin müsbətə doğru dəyişməsinə kömək edə bilər. Bu məqsədlə iki ölkə arasında 180 illik tarixə malik olan rabitələrə təsirli hadisələr ayrı-ayrı dövrlərə bölünmüşdür.
Rabitələrin başlanğıcı
İran-Amerika rabitələri 19-cu əsrin ortalarına təsadüf edir. Rabitələr Amerikanın İranda təhsil və səhiyyə sahəsində fəaliyyətləri ilə başlayır. 1832-ci ildə Amerikanın missionerləri İrana daxil olur. Qeyd etdiyimiz kimi, iki ölkə arasında rəsmi sənəd dostluq və ticarət əlaqələri haqqında bağlanmış müqavilədir. Sənəd 1856-cı ildə imzalanmışdır. 1883-cü ildən başlayaraq ölkələr bir-birilərinin ərazisində səfirlik açmaq fəaliyyəti göstəriblər. Bu dövrü nəzərdən keçirdikdə aydın olur ki, iki dövlət arasındakı rabitələr səciyəvi xüsusiyyətlərə malik olmuşdur.
Əvvəla, iranlılar Amerikanı istismarçı bir ölkə kimi tanımayıblar. Belə bir təfəkkür İran dövlətinin Amerikadan müşavirlər istəməsi ilə ortaya çıxıb. Hadisə 1911-ci ildə baş verib. O zaman Amerikanın xüsusi təmsilçisi Morqan Şuster İrana gəlib.
Amerika İranda öz siyasətlərini ehtiyatla və uzaqgörənliklə həyata keçirib. Amerika bildirir ki, İran Britaniya və Sovetlər Birliyinin təsiri altında olan regionda yerləşir.
20-ci əsrin birinci yarısına qədər İran Amerika siyasətində xüsusi yer tutmayıb. Amerikanın təcridolma strategiyasını nəzərə alsaq həmin dövrdə onun İranda nüfuzunun aşağı olduğunu dərk etmək olar.
Bu dövrdə hansı hadisələr baş verib:
1851-ci il, oktyabr ayında İranla Amerika arasında ilk dostluq müqaviləsi imzalanıb. Bu müqavilədə iki dövlət nümayəndələrinin İstanbulda gəmiçilik üzrə də danışıqları baş tutub.
1857-ci il, dekabr ayında İranla Amerika arasında 8 maddədən ibarət dostluq və ticarət əlaqələri barədə müqavilə imzalanmışdır.
1883-cü il, yanvar ayında Amerika baş naziri Vilyam Benjamin Tehrana gəlib. O ABŞ prezidenti Çester Arturun məktubunu Nasirəddin şaha təqdim etmişdir.
1888-ci il, oktaybr ayında, Amerika səfiri Tehrana daxil olandan 5 il sonra İranın ilk səfiri Hacı Hüseynqulu Xan Nuri Vaşinqtona gedib.
1911-ci il, fevral ayında Milli Şura Məclisi amerikalı müşavirlərin maliyyə nazirliyində işə götürülməsi haqqında qərar qəbul edib. Bu müşavirlərə ildə 10900 dollar maaş təyin olunub.
1911-ci il may ayında İranda maliyyə işlərini qaydıya salmaq üçün əmr almış amerikalı Morqan Şuster 16 nəfər mütəxəssislə Tehrana daxil olub.
1911-ci il, noyabr ayında Rusiya səfirliyi amerikalı Morqan Şusterin İrandan çıxarılmasını tələb edib. Səfir iddia edib ki, xarici vətəndaşlar İranda yalnız Rusiya və Britaniyanın icazəsi ilə işə götürülə bilər.
1919-cu il, sentyabr ayında Amerika dövləti nazir səviyyəsində danışıqlar aparıb, Britaniya buna şiddətlə etiraz edib.
1919-cu il, oktyabr ayında İran Milli Şura Məclisi İranın bəzi ərazilərində Amerika şirkətlərinin neft ixracı ilə bağlı qərar çıxarıb.
Amerikanın İranda fəal siyasət yürütdüyü dövr
Birinci dünya müharibəsi başa çatandan sonra Amerika İranın gələcəyində təsirli rol oynamağa başladı. Hətta İran dövlətinin müstəqilliyinə qarşı bəzi təhlükələrə qarşı çıxdı. Birinci dünya müharibəsi ilə ikinci dünya müharibəsi arası dövrdə Amerikanın nüfuzu günbəgün İranda güclənməyə başladı. Belə ki, ikinci dünya müharibəsindən sonra İran-Amerika rabitələri möhkəm rabitələr sayıla bilərdi. Bu rabitələrin güclənməsində əsas amil Amerika ilə Sovetlər Birliyi arasında olan siyasi rəqabət idi. Amerika hər yolla çalışırdı ki, Yaxın Şərqdə Sovetlər Birliyinin nüfuzunu minimuma endirsin, Qərbə neft nəqliyyatını nəzarətə götürsün. Bu dövrdə rabitələrin əsasını iqtisadi maraqlar təşkil edir. İran həmin dövrdə Amerikanın köməyi ilə öz iqtisadiyyatını qurmağa çalışır. Amerikalı iqtisadiyyatçı Artur Milis Poulun İrana xüsusi heyətlə ezam olunması məntəqədəki güc sahiblərinin etirazına səbəb olur. Bu dövrdə hansı mühüm hadisələr baş verib?
1922-ci il, sentyabr ayında Artur Milis Poul İranın bütün maliyyə işlərinə rəis məqamında ölkədə islahatlara başlayıb.
1923-cü il, iyun ayında Milli Şura Məclisi Amerikadan 5 milyon dollar istiqraz qanunu qəbul edib, 35 milyon istiqraz barədə müzakirələr aparıb.
1923-cü il, iyun ayında Amerika səfirliyinin əməkdaşlarından olan Majo İmberi Ağa Şeyx Hadi bazarında baş vermiş hadisədə qətlə yetirilib.
1927-ci il, aprel ayında şahın vəziri Teymur Taş Riza Şahın kapitulyasiya haqqında fərmanını rəsmən elan edib.
1936-cı il, fevral ayında Milli Şura Məclisi ölkənin şərq və şimal-şərqində neft yataqları istismarı imtiyazının bir hissəsini İran-Amerika şirkətlərinə verib.
1937-ci il, iyun ayında İran-Amerika dostluq müqaviləsi imzalanıb.
1941-ci il, sentyabr ayında İran başçısı Riza Şah ABŞ prezidenti Franklin Ruzvelt müraciət edib, Britaniya və Sovetlər Birliyinin İranı işğal etməsi ilə bağlı Ruzveltə məlumat verib. Ruzvelt Riza Şaha cavab məktubunda Hitler və böyük güc sahiblərinin imperialist siyasətlərini pisləyərək İranın ərazi bütövlüyünün toxunulmazlığını vurğulayıb. O, İranın ərazi bütövlüyü ilə bağlı Britaniya və Sovetlər Birliyinin bəyanatla çıxışını zəruri sayıb.
1942-ci il, dekabr ayında hərbi missonerlər adı altında Amerika hərbi birləşmələri ilk dəfə İrana qədəm qoyub.
1943-cü il, may ayında Milli Şura Məclisi İran-Amerika ticarət müqaviləsini təsdiqləyib.
1943-cü il, sentyabr ayında müttəfiqlər ordusunun qələbəsi münasibəti ilə İranın bu ölkələrə qoşulması ilə bağlı Britaniya, Amerika və Sovetlər Birliyinə teleqram göndərildi.
1943-cü il, noyabr ayında Ruzvelt İrana səfərə gəlir. Amerika, Britaniya və Sovetlər Birliyi başçıları Tehran konfransında müzakirə aparıb. Konfransın bəyanatında müttəfiqlərin qələbəsində İranın həmkarlığının təsirli olduğu qeyd edilib.
1944-cü il, fevral ayında İran Xarici İşlər Nazirliyi elan edib ki, İran və Amerika dövlətləri hər iki dövlət ərazisində səfirlikləri genişləndirmək qərarına gəliblər.
1946-cı il, noyabr ayında Amerika Sovetlər və İngiltərədən istəyib ki, Potistan müqaviləsinin tələblərinə uyğun olaraq 1946-cı il, mart ayına qədər öz hərbi qüvvələrini İrandan çıxartsın.
1949-cu il, noyabr ayında şah Amerika prezidenti Trumenin dəvəti ilə Vaşinqtona 48 günlük səfərə gedib.
1950-ci ildə Amerika dövləti elan edib ki, İran əsas qanunun 4-cü maddəsinə uyğun olaraq nəzərdə tutulmuş proqram əsasında texnoloji kömək alacaq. 1950-ci il, aprel ayında Vaşinqtonda İranla Amerika arasında müdafiə yardımları haqqında müqavilə imzalanıb.
1951-ci il, mart ayında Milli Şura Məclisi və Amerika Senatı neftin milliləşməsi layihəsini təsdiq edib.
1951-ci il, may ayında doktor Müsəddiq baş nazir vəzifəsinə seçilib.
1952-ci il, iyul ayında Amerika prezidenti Müsəddiqə elan edib ki, Amerika dövləti İrana kömək etmək istəyir və neft məsələsinə müdaxilə etmir.
1952-ci il, oktyabr ayında doktor Müsəddiq İranın İngiltərə ilə siyasi əlaqələri kəsdiyini elan edir.
1953-cü il, avqustun 18 də İranda nə baş verdi?
Şəmsi təqvimlə 1332-ci il, 28 mordad çevrilişi tarixdə yer almış hadisədir. Bu hadisənin İran-Amerika münasibətlərinə də bağlılığı var. Hadisə iki ölkə arasında münasibətlərə öz təsirini göstərdi. 28 mordad çevrilişi Amerikanın İrandakı siyasi və iqtisadi mövqelərini möhkəmləndirdi, Müsəddiq hökuməti süquta uğradı, şah əvvəlki iqtidarını əldə etdi, İngiltərənin yerini Amerika tutdu, İran üçün yeni asılılıq dövrü başladı. İran-Amerika əlaqələrində yeni mərhələyə start verildi. İran-Amerika rabitələrinin möhkəmlənməsi ölkədə ictimai fikrə də öz təsirini göstərdi. Mütəxəssislər bu fikirdədir ki, hətta İslam İnqilabından öncə İran-Amerika rabitələri təbii məcrada olmayıb. Doktor Müsəddiqin süqutu Amerikanı iranlılara tanıtdırdı. Amerikalılar uzun müddət Müsəddiqi aldatdılar. Nəhayət, onu öz mənafelərinə qurban verdilər. Amerika onların İranda ictimai-siyasi, iqtisadi, hərbi nüfuzu artsa da onlar İran cəmiyyətinin gerçəkliklərini dərk edə bilmədilər. 1979-cu ildə İslam İnqilabı baş verəndə Ağ Ev rəsmiləri və amerikalı mütəxəssislər İrandakı durumdan xəbərsiz olduqlarını etiraf etdilər.
28 mordad çevrilişindən İslam İnqilabına qədər ötən 26 ili siyasi və təhlükəsizlik baxımından iki dövrə bölmək olar. Çevrilişdən sonrakı 9 il də inqilaba qədərki 16 il. Birinci dövrdə, yəni şəmsi 1332-1341-ci illərdə Amerikanın İranda siyasi və iqtisadi mövqeyi möhkəmləndi.
1953-cü il, 18 avqustda, yəni şəmsi 1332-ci il, 28 mordadda Müsəddiq dövləti çevrildi. Çevriliş planını cızan ABŞ kəşfiyyat idarəsinin xüsusi məmuru idi. Bu məmur sabiq ABŞ prezidenti, sonradan CİA-nın xüsusi məmuru olmuş Kermit Ruzvelt idi.
1953-cü il, dekabrda ABŞ prezidentinin müavini Nikson Tehrana gəldi. Tehran universitetinin tələbələri bu məmurun İrana səfərinə etiraz aksiyası keçirdilər. Nəticədə 3 tələbə qətlə yetirildi.
1954-cü il, aprel ayında Amerika şirkətləri ilə konsorsium yaradıldı.
1954-cü ilin avqust ayında İran konsorsium üzvü olan şirkətlərlə neft istehsalı barədə müqavilə imzaladı. Amerika prezidenti Eyzenhauer bəyan etdi ki, İranın neft məsələsinin həlli Avropada və Yaxın Şərqdəki müttəfiqlərlə münasibətləri qaydaya salacaq.
1954-cü il, oktyabr ayında Amerika Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq İranın İraq, Türkiyə, Bağdad müqaviləsi üzvləri ilə hərbi razılaşmasını müsbət qarşıladı.
1956-cı il, oktyabr ayında ilk dəfə Fars Körfəzində İran və Amerika müştərək hərbi manevr keçirdi.
1957-ci il, iyun ayında Amerikanın 6-cı donanmasının komandanının dəvəti ilə İran şahı Aralıq dənizində dünyanın ən böyük donanmasına baxış keçirdi.
1958-ci il, iyun ayında İran şahı Amerikaya səfərə gedib prezident Eyzenhauerlə görüşdü.
1959-cu il, mart ayında Amerika, İran, Pakistan və Türkiyə ilə ikitərəfli müqavilə imzaladı. İran tərəfindən bildirildi ki, müqavilə müdafiə xarakteri daşıyır və Sovetlər Birliyinin təcavüzü olmasa, heç bir ölkə üçün təhlükə yaratmır.
1959-cu il, dekabr ayında Eyzenhauer Tehrana səfərə gəldi.
1960-cı il, dekabr ayında İran şahı Kennedini prezident seçilməsi münasibəti ilə tərbik etdi. Kennedinin dövründə Amerika kommunistlərin nüfuzunu əngəlləmək üçün 3-cü dünya ölkələrində islahatlara yardım göstərdi. İranda da eyni islahatlar aparıldı ki, kommunizmin nüfuzunun qarşısı alınsın.
1961-ci il, yanvar ayında İran və Amerika donanma komandanları müştərək manevrdə iştirak üçün toplantı keçirdi.
Amerika məntəqədə İranı dayaq nöqtəsi kimi nəzərdə tuturdu. Amerikanın məntəqədə onun mənafelərini qoruyacaq jandarma ehtiyacı vardı. ABŞ prezidenti Niksonun fəaliyyətləri İranın jandarm kimi fəaliyyətə başlamasında təsirli oldu. Həmin dövrdə şah neftdən ən böyük gəlir götürdü. İranın məntəqədə nüfuzu hər gün artırdı. İranın fəaliyyətləri Amerikanın mənafelərinə hesablanmışdı. Amerika İran ordusunu gücləndirirdi ki, məntəqədə öz nüfuzunu qoruya bilsin. Ordu xərcləri maksimuma artırılmışdı, ildə 10 milyard dollara çatmışdı. Hətta Amerika ictimaiyyətində İran ordusunun xərcləri barədə söz-söhbətlər yaranmışdı. Həmin dövrün hansı mühüm xüsusiyyətləri vardı? Əvvəla, Amerika şahın ölkə daxilindəki proqramlarını dəstəkləyirdi. Ona ağ inqilab planı təklif olunmuşdu. Şahı mütərəqqi, islahatçı göstərmək üçün belə bir addım nəzərdə tutulurdu. Amerika Niksonun təlimləri çərçivəsində İranın məntəqə nüfuzunun artmasını himayə edirdi. Bu təlimlərə əsasən məntəqədəki ölkələr təhlükəsizliklə bağlı daha çox məsuliyyəti öz üzərlərinə götürməli idilər. Niksonun fikirlərinə Amerikanın Vietnam müharibəsindəki uğursuzluqları təsir göstərmişdi. Şah çalışırdı ki, Amerikanı İran xalqının dostu kimi tanıtdırsın. İctimai fikrə təsir üçün tez-tez iki ölkə arasındakı yaxın rabitələrdən danışırdı.
Amerikanın İrana hərbi yardımları onun qlobal siyasətlərinin istiqamətində tənzimlənirdi. Əslində şahın İranın gələcəyi ilə bağlı heç bir müstəqil planı yox idi. İslam İnqilabından öncə artıq hiss edilirdi ki, Amerika şahın müxaliflərini himayə etməyə başlayıb. Bununla belə, hazırkı vaxta qədər bu iddianı təsdiq edəcək sənəd əldə olunmayıb.
1962-cı il, yanvar ayında torpaq islahatları qanunu qəbul edildi.
1962-ci il, aprel ayında İran şahı Amerikaya səfərə getdi.
1962-ci il, avqust ayında ABŞ prezidenti Conson öz çıxışında İran şahını apardığı islahatlara görə alqışladı.
1963-cü-il, iyun ayında (şəmsi 1342, xordad) İmam Xomeyninin (r) Qumda həbsinə etiraz olaraq Tehranda etiraz aksiyaları keçirildi. Şah məmurları etirazçılara hücum etdilər, ölənlər və yaralananlar oldu.
1964-cü ildə rüsvayçı kapitulyasiya qanunu qabul edildi. Milli Şura Məclisi bu qanunu təsdiqlədi. Bu qanuna əsasən İrandakı amerikalılar bu ölkədə törətdiyi cinayətə görə yalnız öz ölkəsində mühakimə oluna bilərdi.
1964-ci ilin may ayında ABŞ prezdenti Conson şahı Amerikaya dəvət etdi və şah Amerikaya səfərə yola düşdü.
1964-cü il, oktyabr ayında İmam Xomeyni (r) kapitulyasiya qanununa qarşı sərt çıxışlar etdi.
1964-cü il, oktyabr ayında İmam Xomeyni (r) Türkiyəyə sürgün olundu.
1965-ci il, yanvar ayında Məhəmməd Buxarayi kapitulyasiya qanununa etiraz olaraq baş nazir Həsənəli Mənsuru terror etdi.
1965-ci il, fevral ayında ilk dəfə İran hərbi hava qüvvələrinə F-5 qırıcıları verildi.
1967-ci il, aprel ayında ABŞ prezidentinin sabiq müavini Riçard Nikson şahla görüş üçün Tehrana gəldi. O dedi ki, Amerika Fars Körfəzində İranı gücləndirməlidir.
1967-ci il, avqust ayında şah Consonun dəvəti ilə Amerikaya getdi.
1968-ci il, iyul ayı şah növbəti dəfə Amerikaya səfərə getdi.
1968-ci ildə Britaniya vəd verdi ki, 1971-ci ilə qədər məntəqədə olan bütün hərbi qüvvələrini çıxaracaq.
1968-ci il sentyabr ayında Associated Press agentliyi elan etdi ki, ABŞ Konqresi İranı təyyarə və raketlər daxil olmaqla ağır silahların satışının qadağan olunduğu siyahıdan çıxarıb. Artıq Amerikanın nəzərincə İran az inkişaf edən ölkə sayılmır.
1968-ci il, noyabr ayında Nikson ABŞ prezidenti seçildi.
1969-cu ilin yanvar ayında şah təklif etdi ki, Amerika ildə 100 milyon dollarlıq İran nefti alsın, bir şərtlə ki bu pullar silah almağa sərf olunsun. Amma Amerika bu təklifi rədd etdi.
1969-cu il, oktyabr ayında şah Amerikaya getdi.
1970-ci il, aprel ayında Amerikanın İrandakı səfirliyində amerikalı siyasətçilərin konfransı keçirildi. Bu konfransda belə bir qənaətlə çıxış etdilər ki, artıq İran şahının Fars körfəzində rəhbərlik dövrü başa çatıb.
1970-ci il, may ayında amerikalı sərmayədarların İranda kapital yatırımına etiraz olaraq Qum Elm Hövzəsi etiraz bəyanatı yaydı. Bəyanatda xarici investisiyaların ölkənin gələcəyi üçün təhlükəli olduğu bildirildi.
1971-ci il, may ayında ABŞ prezidenti Nikson Tehrana gəldi.
1971-ci il, dekabr ayında şah bir müsahibəsində dedi: “Mən inanıram ki, ABŞ dünyada jandarm ola bilməyəcəyini dərk edib. Dünyada sabitliyi məntəqə ölkələri təmin etməlidir. Bu vəzifəni müxtəlif ölkələrin üzərinə qoymaq olar.”
1972-ci il, may ayında Nikson Sovetlər Birliyindən qayıdarkən yolüstü Tehranda dayandı. O, şahla görüşdə söz verdi ki, İran nüvə silahı istisna olmaqla bütün Amerika silahlarından ala bilər.
1973-cü il, iyun ayında amerikalı təlimatçı palkovnik Luis Hopkins Tehranda qətlə yetirildi.
1973-cü il, iyul ayında şah Niksonun dəvəti ilə 10-cu dəfə Amerikaya səfərə getdi.
1974-cü il, iyul ayında Corc Vaşinqton Universitetinin rektoru Niyavəran sarayında şahla görüşdü, şaha fəxri doktor dərəcəsini təqdim etdi.
1974-cü ildə neftlə bağlı Amerika ilə şah arasında fikir ayrılığı yarandı.
1975-ci il, mart ayında İranla Amerika arasında nüvə enerjisindən qeyri-hərbi məqsədlərlə istifadədə həmkarlıqla bağlı müqavilə imzalandı.
1975-ci il, may ayında şah ABŞ prezidenti Cerald Fordun dəvəti ilə Vaşinqtona getdi.
1975-ci il, iyul ayında İranın Amerikadakı səfiri Ərdəşir Zahidi dedi: “İranın xarici ölkələrə maddi yardımı milli istehsalın 7 faizi səviyyəsindədir.”
1975-ci il, sentyabr ayında Cənubi Kaliforniya universiteti tədbir keçirərək İran şahına fəxri doktor adı verdi.
1975-ci il, oktyabr ayında şah Fransa televiziyasına müsahibəsində İranın regionda jandarm olduğunu təsdiqlədi.
1976-cı il, avqust ayında ABŞ xarici işlər naziri Kisincer Tehran səfərində dedi: “Amerika 3,4 milyard dollar dəyəri olan 160 ədəd F-16 təyyarəsini İrana təhvil verir.”
1976-cı il, avqust ayında şah Amerika senatını İrana silah satışını əngəllədiyi üçün tənqid etdi. Şah daha artıq miqdarda silah almaq üçün müraciət etdi.
1976-cı il, oktyabr ayında şah mətbuata müsahibəsində dedi: “Dünyanın enerji mənbələrinin mühüm bir hissəsi İranın nəzarətindədir. Dünya heç vaxt İranı itirmək istəməz. Dünyada İranın milli mənafelərinə qarşı kiçik bir addım atacaq ölkə yoxdur.”
1976-cı il, noyabr ayında Karter ABŞ prezidenti seçildi. Karter silah alışı, insan haqlarının pozulması, neftin qiymətinin artmasından dolayi İran şahına qarşı çıxdı.
1976-cı il, dekabr ayında Amerika səfiri Tehranda dedi: “İranla hərbi əməkdaşlıqlar milli siyasətin davamı istiqamətindədir. ABŞ prezidentləri bu siyasəti bundan sonra da davam edəcək.”
1976-cı il, dekabr ayında Amerika Konqresinin nümayəndələr palatası elan etdi ki, İranda insan haqları pozulur.
1977-ci il, may ayında Karter Avaks təyyarələrinin İrana satışına razılıq verdi.
1977-ci il, may ayında İranın Amerikadakı səfiri Ərdəşir Zahidi dedi: “İran Amerika malları üçün geniş bir bazardır.” Səfir işarə edirdi ki, Amerika İranın istəklərini yerinə yetirməsə bu böyük bazarı itirə bilər. Səfir həm də Amerikadakı müxalif tələbələrdən dolayi etirazını bildirərək dedi ki, bu gənclərin sözləri ciddi deyil. Səfir bu gənclərin iranlı olub-olmamasını şübhə altına alaraq onları muzdur adlandırdı.
1977-ci il, noyabr ayında şah Karterlə görüş üçün Amerikaya getdi. Amerikada yaşayan iranlı tələbələr şahın gəlişinə etiraz olaraq aksiya keçirdilər.
1977-ci il, dekabr ayında Karterin Tehrana rəsmi səfəri baş tutdu. Bu səfərdə Karter İranı gərgin məntəqədə sabit ölkə adlandırdı.
1978-ci il, iyul ayında Qumda xalq qiyamı yatırıldı.
1978-ci il, iyul ayında Amerika Xarici Əlaqələr Komitəsi məlumat verdi ki, İranın hərbi büdcəsi 1976-cı ildə 9, 5 milyard dollara çatıb. 1978-ci ildə Sento müqaviləsinin qərargahı elan etdi ki, Amerika və İngiltərənin hava təlimlərində İran, Türkiyə və Pakistan hərbi qüvvələri iştirak edəcək.
1978-ci ildə amerikalı demokrat senator prezident Karteri 70 F14, 140 f15 təyyarəsinin İrana satışından dolayi tənqid etdi. O bildirdi ki, əgər İranda rejim dəyişsə bütün bu silahlar Amerikaya qarşı işlənəcək.
1978-ci ildə İranla Amerika arasında nüvə stansiyalarının qurulması ilə bağlı danışıqlar təhlükəsizlik təminatı olmadığından dayandırıldı.
1978-ci ildə şah bir müsahibəsində elan etdi ki, əgər İranda hakimiyyət dəyişsə İranla Avropa rabitələri dərin olduğundan Qərb bir güllə atılmadan məhv olacaq.
1978-ci ildə qara cümə hadisəsində Tehranda aksiyaçılar qətlə yetirildi.
1978-ci ildə Karter Amerikanın Kəşfiyyat idarəsi CİA-nı İrandakı hadisələri izləyə bilmədiyi üçün tənqid etdi.
1978-ci il, dekabr ayında Amerikanın Tehrandakı səfiri Sillivan şahla görüşdü və onu İranı tərk etməyə çağırdı.
1978-ci il, dekabr ayında Amerikanın sabiq prezidenti Cerald Ford dedi: “Şahın iqtidarda qalması Amerikanın mənafelərinə xidmət edir.”
1978-ci il, dekabar ayında Amerika Xarici İşlər Naziri İranda vəziyyətin gərginliyi ilə bağlı dedi: “Amerika dövləti İranda hərbi olmayan mötədil bir dövlətin yaradılmasını çıxış yolu sayır.”
1978-ci il, dekabr ayında İmam Xomeyni (r)