Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

Qari oxumağa başlayan kimi Allah, Allah deyilməsinə ehtiyac görmürəm...

Ayətullah Xameneinin Quranla ünsiyyət məclisində çıxışı
Hicri-qəməri 1436-cı il, mübarək ramazan ayının ilk günü
İmam Xomeyni (r) Hüseyniyyəsi

Bismillahir-Rəhmanir-Rəhim
Əziz qardaşlara çox təşəkkür edirəm. Doğrudan da, bu gün onlardan bəhrələndik. Məclis gözəl, rəngarəng, cazibədar, mənalıdır. Həmd olsun Allaha. Hər il Quran tilavəti sahəsində inkişaf nişanələri görürük. Gənclərimiz arasında, xalqımız arasında bu tərəqqi məni çox sevindirir. Allaha şükür edirəm. Bu gün də həmd olsun Allaha bu gözəl tilavətlərin sayəsində məclis mənalı oldu. Xüsusi ilə zövqlu aparıcının bu tilavətlərin savabını hədiyyə etməklə bağlı sözləri, bu məclisdə tilavətin savabının Tehranda dəfn olunan son şəhidlərin ruhuna hədiyyə olunması fikri məclisi daha da mənalandırdı. Quranın gözəl səs, qaydalara uyğun oxunması onun mənalarının qəlblərə nüfuzu üçün müqəddimədir. Əgər Quranın məna baxımından faydasını kənara qoyub yalnız gözəl səsə görə tilavətinə baxsaq, şübhəsiz ki, bu iş yüksək məqamdan enər. Quranın gözəl səslə, qaydalara uyğun oxunması ilə bağlı bütün tövsiyələr ona görədir ki, onun mənaları qəlblərə təsir etsin. Nəticədə Quranla ünsiyyət quraq, Quran rənginə, Quran sifətlərinə sahib olaq. Əgər məqsəd Qurandan təsirlənməkdirsə, bunun şəraiti, qaydaları var. Birinci qayda budur ki, Quran oxuyan, tilavət edən şəxs Qurana diqqətlə, onun mənalarına etiqadla tilavət etsin. Əgər nə oxuduğumuzu bilməsək, mənaları anlamasaq qəlbimizə təsir etməz. Belə bir şəraitdə tilavət oxuyana da, ətrafdakılara da az təsirli olar. Bu birinci şərtdir.
Mən hörmətli qarilər və ustadlardan xahiş edirəm ki, bir nöqtəyə diqqətli olsunlar. Oxuyacaqları ayələri zehnlərində nəzərdən keçirsinlər, bu ayələr barədə düşünsünlər. Ayələrin mənalarını düzgün şəkildə qəlblərində və etiqadlarında möhkəmləndirsinlər. Bu ruhiyyə, bu zəminə, bu hazırlıqla oxusunlar. Belə bir tilavət dinləyicinin ruhunun dərinliyinə nüfuz edər. Həqiqətən də, bu günə qədər siz çox irəliləmisiniz. Mən uzun illərdir ölkədə Quran sahəsində fəaliyyətləri izləyirəm. Gənclərimiz çox inkişaf edib. Qarilərimiz, ustadlarımız insafla desək çox gözəldir. Amma daha artıq təsir üçün hələ yer çoxdur.
Mən bir neçə nöqtə qeyd etmişəm. Biri budur ki, siz öz tilavətinizlə Quran mənalarını dinləyiciyə çatdırmaq istəyirsiniz. Dorğudur ki, adətən dinləyicilərin çoxu ərəb dilini, Quran dilini bilmirlər. Quranın möcüzəsi budur ki, elə bu şəraitdə, dinləyicilər dili anlamadığı halda ayələr qaydasınca çatdırılsa, xülasə də olsa mənalar dinləyiciyə ötürülür. Təbii ki bunun şərtləri var. Mən radiodan yayımlanan tilavətləri dinləyirəm. Bu gözəl imkandır. Ustadların, qarilərin oxuduqlarını belə dinləmək münasib fürsətdir. Gözəl səs baxımından qarilərimiz müvəffəqdir. Bunu xaricdəki qarilər də təsdiqləyir. Onlar İran səsini, ahəngini xoşlayırlar. Həqiqətən də sizin bəzi səsləriniz zatən xoşdur. Gözəl bir səsin başqa şərtləri də var, bu şərtləri tilavət şərtləri ilə qoşalaşdırmaq lazımdır.
Tilavət şərtlərindən biri budur ki, tilavət olunan ayəni adi halda oxuyarkən üzərində dayandığınız nöqtəni tilavətdə də bildirəsiniz. Farsca şeir oxuyan məddahlar əsas məqsədi ifadə edən söz və ya cümləni xüsusi bir şəkildə tələffüz edirlər. Adi danışıqda da bu qayda var. Adi danışıqda daha mənalı saydığınız cümləni xüsusi şəkildə ifadə edirsiniz. Quran da belə oxunmalıdır. Xüsusi sözlər fərqli tilavət edilməlidir. Cümlələr və ifadələr zehninizdə xüsusi yer aldığı şəkildə ifadə olunmalıdır. Gözəl təbir gözəl ifadə olunur. Bəzən bir mənanı dinləyiciyə çatdırmaq üçün təkrarlamaq lazım gəlir. Onu təkrarlayın. Mən bir neçə il öncə ayələri çox təkrarlayanlara irad bildirmişdim. Demək istəyirəm ki, bəzən təkrarlamağın yeri var, bu lazımdır. Bir dəfə oxumaqla məna öz əksini tapmır. Onu təkrarlamaq lazımdır. İki dəfə, üç dəfə təkrarlansa münasibdir. Bəzən iki-üç ayəni təkrarlamaq lazım gəlir. Məqsədim bu deyil ki, ifrata varılsın. Bəzi misirli qarilər bu işdə ifrata varır. Bunun təsiri mənfidir. Mən ifrat nəzərdə tutmuram. Bir şeyi 10 dəfə təkrarlamaq xoş deyil. Ərəb ahənglərində belə təkrar münasib sayıla bilər. Amma Quran tilavətində bu münasib deyil. O qədər təkrarlamaq lazımdır ki, məna zehndə otursun. Bəzən adama elə gəlir ki, qari sadəcə kitabı əlinə alıb oxuyur, ifadələri tələffüz edir. Bu yaxşı deyil. Siz mənanı ötürməlisiniz. Dinləyicinin zehnində mənalar əks olunmalıdır. Bu bəzən ifadəni xüsusi şəkildə vurğulamaqla, bəzən təkrarla həyata keçir. Bəzən cümləni, bəzən sözü təkrarlamaq və ya xüsusi ifadə etmək lazım gəlir. Diqqət mərkəzində saxlanılası başqa bir nöqtə ləhn meyarlarını gözləməkdir. Ərəbcə ləhnlər, Quran ləhnləri bizim xalq, ifaçılar üçün bir qədər uzaqdır. Görürsünüz ki, farsca şeir oxuyan çox münasib ahənglə oxuyur. Bu şəxs ərəbcə şeir oxumaq istəsə münasib ahəng tapa bilməməsi mümkündür. Çünki ləhn, ahəng biganədir. Bizə tanış ləhn deyil. Başqa dilin ahəngini farsca ləhn, farsca ahənglər kimi hiss etmirik. Quran ləhnləri çox təkrarlandıqca tilavət əhli arasında doğmalaşır. Ləhnləri düzgün ifadə etmək lazımdır. Bəzən görürəm ki, ayəni gözəl səslə, qüvvəli səslə, yaradıcılıqla ifa edən şəxs onun ləhnini gözləyə bilmir. Sözdə ləhnə riayət etmək, ahəng nizamını gözləmək lazımdır. Quranı adi yox, ahənglə oxuyun. Tövhid dinləri, hətta bəzi qeyri-tövhid dinlərində müqəddəs sayılan mətnlər ahənglə oxunur. Bunu yaxından müşahidə etmişik. Tilavət də ahənglə olsun. Ahənglər düzgün yerin