Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

Fitri istəkləri tam təmin etmək mümkündürmü?

Fitri istəklərin tam təmininə ölümün mane ola bilməsi yanlış fikirdir
Fitri istəklər sonsuzluğa yönəlmişsə, onları tam təmin etmək necə mümkün olar? Zəif, təbii və qazanılmış qüvvələri məhdud insan, bu işin öhdəsindən gələ bilərmi? Fitri istəklərin tam təmin olunmasının mümkünlüyünün sübutu, elə fitrətin özüdür. Fitri istəklər varlıq qanunlarından doğmuşdur. Məsələn, yer üzündəki dartınmalar cazibə qüvvəsinin varlığına dəlildir.
Fitri istəklərin tam təmininə ölümün mane ola bilməsi yanlış fikirdir. Ölüm yalnız dünya həyatına son qoyur və yalnız fiziki qüvvələrə aiddir. İnsanın fitri istəyi təbiətin fövqündə durur və əbədidir. Əlbəttə ki, əbədilik təkcə fitrətə aid deyil. Yaranış nizamına nəzər salsaq görərik ki, ən kiçik zərrələrdən planetl