Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Allahla ünsiyyət baharı

Allahla ünsiyyəti kiçik hesab etmək olmaz. Bizim hər şeyimiz bu əlaqədən aslıdır
Mübarək ramazan ayı insanın özünü yenidən qurması, yeniləməsi, tərbiyə etməsi ayı, Allahla ünsiyyət baharıdır. Məgər işin bu yönündən qafil olmaq olarmı? Bütün səhvlər, yanlışlar işin bu tərəfinə diqqətsizlikdən irəli gəlir. Səhvləri az olan, köklü hidayət, mərifət nuru ilə işıqlanan bir işarəsi bu xalq üçün, bizim üçün, dünyada İslam aşiqləri üçün, bələdçi, yol göstərən olan – yəni dahi İmam Xomeyni – məsələnin bu tərəfinə nisbətdə elə idi ki, Allahla olan əlaqəsi təmin olunmuşdu. Dünyada inqilablar, hökumətlər, idarələr, hakimiyyətlər bu baxımdan eybli olurlar, yoldan yayınırlar. Yəni mənəviyyat baxımından, Allahla əlaqə baxımından, könüllərin Allaha bağlanması baxımından qəflətdədirlər. Biz də diqqət etsək, harada irəliləmişiksə, harada uğur qazanmışıqsa, yaxşı əməl etmişiksə, razıyıqsa, bu yönün təmin olunmasındandır. Harada zərbə almışıqsa, bu yöndə zəif olduğumuzdandır.

Allahla ünsiyyətin önəmi

Allahla ünsiyyəti kiçik hesab etmək olmaz. Bizim hər şeyimiz bu əlaqədən aslıdır. Bizim könlümüzü möhkəmlədən, düşmənçiliklərdən qorxmamağımıza səbəb olan bu əlaqədir. Bizim könüllərimizi möminlərə sevgi ilə, Allah yolunu gedənlərə məhəbbətlə doldurub, fikir ayrılıqlarını, səliqə fərqlərini ikinci plana keçirən Allahla ünsiyyətdir. Bizim həqiqəti ayaq altına atmamağımıza, məsləhəti şəxsi qərəzə qurban verməməyimizə səbəb olan Allahla əlaqədir. Bizim Allah yolundan yayınmamağımıza, bu yolu getməkdən peşman olmamağımıza, yorulmamağımıza səbəb olan Allahla ünsiyyətdir. Allahla bu əlaqə həmişə mümkündür və heç zaman gec deyil.

Ayətullah Seyid Əli Xamenei


1124 بازدید
در حال ارسال اطلاعات...