Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Ayətullah Xamenei: Hərə öz xoşladığı sözü İmamın (ə) adından danışmasın

ABŞ öz mənafeyinə uyğun olaraq İmam Xomeyni (r) ideallarının səhnədən çıxması üçün çalışır
Əgər Cənab Rəhbər Ayətullah Xameneinin il boyu söhbətlərini qruplaşdırsaq, şübhəsiz, ilin əvvəlində Məşhəddə İmam Rizanın (ə) hərəmində və 14 xordadda İmam Xomeyninin (r) vəfatının ildönümü münasibətilə mərasimdəki çıxışlar əhəmiyyətinə görə ən yüksək dərəcədə qərar tutur. Ötən ilki söhbətləri nəzərdən keçirdikdə görürük ki, bu söhbətlərdə ölkədaxili və dünya ilə bağlı mühüm məsələlər açıqlanır. Təhlilçilər Cənab Rəhbərin ilin əvvəlindəki çıxışını İran İslam Cümhuriyyətinin proqramı kimi dəyərləndirir. 14 xordaddakı söhbət isə İmam Xomeyninin (r) düşüncələri və şəxsiyyəti ilə bağlı idi. Amma bütün söhbətlərdə İran və dünyanın mühüm məsələlərinə işarə olunub.
14 xordad söhbətindən öncə mütəxəssislər və informasiya vasitələri proqnozlaşdırırdılar ki, Cənab Rəhbər nüvə müzakirələrinin həssas dövründə öz çıxışını əsasən bu mövzuya həsr edəcək. Eləcə də, dünyadakı gərgin vəziyyət nəzərdən keçiriləcək. Amma Cənab Rəhbər söhbətini əsasən mərhum İmamın prinsiplərinə həsr etdi, İmamın şəxsiyyətinin təhrifi mövzusunda danışdı. Nə üçün? Mərhum İmamın düşüncələrinin düzgün şərhi bu qədər mühümdür?
İran İslam Cümhuriyyəti yaxın günlərdə nüvə müzakirələri, beynəlxalq aləm, məntəqədə baş verənlərə münasibət mövzularında çıxış yolları tapmalıdır. Belə görünür ki, İslam Cümhuriyyətinin gələcəyi İmamın düşüncələrinin düzgün şərhi ilə çox bağlıdır. Amma bəziləri elə düşünür ki, inqilab və İmamın prinsiplərinə riayət etməklə yeni taktikalar ortaya qoymaq olar. Bu yolla islahat aparılması mümkün sayılır. Bu fikir inqilabı zəiflətməyə cəhd kimi dəyərləndirilməməlidir. Bu insanların çoxu nəinki inqilabı zəiflətmək fikrində deyil, hətta inqilabın taleyi üçün narahatdır və düzgün çıxış yolu axtarır. Hər halda bu gün dünya imperializmi, imperializmlə münasibətlər, dövlətçilik, müstəqillik, həyat tərzi, müdiriyyət qaydaları İmamın prinsiplərinə uyğun olmalıdır. Belə nəzərə gəlir ki, İmam dünyasını dəyişəndən sonra qərbyönlü baxış, daha çox təcrübəyə istinad inqilab ideallarını bir qədər kölgədə qoyub.
Qarşıdakı günlər İran İslam Cümhuriyyəti üçün böyük əhəmiyyət kəsb edir. Təkcə İran yox, dünyanın bir çox ölkələri səy göstərirlər ki, öz potensial imkanlarından yararlanaraq dünya və regiondakı gərginliyi aradan qaldırsınlar. Təbii ki, bu istiqamətdə yalnız öz mənafeyini düşünüb imtiyaz qazanmaq istəyənlər də var. Amerikanın daha çox Şərqdən möhkəmlənmək strategiyası bunu göstərir. İran İslam Cümhuriyyəti ölkə daxilində, regionda, beynəlxalq səhnədə müəyyən problemlərlə üzləşib ki, bu problemlərin aradan qaldırılması İslam Cümhuriyyətinin gələcəyində təyinedicidir. İndi hər üç istiqamətdə problemlərin həlli üçün fərqli təkliflər səslənir. Bütün fərqli təklifləri dağıdıcılıq kimi dəyərləndirmək olmaz.
Yaxın keçmişdə İmam və inqilabın prinsiplərini səhnədən çıxarmaq istəyən qüvvələr səy göstərirdi. İran xalqının zehnini dəyişməyə çalışırdılar. İnqilab ideallarının yerini muzeylərdə görürdülər. İmamı güzəştsiz, sərt təbiətli bir insan kimi tanıtdırıb, xalqın qəlbindəki məhəbbəti hərarətdən salmağa çalışırdılar. İmamı tanımaq, onun düşüncələrinin nə qədər dəyərli olduğunu bilmək üçün bu düşüncələrlə yaxından tanış olmaq lazımdır. Təbii ki, İmamın şəxsiyyətinin cümhuriyyətdən ayrılmaz olduğunu görən bəzi qüvvələr onun fikirlərini təhrif etməklə faydalanmağa çalışırlar. Son dövrlərdə İmamın düşüncələri fərqli şəkildə şərh edilir. Müxtəlif tribunalarda, mətbuat orqanlarında təhrif olunmuş fikirlər səslənir. Əsas mövzulardan biri Amerika ilə münasibətlər mövzusudur. Amerika ilə dostluq əlaqələri fikri İmam Xomeyninin (r) düşüncələrinə zidd bir fikirdir. Bu fikir hətta ölkənin müstəqilliyinə, azadlığına zərbədir. İmam Xomeyninin (r) 14 xordadda ortaya qoyduğu prinsiplər bu gün bəziləri tərəfindən liberallaşdırılır. Bu təkcə ölkə daxilindəki proses deyil. Amerika öz mənafeinə uyğun olaraq İmam Xomeyni (r) ideallarının səhnədən çıxması üçün bacardığını edir. Amerika tərəfindən aparılan savaşlardan biri də rəvayətlər savaşıdır. Son savaşlar göstərdi ki, müasir informasiya müharibəsi keçmiş meydan müharibəsindən daha təhlükəlidir. Bu işdə mətbuat çox güclü vasitədir.
Son illərdə imamın düşüncələri ilə bağlı fərqli şərhlər daha çox eşidilməyə başladı. Cənab Rəhbər Ayətullah Xamenei 1392-ci il, tir ayında cümhuriyyət məsulları ilə görüşdə buyurdu: İstiqamətlənmə mühümdür. Mən bu il 14 xordadda İmamın vəfatının ildönümü mərasimində onun pak hərəmində bir daha qeyd etdim ki, inqilabın istiqamətləri İmamın göstərdiyi şəkildə bizim üçün mötəbər və dəlildir. Daxili siyasət, xarici siyasət, mədəniyyət sahəsi, iqtisadiyyatda İmamın göstərişləri əsas xətti təşkil edir. Bəzən İmamın sözlərini yanlış şərh edirlər. Bu çox pis və təhlükəlidir. Xoşbəxtlikdən İmamın buyuruqları gözümüz qabağındadır. İmamın bəyanatları, səsi, yazıları, əsərləri ixtiyarımızdadır.
İmamın buyuruqları, prinsipləri bir meyardır. Əgər bu meyar pozulsa nüvə müzakirəsi, regional məsələlərdə düzgün qərar çıxarmaq mümkünsüz olar. Aydın olur ki, İmamın düşüncələrinin təhrifi təkcə ölkə daxili yox, beynəlxalq aləmdə inqilab üçün təhlükə yaradır.
Cənab Rəhbər Ayətullah Xamenei 14 xordad çıxışında buyurdu: Əgər biz İmamın şəxsiyyətini sözün həqiqi mənasında tanımaq istəyiriksə bunun yolu var. Əgər həmin yolu getsək problem aradan qalxacaq. Bəziləri öz meyl və səliqələrinə uyğun olaraq İmamı tanıtdırmağa çalışırlar. Sabah bir başqaları yenə İmamın fikirlərini təhrif edə bilər. Bu təhfirlərin qarşısını alacaq iş İmamın düşüncə və prinsiplərini yenidən oxumaqdır.
İmamın buyuruqlarına şüar kimi yanaşmaq olmaz. Bu prinsipləri, bəyanatları dildə təkrarlayıb əməldə onlara arxa çevirmək yolverilməzdir. İmamın məktəbini, üsullarını dərk etmək, bu üsullar əsasında hərəkət etmək lazımdır. Cənab Rəhbər 14 xordad çıxışında buyurdu: Hərə öz xoşladığı sözü imamın adından danışır. İmama aid edilən söz mötəbər mənbələrdə olmalıdır. Təkrar şəkildə, aydın şəkildə, mənim qeyd etdiyim yeddi bənd kimi İmamın çıxışlarında yer almalıdır. Uzun illər boyu İmamın çıxışlarını nəzərdən keçirdikdə onun prinsipləri aydın olur. Hamı bu yolla İmamın prinsipləri ilə tanış olsun.
Bəli, İslam Cümhuriyyəti, inqilabın taleyinə biganə qalmamalı, problemlərdən düzgün çıxış yolunu tapmaq üçün inqilab və İmamın prinsiplərini lazımi şəkildə öyrənməliyik.

Vilayet.nur-az.com


1055 بازدید