Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

İlahi ziyafət salonu

Ramazan ayı ilahi ziyafət salonudur
Şəban ayı dua ayı, ibadət ayıdır. "Məfatih" kitabında yer alan dualarda deyilir ki, Peyğəmbər (s) son nəfəsinədək, ömrünün sonunadək şəban ayını yüksək dəyərləndirirdi, şəban ayı qarşısında təvazö göstərirdi. Özünü bu ayda oruc tutmağa, ibadət etməyə öyrəşdirirdi. Duanın sonunda Allahdan istəyir ki, bizi də şəban ayında Peyğəmbər (s) sünnəsinə riayət etməkdə müvəffəq et. Bu şəban ayı ramazan ayına gedən yolun dəhlizidir. Ramazan ayı isə ilahi ziyafət salonudur. Bu elə böyük bir salondur ki, kimsə o salona daxil olaraq, özünə Allahın orada hazırladıqlarından bəhrələnmək fürsəti verərsə, bunun üçün çalışarsa, çox faydalanacaq. Hansı ki, bu fayda şəvval və digər aylarda yoxdur. Yalnız ramazan ayına məxsusdur. Müxtəlif çeşidli ilahi ziyafətlər: ilahi rəhmət, ilahi izzət, ilahi müvəffəqiyyət, ilahi qürb, ilahi lütfdən qaynaqlanan zənginlik, maddi ruzi, mənəvi ruzi. Bütün bunlar hamısı ramazan ayındadır. Bunlar ramazan süfrəsinin başındadır. Bəziləri gəlib, bu süfrəyə baxırlar. Bu süfrənin ortasından keçib gedirlər. Əllərinə heç bir şey keçmir. Bəziləri azacıq bir şey götürürlər. Biz oruc tuturuq, azacıq bir şey götürürük bu süfrədən. Amma bəziləri belə deyil. Bu süfrə başında necə lazımsa elə əyləşirlər. Öz kisələrini ilahi rəhmətlə doldururlar. İzzət istəyirlər, dünya istəyirlər, axirət istəyirlər, problemlərin həllini istəyirlər, həyatda xoş gün istəyirlər, gözəl əxlaq istəyirlər. Özləri və başqaları üçün nə istəyirlər götürürlər.
İnsanın bu salona girməsi üçün gözü açıq olmalıdır, qafil olmamalıdır. Başını aşağı salıb bu qapıdan girib o biri qapıdan çıxmamalıdır. Ətrafına baxmalı, bəhrələnməlidir. Məndə və sizdə bu hazırlıq yaransın deyə rəcəb ayını, şəban ayını ixtiyarımıza vermişlər. Şəban bir cür, rəcəb də bir cür. Rəcəb daha çox namaz ayıdır. Şəban daha çox dua və oruc ayıdır. Bu "Minacati-şəbaniyyə"yə baxın. Mən bir dəfə İmam Xomeynidən (r) soruşdum: "Nəql olunan dualardan hansını daha çox xoşlayırsan? Buyurdu ki, "Kümeyl" və "Minacati-şəbaniyyə" dualarını." Mar