Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Dərslərini dindarcasına oxumalıdırlar!

Universitet mühiti dini mühit, tələbə isə dindar olmalıdır!
Universitetlərdə din məsələsi haqqında (deməliyəm ki) dində məqsəd dindarlıq, möminlikdir. Məqsədimiz din haqqında ziyalısayağı yanlış təsəvvürlər, dini məsələlərlə bağlı yanlış düşüncələr deyil. Təcrübə göstərir ki, o təsəvvürlərin qara köpük qədər dəyəri yoxdur. Mən ömrümü bu şeylərə sərf etmişəm. Uzaqdan danışmıram. Dini dindarlıq kimi nəzərə almaq, İslam qanunlarına uymaq, qəbul etmək, iqrar etmək və təslim olmaqdır. Hədislərdə də belədir. Quranda da belədir. “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır (təslim olmaqdır)”. İslam nə deməkdir? «من أسلم وجهه لله» nə deməkdir? Yəni üzünü (səmtini) Allaha təslim et. Bu, dindir. Din özünü şəriət hökmlərinin icrasında göstərməlidir. Bizim universitetlərimiz belədirmi?

Səbəb budur ki, universitetlərin təməlini qoyanlar nəinki dini kökündən qəbul etmirdilər, hətta bundan da o yana dinin kökünü qazımaq istəyirdilər. Siz də buna şahidsiniz. Belə deyilmi? Bu, universitetin tarixçəsidir. Bu, Avropa mədəniyyətinin ölkəmizdəki tarixçəsidir. O mədəniyyəti gətirənlərin fikrincə, bunlar mənasız sözlər idi. Yəni ziyalılıq belə meydana gəldi. Dinə qarşı, dinlə müxalif, dinin kökünü qazımaqda əzmli. Təbii ki, universitetlər də bu yeni Avropasayağı ziyalılığın meydana gəldiyi, formalaşdığı mühit idi. Buna görə də mühit qeyri-dini mühit oldu. Bu fəza Qərbə bağlı universitetə aid idi. Qərb yetişdirmələrinin qurduqları fəza idi. Amma İslam universiteti necə?

Elm və s. məsələlərlə bağlı dediklərimiz o zaman məna tapar ki, sizin yetişdirdiyiniz alim dindar olsun. Dinsiz alim istəyirsinizsə, çoxdur. Amerikaya, İngiltərəyə, Fransaya gedin. Nə qədər istəsəniz böyük, görkəmli alimlər var (Hansı ki, elm baxımından sizin onlara çatmağınıza hələ çox qalır). Amma dinsiz, dinə zidd, bizim məqsədlərimizə, ideallarımıza ziddilər. Biz, belə alimlərmi yetişdirmək istəyirik? İslam Respublikası dinsiz alimmi yetişdirmək istəyir?

Universitetdə dini mühit yaratmaq üçün “təəssüb” sözündən qorxmayın. Universitetdə kimsə - fərqi yoxdur, sizin təşkilatınız istər tibbi, istərsə də qeyri-tibbi təşkilat olsun – bu sözləri böş verin, qoyun dərslərini oxusunlar desə, bu fikir yanlış fikirdir. Dərslərini dindarcasına oxumalıdırlar. Dindarlıq elə bir şey deyil ki, onun üçün vaxt təyin edək və indi dərs oxuyun, sonra dindarlığa başlayarsınız, - deyək. Dindarlıq bu deyil. Dindarlıq, insanın varlığının, zehninin bir hissəsidir. İnsanla birgə inkişaf edir, çiçəklənir və onun bütün hərəkətlərinə təsir göstərir. Din, yaşama yad deyil. Din, bir kəlmə kəsməkdə, bir işarədə, bir mövqeydə belə iz buraxır. Dinə etiqadlı olan insan bir müddət dinsiz yaşaya bilərmi? Universitet mühiti dini mühit olmalıdır. Bunu təmin etmək lazımdır.

Vilayet.nur-az.com


1366 بازدید