Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2015

Ustad Ənsariyanın inqilab təcrübələrindən

Allah şahiddir ki, bütün bu fəaliyyətlər dövründə başım aşağı olub, bir qadının da üzünü görməmişəm.
Şeyx Hüseyn Ənsariyanın əxlaqi və ictimai fəsadlarla mübarizə mövzusunda xatirəsi

İnqilabdan illərcə öncə 25-26 yaşlı tələbə gənc müəyyən üsullarla əxlaqsızlıq yuvalarına cəlb olunmuş qadınları xilas etmək fikrinə düşdü. Bu tehranlı gəncin adı İsna Əşəri idi. O daha çox bu nöqtə üzərində dayanırdı ki, əxlaqsızlıq mərkəzindəki qadınların çoxu fırıldaqçılar tərəfindən aldadılmış qadınlardır. O dövrdə mən də əxlaqsızlıq və fəsada qarşı ciddi fəaliyyətdə idim. Şəxsi münasibətlərində buna çalışır, fəsada bulaşanları minbərdəki söhbətlərə çəkməklə onları pis yoldan uzaqlaşdırmaq istəyirdim. Cənab İsna Əşəri mənim fəaliyyətlərimdən xəbərdar idi. Əvvəlcə öz baxışlarını mənimlə bölüşdü. Onun əlində əxlaqsızlıq mərkəzləri ilə bağlı ətraflı məlumat vardı. O deyirdi: “Bu mərkəzlərdə sevdiyi oğlan tərəfindən aldadılan qızlar var. Evdən qaçan qızlar da oraya üz tutur. Şərəfsiz adamların toruna düşür, həmin mərkəzlərə satılırlar. Birvaz sonra geriyə yolları qalmır. Fırıldaqçılar onlardan əl çəkmir. Hətta bu qadınlardan zəmanət üçün böyük məbləğdə bank çeki alırlar.”
Cənab İsna Əşəri bu fikrə düşmüşdü ki, bir yol tapıb həmin qadınlara ümid versin, onları inandırsın ki, geriyə qayıtmaq üçün yol var. O çox israrlı idi ki, müəyyən yollarla bu qadınları normal həyata qaytarmaq olar.
Cənab İsna Əşəri, hazırda İslam Şura Məclisində çalışan Mahmud İsfahaniyan və mən əyləşib bir plan hazırladıq. Bir neçə etiqadlı gənc nəzərdə tutduq ki, onlar bu mərkəzlərə gedib qadınları oradan uzaqlaşdırmaq üçün çalışsınlar. Bu plan baş tutdu. Qadınlardan bir hissəsi təklifi qəbul etdi. Biz onların mərkəzə verdiyi bank çekini ödəyib mərkəzdən çıxarırdıq. Onlar üçün xüsusi nəzarətdə olan yer ayırmışdıq, şəri məsələlərlə tanış olurdular. Ruhiyyələri güclənirdi, tövbə edir, normal həyata qayıdış üçün ümidlənirdilər. Yenidən isti ailə ocağına qayıtmaq barədə düşünürdülər. Biz onları ailələri ilə görüşdürüb ailələrinə təhvil verirdik. Nə baş verdiyi barədə danışmırdıq. Ailələrinə dediyimiz söz bu olurdu ki, itmiş qızınız tapılıb, sizə sığınır.
Cənab İsna Əşərinin təlaşları sayəsində bu qadınlardan bir hissəsi ailə qura bildi. Bu qadınlar arasında hörmətli ailələrdən də qızlar var idi. Bəli, biz bu fəsad mərkəzlərini aradan götürə bilmədik. Amma zəhmətlərimiz boşa da çıxmadı, bir çox qadınlar əxlaqsız həyatdan ayrıldı.
İran İslam İnqilabından sonra belə mərkəzlər xalqımız üçün bir ləkə idi. Xalq belə mərkəzlərə hücum edib od vurdu. O zaman cənab Taliqani məsələdən xəbər tutub narahat oldu. Fəaliyyətlərindən xəbərdar olan inqilab məhkəməsinin prokuroru cənab Quddusi məni dəvət etdi. Soruşdu ki, belə mərkəzləri aradan götürmək üçün nə iş görmək olar? Dedim ki, bir qədər pul, bir də münasib sığınacaqlar lazımdır. O mənə 300 min tümənlik bir bank çeki imzaladı. Bu sahədə böyük yardımlar edən cənab Gilani 3 milyon tümən bu iş üçün ayırdı. Sonra mənə qanuni səlahiyyət verildi ki, fəaliyyətə başlayım. İnqilab məhkəməsi prokurorluğunda Əxlaqsızlıqla Mübarizə İdarəsi adı altında bir idarə yaradıldı. Şimiranda qadınları yerləşdirmək üçün xüsusi mərkəz yaradıldı.
Mən inqilabdan əvvəlki dostları bir yerə yığıb iş yerini qaydaya saldım. Əxlaqsızlıq mərkəzlərinin siyahısını çıxardıq. 1120 mərkəz müəyyənləşdirildi. Birmərtəbəli, ikimərtəbəli, 80 kvadrat metrlik mənzillərin əksəriyyəti söküləsi binalar idi. Bu mənzillərin əxlaqsızlıq yuvasına çevrilməsi bizə ixtiyar vermirdi ki, evlər müsadirə edilsin. Buna görə də qəzetdə elan yerləşdirdik ki, belə mərkəzlərin sahibləri rəsmi sənədlə bizim idarəyə müraciət etsin.
Cənab Quddusi belə evlərin hamısının alışı üçün məni vəkil etdi. Ev sahibləri müraciət etdilər, bəzilərinin bir neçə belə evi vardı. Onlarla dostcasına söhbət etdim və razı saldım ki, evlərini satsınlar. Qısa bir müddətdə evlər qiymətləndirildi, ən baha evə 50 min tümən qiymət qoyuldu. Dəmiryolu stansiyası yaxınlığındakı Notariat idarədə evlərin satışı rəsmiləşdirildi, ev sahibləri evin pulunu nağd təhvil aldılar. Onlar peşman görünürdülər, keçmiş əməllərinə görə ağlayanlar da vardı. Bəziləri evi adımıza keçirsə də, pul almadı. Dedilər ki, bu xeyir işdə payımız olmasını istəyirik.
Sonra bütün evlər bizim ixtiyarımıza verildi. Elanlarla bu evlərdəki qadınları dəvət etdik. Bunlar üç qrupdan ibrət idi: Gənclər, orta yaşlılar və yaşlılar. Yaşlıların zəruri ehtiyaclarını təmin etdik. Gənclər və orta yaşlıları hazırlıq mərhələsindən sonra ailələrinə təhvil verdik. Bəzilərinin ailə qurmasına kömək etdik. Bu gün həmin ailələrdə doğulan gənclər tanıyıram ki, məscidə söhbətə qulaq asmağa gəlir.
Beləcə bütün məntəqədə əxlaqsızlıq yuvaları ləğv olundu. Bu binaları dərhal uçurub, torpağı xəstəxanalara və başqa müəssisələrə təhvil verdik. Bəzi evlərin yerində park və əyləncə mərkəzləri yaradıldı.
Bir gün həzrət İmama məktub yazdım. Yazdım ki, çox təhlükəli bir işə başlamışıq, indi 4 minə yaxın qadının ehtiyacını ödəməli, onlara yardım göstərməliyik. İmam cavab verdi ki, əgər ictimai yardım bəs etməsə, beytül-malın imam payından istifadə edə bilərsiniz. İşin davamında cənab Gilani daha 3 milyon tümən bu kömək etdi. Puldan artıq da qaldı. Onu qaytarmaq istəyəndə buyurdular ki, başqa xeyir işlərə xərclənsin.
Tehranda bizim fəaliyyətlərimizin ardınca başqa şəhərlərdə də eyni istiqamətdə iş görüldü, əxlaqsızlıq yuvaları ləğv edildi. Əxlaqsızlıq yuvaları insanları əxlaqi baxımdan məhv etməklə yanaşı, gənclər arasında ağır xəstəliklərin yayılmasına səbəb olmuşdu. O dövrdə 4 min qadına nəzarət etməli, onları normal həyata qaytarmalı idik. Onlar idarəyə gəlir, öz problemlərini danışırdılar. Bacardığımız həddə yardım göstərirdik. Allah şahiddir ki, bütün bu fəaliyyətlər dövründə başım aşağı olub, bir qadının da üzünü görməmişəm. Belə mərkəzlərin sahiblərindən evləri alanda ev sahibləri ilə imkan həddində mehriban davranımışam, ev əşyalarının yığışdırılmasına qədər kömək etmişəm.
Bəzi jurnal və qəzetlər həmin mərkəzlərdən xilas olmuş qadınlardan müsahibə alırdılar. Bir dəfə səhər saat 10-da radiodan həmin qadınlardan biri ilə müsahibə yayımlandı. Jurnalist gənc qızdan soruşurdu ki, əvvəllər harada olmusunuz? Qız deyirdi ki, əvvəl və sonra ilə işim yoxdur, danışmağa sozüm də yoxdur. Ancaq onu deyim ki, bir nəfər gəldi və məni xilas etdi. O mənə həm ata, həm əmi, həm qardaş, həm dayı, həm ana oldu. O, Şeyx Hüseyn Ənsariyandır.
Əxlaqsızlıqla mübarizə idarəsinin digər bir işi gecə barlarının (kabare) yığışdırılması idi. Hələ inqilabdan sonra belə barlar fəaliyyət göstərirdi. Rəqs, eşy-işrət öz yerində idi. Bütün bar sahiblərini toplayıb göstəriş verdik ki, təcili öz peşə yönlərini dəyişsinlər. Onlara yardım göstərdik ki, barın təyinatını dəyişib ictimai faydalı istiqamətə yönəltsinlər.
Bir gün xəbər gəldi ki, Laləzardə bir böyük maşın əxlaqsız film var. Deyilən ünvanın müəyyənləşdirilməsi üçün qrup göndərdik. Filmlər tapıldı, onları bir yerə yığıb od vurduq. Əxlaqsızlıqla mübarizə istiqamətində başqa işlər də görülürdü. Mənim Ayətullah Gilani tərəfindən tam vəkalətim vardı. O mənə çox inanırdı. Bununla belə hər işdən qabaq ona məktubla müraciət edib razılığını alırdım.
Bir müddət sonra Fransa mətbuatında yazılmışdı: “Tehranda Əxlaqsızlıqla mübarizə idarəsi adında bir idarə var. Bu idarə şəhərdən əxlaqsızlıq yuvalarını yığışdırır. Artıq Tehranda nə belə mərkəz qalıb, nə də gecə barları.”
Mənimlə həmkarlıq edənlər vardı. Əvvəllər də bu sahədə çalışmış cənab İsfahaniyan, Şeyx Məhəmməd Gilabçi, cənab Müin Şirazi (hazırda Tehran məscidlərindən birində imam-camaatdır), hacı Hüseyn Ətrinejad, hacı Məhəmməd Rastin (onun şahın heykəlinə atəş açması fotoşəkili müxtəlif kitablarda çap olunub), Nəqəvi qardaşları və başqalarının adını çəkmək olar. Nəqəvi qardaşları mənim təqdimatımla Cənab Rəhbərin dəftərxanasında çalışır.
Hacı Hüseyn Ətrinejad Tehran memarlıq rəssamları cəmiyyətinin rəisi idi. Bundan əlavə 40 ilə yaxın Tehranda minbərə getmiş, xalqa şəri məsələlər öyrətmişdir. Heç vaxt bu işlərinə görə pul almazdı. Onu uşaqlıq dövründən tanıyırdım. Hacı Hüseyn əxlaqsızlıqla mübarizə idarəsində müavin