Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2015

Oruc tutmağın nəticələri

Nəfsani meyllərlə mübarizə bütün yaxşı işlərin, özünütərbiyənin başındadır.
Böyük oruc neməti

Ən böyük şəraitlərdən biri sizin tutduğunuz bu orucdur. Bu, ən böyük ilahi uğurlardan biridir. Uğur nədir? Uğur Allahın bir şeyi insan üçün uyğun görməsidir. Allah orucu vacib etməklə bizim üçün münasib şərait yaratmışdır ki, bu ayda biz özümüzə vaxt ayıraq. Oruc böyük nemətdir. Qarın boşdur. Gün ərzində nəfslə mübarizə müəyyən mənada müxtəlif cəhətlərdən mövcuddur. İstədiyiniz şeyi yemirsiniz. İstədiyiniz şeyi içmirsiniz. Özünüzü əksər nəfs istəklərindən bir neçə saatlığına çəkindirirsiniz. Bu, nəfslə bir mübarizədir. Nəfsani meyllərlə mübarizədir. Nəfsani meyllərlə mübarizə bütün yaxşı işlərin, özünütərbiyənin başındadır.

Orucun fəlsəfəsi
</