Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Günahın aqibəti azğınlıqdır

Ramazan ayı xalisləşmək ayıdır. Əgər düzgün baxsaq, bu ayda xalis olmaq digər aylarda xalis olmaqdan daha asandır
Sizin vücudunuzda dəyərli bir qızıl var. Təəssüflər olsun ki, bir çox hallarda bu qızıl torpaqla, mislə, qiymətsiz əşyalarla qarışır. Sizin vücudunuzdakı, daxilinizdəki çör-çöplə qarışmış bir xəzinədir. İlahi peyğəmbərlərin (ə) bütün səyləri, zəhmətləri buna görə idi ki, biz vücudumuzdakı qızılı, qiymətli ünsürü xalisləşdirək, kürədən çıxaraq. Dünyadakı imtahanlar, çətinliklər bunun üçündür. Allahın insanlara əmr etdiyi çətin göstərişlər bunun üçündür. Allah yolunda cihad bunun üçündür. Allah yolunda şəhadətə çatanın bu qədər dəyərli olmasına səbəb budur ki, böyük mübarizə, cihad ilə, canını fəda etməklə özünü xalisləşdirə bilmişdir. Eynilə qızılın xalisləşməsi, kürədən çıxarılması kimi.
Ramazan ayı xalisləşmək ayıdır. Əgər düzgün baxsaq, bu ayda xalis olmaq digər aylarda xalis olmaqdan daha asandır. Biz, həmin orucla, nəfslə mübarizə aparmaqla özümüzü xalisləşdirə bilərik. Əgər azğınlıqlar ya bizim işlətdiyimiz günahlara, ya da vücudumuzda gizlənmiş pis xüsusiyyətlərə görədir. “Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” ("Rum", 10) Günahın aqibəti azğınlıqdır. Bu vəziyyətdən çıxış yolu insanın ürəyində tövbə nurunun işıq saçmasıdır. Bizə təkrar-təkrar deyirlər ki, əgər günah etsəniz ardınca tövbə edin. Günahı təkrar etməkdən peşman olun. Günah etməməyi qərara alın. Bütün bunları ona görə deyirlər ki, günah bataqlığına düşmək çox təhlükəlidir. Bəzən insan elə bir yerə çatır ki, artıq qayıtmağa yolu olmur.
Azğınlığa səbəb olanlardan biri günah, digəri isə pis xislətlərdir. Pis xislətlər hazırki günahlardan daha çox azğınlığa səbəb olur. Əgər biz hər bi