Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2015

Qədr gecəsi itrət və vilayət gecəsi

Həm Quran gecəsi, həm itrət gecəsidir. Buna görə mübarək "Qədr" surəsi də vilayət surəsidir
“Qədr gecəsi ("Qədr", 3) (savab baxımından) min aydan daha xeyirlidir!” Bir gecə min otuz gündən, min aydan daha mühümdür. Nə üçün bir gecəyə bu qədər fəzilət vermişlər? Çünki Allahın bərəkəti bu ayda çoxdur. Bu ayda mələklərin nazil olması çoxdur. Bu gecə salam gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” ("Qədr", 5) Bu gecənin əvvəlindən sonunadək bütün anları ilahi salamdır. “Rəhimli Rəbdən (onlara) “salam” deyiləcəkdir”. ("Yasin", 58)
Allahın rəhmət və fəziləti bəndələrinə nazil olur. Qədr gecəsi vilayət gecəsidir. Həm Quranın nazil olduğu gecədir, həm mələklərin İmam Zamana (əc.) nazil olduğu gecədir, həm