Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2015

Qədr gecəsi min aydan daha yaxşıdır

İnsan müqəddəratı bu üç gecədə qərara alınır
Ramazan ayının da qədrini bilin, Qədr gecəsinin də qədrini bilin. İyirmi üçüncü gecə çox mühümdür. Əlbəttə, iyirmi üçüncü gecənin Qədr gecəsi ilə nə əlaqəsi olması haqqında bir neçə fikir var. Bəziləri deyirlər ki, bu üç gecədən biri Qədr gecəsidir. İyirmi üçüncü gecə olması ehtimalı daha çoxdur. Sonra iyirmi birinci, sonra isə on doqquzuncu gecə ehtimal olunur. Demək, Qədr gecəsi bu üç gecədən biridir. Şam namazının əvvəlindən sübh azanına qədər Qədr gecəsidir. Onda bütün xüsusiyyətlər var: Mələklərin nazil olması, ilahi salam, duaların qəbul olması, min aydan daha yaxşı olmaq və s.
Bəzilərinin qənaətincə, bu üç gecə birlikdə Qədr gecəsidir. Yəni on doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü gecələr Qədr gecələridir. Amma bu üç gecənin hər birində ilahi lütf bir növ təcəlla edir. Bu üç gecənin hər biri ilahi ziyafət və lütf süfrəsini canlı və ayıq könüllər üçün bir şəkildə açır. On doqquzuncu gecədə hacətlər, ruzi və insanın müqəddəratı yazılır. İyirmi birinci gecədə təkid olunur, iyirmi üçüncü gecədə isə imza olunur. Yəni insan müqəddəratı bu üç gecədə qərara alınır. Siz diqqət və dua ilə öz müqəddəratınız üçün zəmin yarada bilərsiniz.

Qədr gecəsinin qədri

“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” ("Qədr", 3) cümləsindən başa düşmək olur ki, ilahi dəyər baxımından bir gecə min aya bərabərdir. Mübarək ramazan ayı günlərində oxuduğumuz dualarda ("Əl-İqbal əl-amal", səh. 24 ) ramazan ayının dörd xüsusiyyəti qeyd olunur: Biri bu ayın digər aylardan daha fəzilətli, əzəmətli olması, digəri orucun vacibliyi, o biri Quranın nazil olması, nəhayət, Qədr gecəsinin bu aya təsadüf etməsidir. Bu duada Qədr gecəsi ramazan ayına dəyər vermək üçün Qurana bərabər tutulmuşdur. Buna görə də Qədr gecəsini qənimət saymaq lazımdır. Elə bir iş görmək lazımdır ki, ilahi müqəddərat qələmi Qədr gecələrində ölkəmiz üçün, xalqımız üçün mömin və əziz xalqımıza layiq olduğu şəkildə müqəddərat təyin etsin.

Ayətullah Seyid Əli Xamenei


1442 بازدید
در حال ارسال اطلاعات...