Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Bizdən çox bilənlərə şagird olmağa hazırıq!

Böyüklərdən, ata-anadan, ailədən söz eşitmək istəməyən gənclərə ustadın bir sözü, bir işarəsi dərin təsir göstərir
Universitet ustadları ilə görüşdə bəyanat
Hicri qəməri 1436-cı il, mübarək ramazan ayının 17-i İmam Xomeyni (r) Hüseyniyyəsi

Bismillahir-Rəhmanir-Rəhim
Əziz qardaşlar və bacılar, çox xoş gəlmisiniz. Mən qeyd etmişəm ki, bu məclisin, əziz və hörmətli ustadlarla görüşün təşkilində ilk məqsəd onların dəyərli məqamına ehtiram göstərilməsidir. Biz ölkədə ustad və müəllimlərə ehtiramın ənənəyə çevrilməsini istəyirik. Bu İslamda böyük təlim-tərbiyə mövzularındandır. Bu barədə qədim alimlər kitablar yazıb, hədislər nəql edib, Qurandan ayələr yada salınıb. Bəli, ilk növbədə məqsəd ehtiram bildirməkdir. İkinci, üçüncü məqsədlər də - ustad qardaş və bacıların sözlərini eşitmək, həm də nəzərdə tutduğum sözləri onlara çatdırmaq mühümdür.
Bugünkü məclis çox gözəl məclis idi. Təəssüf ki vaxt az oldu, çıxışı nəzərdə tutulan bəzi ustadlardan bəhrələnə bilmədik. Dostların qeyd etdiyi mövzular çox mühüm idi. Bəzi məsələlərlə hökmən məşğul olacağıq. Bu barədə göstəriş verəcəyəm.
Bir neçə nöqtə qeyd etmək istəyirəm. Birincisi budur ki, ustad təkcə müəllim demək deyil. Onun tərbiyəçi mənası da var. Bu məna hamıya aydındır. Bir şəxsdən nəsə öyrəniriksə, bir şəxs bizim üzümüzə hansısa elm qapısı açırsa, təbii şəkildə qəlbimizə və ruhumuza nüfuz edir. Bir növ təlim alanın üzərində təlimin bərəkəti ilə təsir yaranır. Bu böyük və müstəsna fürsətdir. Böyüklərdən, ata-anadan, ailədən söz eşitmək istəməyən gənclərə ustadın bir sözü, bir işarəsi dərin təsir göstərir. Ustad belədir. Təbii şəkildə təhsildə tərbiyə imkanları da var. Bu fürsətdən istifadə etmək lazımdır. Əgər ustad etiqadlı olsa, milli qeyrətə malik olsa, inqilabi şövqlü olsa, çalışqan ruhiyyədə olsa, təbii şəkildə bütün bunlar tələbəyə, təlim alana ötürüləcək. Əksi də qüvvədə qalır. Ustad insaflı, əxlaqlısa, insaflı və əxlaqlı tələbə tərbiyə etmək imkanı yüksək olacaq. Bunun da əksi öz gücündə qalır.
Bu gün məmləkətin ölkənin inkişafı üçün güclü qollara malik gənclərə ehtiyacı var. İmanlı, dini bəsirətli, yüksək təlaşlı, cəsarətli, özünə inanan, “mən bacararam” etiqadlı, gələcəyə ümidli, qarşıdakı üfüqləri aydın və işıqlı görən, gənclərə ehtiyac var. Qane olmaq deyəndə biganələrdən öyənməməyi nəzərdə tutmuruq. Bunu heç vaxt tövsiyə etməmişik və etmirik. Bizdən çox bilənlərə şagird olmağa hazırıq. Qane olmaq ruhiyyəsi budur ki, imperialist qüvvələrin əlində olan dünyada elmin ötürülməsində süi-istifadəyə yol verilməsin. Gənclərdə belə ruhiyyə olmalıdır. Ölkənin mövqeyini, harada olduğumuzu, haraya çatmaq istədiyimizi, yolu necə getməli olduğumuzu aydınlaşdıran bir ruhiyyə. Ustadların bugünkü çıxışlarında doğrudan da aydın nöqtələr var idi. Maneələr, təcavüzlər, zərbələr qarşısında qətiyyətli olmaq, milli istiqlala təcavüzə yol verməmək lazımdır. Biz belə ruhiyyəli gənclərə ehtiyaclıyıq. Belə ruhiyyəni ustadla təhsilə məşğul olan gənclərdə yarada bilərlər. Onlara belə bir ruhiyyə təlqin etməyə imkanları var. Ustad budur. Amma əxlaq dərsi ilə yox, öz yolu ilə. Tövsiyə etmirəm ki, elm tədris edən müəllimlər tələbələrə əxlaq dərsi keçsin. Bu ayrıca bir işdir. Ustadlar, müəllimlər öz rəftarları, öz şəxsiyyətləri, əqidələrinin izharı ilə tələbəyə təsir göstərə bilər. Onlar bu yolla tələbəyə təlqin edib, onun xarakterinə təsir göstərə bilər. Biz dedik ki, ustad və müəllimlər informasiya müharibəsinin komandanlarıdır. Biz bunu nəzərdə tuturduq. Əgər gənc informasiya müharibəsinin zabitisə, ustad komandandır. Komandanlıq bu şəkildə reallaşır.
Hərb meydanı da belədir. Polk, bataliyon, taqım komandiri meydanın ortasında həssas nöqtədə olanda, özü savaşa qatılanda bunun əsgərlərə fövqəladə təsiri olur. Bu təkcə bizə aid deyil, hər yerdə belədir. Napoleon əynindəki libasla əsgərlərlə yanaşı yatırdı. O zaman müharibədə böyük qələbələr qazandı. Əsgərlər təkcə onun sözünə yox, həm də rəftarlarına da itaət edirdi. Bizim gənclər də 8 illik müharibədə belə olub. Ordu komandanları çox vaxt sıravi döyüşçülərdən öndə gedib. Onlar ön xəttə olub, hətta kəşfiiyyata gedib. Ordu komandanı kəşfiyyat əməliyyatında iştirak edib. Dünya orduları bunu mənasız, qeyri-məqbul sayır. Amma bizdə bu hadisə baş verdi. Elə buna görə müqəddəs müdafiədə böyük irəliləyişlər əldə olundu. İnformasiya müharibəsi də belədir. Ustad, müəllim mübarizə meydanının mərkəzində olmalıdır. İnformasiya müharibəsi dediyimiz mübarizə də müqəddəs müdafiə kimidir. Bu gün ölkəmizdə elmi heyət üzvlərinin sayı 70 min nəfər hüdudundadır. Bu bir iftixardır. Xatırlayıram ki, inqilabın əvvəllərində 60-cı illərin birinci yarısında bəlkə də elə ikinci yarasında da elmi heyət 5, 6 min nəfərdən artıq deyildi. Bu say 70 minə çatıb. Bu ölkəmiz, inqilabımız, universitetlərimiz üçün bir iftixardır.
Xoşbəxtlikdən bu böyük, əzəmətli qüvvənin əsas hissəsini mömin, etiqadlı, inqilabi, dini prinsiplərə bağlı insanlar təşkil edir. Bu çox mühümdür. Bu da bir hadisədir. Elmi heyətlərdə mömin və inqilabçı şəxslərin olmasının qədrini bilmək lazımdır. Mən əziz müdirlər, Təhsil Nazirliyinin məsulları, Səhiyyə Nazirliyinə xitabən deyirəm ki, bunun qədrini bilin. Hörmətli nazirlər, hörmətli nazirlik məsulları, mömin, dini dəyərlərə bağlı ustadların qədrini bilin. Onlar öz haqlı sözləri üzərində möhkəm dayanıblar, bizim də xəbərdar olduğumuz güclü təbliğat hücumlarından çəkinmir, geriyə addım atmırlar. Onların qədrini bilin. Əziz müdirlər, mömin müəllimlərin, ustadların universitetdə dəyərini bilin.
Ustadın əhəmiyyəti ilə bağlı ilk nöqtə bu idi. Mən əgər bacarsaydım, 70 min ustadın hər biri ilə görüşərdim. Hökmən bu işi görərdim. Hər biri ilə söhbət edər, hər birini dinləyərdim. Təəssüf ki, bu mümkün deyil, əlçatmaz işdir.
İkinci nöqtə elm məsələsidir. Xoşbəxtlikdən bu gün ölkədə elmi hərəkat yaranıb. Bu ölkədə təsdiqlənmiş bir cərəyandır və ona şübhə yoxdur. Son 10-15 ildə ustadlarımız, alimlərimiz, gənclərimiz bu sahədə çalışıblar. Onun təsirini ölkənin elmi inkişafında müşahidə edirik. Dünya elmi inkişaf baxımından 16-cı yerə qalxmışıq, bu çox mühümdür. Elmi səviyyəmiz keçmişdə çox aşağı idi. İndi 16-cı yerə qalxmışıq, və bu çox dəyərlidir.
Bu mövzuda bir neçə nöqtə əhəmiyyətlidir. Əvvəla, yüksək elmi məqama qalxmağımızın səbəbi fövqəladə sürət olub. Dünya miqyasında statistikaya əsasən ölkəmizdə elmi inkişaf sürəti dünyadakı orta sürətdən 13 qat artıq olub. Bunu dünyanın elmi mərkəzləri elan edib ki, biz də əvvəllər bunu qeyd etmişik. Bu gün həmin sürət bir qədər azalıb. Bəziləri deyir ki elmdə geri qalmışıq, bəziləri bunu inkar edir. Hər iki tərəf rəqəmlər göstərir. Bəli, zahirdə 15 ya 16-cı rütbədən enməmişik. Amma biz yüksəlməli idik. Sürət davam etməli idi. Həmin sürət bu gün azalıb. Nazirliklərin əziz məsulları, qardaşlarımız bu nöqtəyə diqqətli olsunlar. Əvvəlki sürət bu gün yoxdur. Bir iş görün ki, elmi inkişaf sürəti azalmasın. Hərbçilərin təbirincə, bu “hərəkət dövrü” əskilməsin. Bilirik ki, irəli getdikcə təbii olaraq sürət azalacaq. Geri olanda sürəti artırmaq imkanları böyük olur. İrəli getdikcə imkanlar azalır. Bunu bilirik. Amma zəruri və mütənasib sürət azalmamalıdır.
İkinci nöqtə budur ki, ölkənin elmi mühitini qeyri-zəruri məsələlərdən kənarda saxlayaq. Bunu səhv anlamayaq. Mən demirəm ki, universitetlərdə siyasət olmasın. Bəziləri xatırlayar ki, uzun illər qabaq elə ramazanla bağlı məclislərdə ustadların hüzurunda universitetdə siyasəti tələbələr arasından çıxarmaq istəyənlər barədə sərt danışmışdım. O zaman çoxları gileyləndi. Mən bu əqidədəyəm ki, universitet fəzası siyasi düşüncə, siyasi təhlil, siyasi bilik, siyasi ayıqlıq fəzasıdır. Mən buna qarşı deyiləm. Sözüm budur ki, siyasətbazlıq, lazım olmayan məsələlərin ortaya atılması olmasın. Zəruri olmayan məsələlər universiteti əsl işindən, elmi inkişafdan saxlayır.
Son illərdə baş vermiş bir səhv də var. Araşdırdıqda aydın oldu ki, məsələ heç də təqdim olunan şəkildə deyil. Bu bursiyyə məsələsi idi. Məsələ qəzetlərdə yazıldığı kimi yox, bir qədər adi idi. Bəziləri qanunun ziddinə olaraq imtiyaz əldə etmişdi. Bunun qanuni yolu var. Həmin imtiyazı ləğv edin. Səs-küy qaldırdılar, qalmaqal yaratdılar. Belə qalmaqallar, gənginliklər elmi mühit üçün zəhərdir. Problemləri sakitliklə aradan qaldırmaq lazımdır. Bu iş qanuna zidd idi, əxlaqa zidd idi, müdiriyyətə zidd idi. Amma bunu şişirdib gərginlik yaratdılar. O zaman daim əxlaqdan danışırdılar. Şairin təbirincə, tövbəyə çağıranlar nə üçün özləri tövbə etmirlər! Bu əxlaqi iş idi?! İmkan verməyin ki, elmi müdir haşiyə məsələlərin əsiri olsun.
Digər bir məsələ humanitar elmlər məsələsidir. Biz humanitar elmlərdə geriyik. Dostlar humanitar elmlər barədə söhbət etdilər. Humanitar elmlərin əhəmiyyətindən danışdılar. Onların göstərdiyi statistikalar mənim üçün maraqlı idi. Bildirdilər ki, humanitar elmlərin geriliyi sənayedə də özünü göstərir. Sənaye inkişafında 40-50 faiz texnologiyanın payına düşür, 50-60 faiz müdiriyyət, həmkarlıq kimi humanitar elmlərin payıdır. Doğru deyirlər. Bu çox mühümdür. Humanitar elmlərlə bağlı qardaşlar gözəl sözlər dedilər. Bu bizim də ürək sözümüzdür. Əlbəttə ki, bu barədə danışırıq da. Biz də bəzən bu barədə danışmışıq. Humanitar elmlər çox mühümdür. Bu sahədə dəyişikliklər zəruridir. Ehtiyac var ki, daxildən hərəkət, kənardan himayə olsun. Şükür ki, daxildən hərəkət var. Həm Mədəniyyət İnqilabi Ali Şurasında, həm universitetlərdə hərəkət var, dostlar bu barədə danışdı. Aydın olur ki, daxili bir hərəkat var. Alimlər, mütəfəkkirlər buna çalışır. Kənardan da himayə olmalıdır. Himayələrdən biri universitet və nazirliyin İslahat Şurasının qətnamələrinə tabe olmasıdır. İslahat qətnamələrindən biri barədə bu gün danışıldı. Deyilən sözlərin icrası lazımdır. Kitablar, layihələr nazirlik və İnqilab Mədəniyyəti Ali Şurasının dalanlarında ilişib qalmamalıdır. Bu söz düz sözdür. Nazirlik buna diqqət yetirsin. Cənab Doktor Fərhadi də buradadır. Mən bu məsələni nəzarətə götürəcəyəm. Bu çox böyük işdir. Bu gün ölkədə elmin cilovu bizim yaxşı qardaşlarımızın əlindədir. Onlar sözün həqiqi mənasında buna ürək yandırmalıdır.
Başqa bir nöqtə budur ki, araşdırma üçün büdcəyə diqqət yetirilsin. Araşdırma üçün büdcə mühüm məsələdir. Mən neçə illərdir ki müxtəlif məclislərdə, xüsusi görüşlərdə, icra aparatının məsulları ilə görüşdə bu mövzuda danışıram. Mənə verilən məlumatdan aydın olur ki, dediyimiz sözləri nəsihət kimi başa düşürlər. Necə ki bir nəfər minbərdən tövsiyə verir. Sözümüzə belə baxırlar. Amma belə deyil. Çalışmaq lazımdır. Hazırda ümumi büdcənin 4 faizi araşdırma işləri üçün nəzərdə tutulub. 1,5, 2 faiz də əlavə nəzərdə tutulur, bu barədə iş görülməlidir. Hazırda araşdırma büdcəsi yüzdə neçə faizdir. Bir məsələ də büdcədən düzgün istifadə, düzgün proqramlaşdırmadır. Bu büdcəni lazımi şəkildə istifadə etmək lazımdır.
Növbəti məsələ ümumi elmi plandır. Ümumi elmi plan dostların təlaşları, zəhmətləri sayəsində tamamlandı. Nəhayət, kamil bir sənəd hazırlandı. Bu ölkə üçün çox mühümdür. Sənət hazırlanandan sonra ölkədə tanınmış mütəxəssislər mənə verilən məlumata əsasən onu təsdiqləyiblər. Yəni bu sənədə münasibətdə İnqilabi Mədəniyyət Ali Şurasında ciddi bir irad bildirilməyib. Sənəd təsdiq olunub. Amma onu həyata keçirmək lazımdır. Təəssüf ki nəinki tələbələr, hətta universitet məsullarının ölkənin ümumi elmi planı ilə düzgün tanışlığı yoxdur. Burada dedilər ki, bizim haqqında danışdığımız müqavimət iqtisadiyyatından xəbərsiz adamlar var. Bu bizim işimizdəki zəiflikdir. Əgər bir iş görmək istəyiriksə əvvəlcə onu məqbul bir vəziyyətə gətirməliyik. Bu məsələ elmi bir hərəkat şəkli almalıdır. Elmi inkişaf hərəkata çevrilməli, ciddi şəkildə icra olunmalıdır.
Digər mühüm nöqtə budur ki, dostlardan biri mövzunun prioritet olmasını istədi. Belə başa düşüldü ki, ümumiyyətlə prioritet yoxumuzdur. Bu çox düzgün və qətiyyətli sözdür. Dedilər ki, biz konkret bir neçə sahə üzrə inkişaf nəzərdə tutaq. Bu sahəyə sərmayə qoyulsun, insan potensialından istifadə edilsin. Bu çox düzgün sözdür. Mən bir zaman idman haqqında bu sözü demişdim. Demişdim ki, biz bir neçə idman növü üzrə dünyada birinci ya ikinci ola bilərik. Yaxşı olar ki, bu sahələrə diqqət yetirək. Amma bəzi idman növlərində birinci ya ikinci olmağa ümidimiz yoxdur. Mən dünya çempionatını nəzərdə tuturam. Bu işi gördük. Bu sahədə müəyyən addımlar atdıq və səmərəsini gördük. Bu biri sahə də eyni cürdür. Baxın görək hansı elm sahəsi hansı universitet, hansı məntəqədə prioritetlərə malikdir. Ölkədə elmi hərəkat bu mənadadır. Hansı universitetdə hansı ixtisasa diqqət yetirməliyik? Hansı ixtisasa sərmayə qoymalı, onu mütaliə etməliyik? Bu da sənəddə nəzərdə tutulası, həyata keçiriləsi məsələdir.
Sözümün sonunda deyəcəyim məsələ budur ki, əziz qardaşlar, əziz bacılar, məşğul olduqları işin dəyərini bilsinlər. Bundan dəyərli, bundan möhtərəm iş tapmaq olmaz. Sizin üzərinizə böyük bir iş düşüb. Böyük bir işdə çalışırsınız. Təhsil Nazirliyində faəliyyətlər günbəgün artırılmalıdır. Əgər bu işləri görmək istəyiriksə, belə etməliyik.
Mənim nəzərdə tutduğum məsələlərdən biri də təkmilləşmə təhsili dövründə tələbələrin sayının artırılmasıdır. Xoşbəxtlikdən son illərdə bu sahədə diqqətəlayiq yüksəliş olub. Bu çox fövqəladə məziyyətdir. Amma lazımdır ki, bu hadisənin nəticəsi ilə bağlı iş görək. Təkmilləşmə təhsili dövründə tələbələr araşdırma aparmaq nəsə yazmaq istəyir. Bundan ötrü bir nizama ehtiyac var. Məsələyə kompleks baxış olmalıdır. Ümumi istiqamətləndirmə aparılmalıdır ki, ölkə bundan faydalansın. Əgər bunu etməsək mənbələri puça çıxarmışıq. Həm ustad, həm tələbə, həm sərmayə, həm müdiriyyət, həm müxtəlif imkanlardan səmərəli faydalanmamışıq. Bu ümumi baxış, ümumi proqramlaşdırma, Təhsil Nazirliyi, əsas işə nizam verilməsi həyata keçməlidir, inşallah məmləkətin problemləri beləcə həllini tapmalıdır.
Siz ustadların gördüyü iş mühümdür. Ölkədə elm sahəsinə rəhbərlik edən qurumlar adətən nazirliklər, prezidentin elm və təhsil üzrə məsullarıdır. Bu mühüm işdir. Buna əhəmiyyət versinlər. Real bir dəyərləndirmə aparılsın. Bilək ki, hansı mühüm işləri görürük.
Bəzi dostlar öz çıxışında işarə etdi ki, bu xalqın düşmənləri onu layiq olduğu məqama çatmağa qoymurlar. Hiss edirlər ki, ölkədə belə bir hərəkat başlayıb. Sanksiyalar buna görədir. Mən də bu fikirdəyəm ki, sanksiyaların məqsədi təkcə nüvə proqramı deyil. Onlar nə insan haqlarını, nə də terrorizmi nəzərdə tutur. Soruşdular ki, filankəs nə üçün Əliəsğərin rövzəsinə ağlamır? Cavab verdilər ki o özü yüzlərlə Əliəsğərin başını kəsib. O, Əliəsğərə necə ağlasın?! Bunlar özləri terrorçüdür, insan haqlarının düşmənidirlər. İnsan haqlarına görə bir ölkəyə təzyiq göstərəcəklər?! Yox, məsələ bu deyil. Məsələ bundan üstün, geniş bir məsələdir. Bir millət, bir hərəkat, bir şəxsiyyət formalaşır. Dünya imperializmi, super güclərin mövqelərinə tam əks mövqedə bir qüvvə formalaşmaqdadır. İstəmirlər bu hadisə baş versin. Biz belə bir mövqedəyik. Hərəkət etməli, çalışmalıyıq. Sanksiyalar təbii ki problem yaradır. Amma sanksiyalar inkişafa mane ola bilməz. İmkanlardan faydalanmaq lazımdır. Siz ustadların bu sahədə rolu var. Elm və Təhsil Nazirliyi, müxtəlif nazirliklər mühüm rol oynayır. Bu rola əhəmiyyət verilsin. Bu məqsəd izlənilsin. Allah-Taaladan kömək istəyək. İn tənsurullahə yənsurukum və yüsəbbit əqdaməkum ... Dostlar bu ayəni oxudular. Bu vəd Allahın dəyişməz vədidir.
Pərvərdigara! Bu günlər, bu gecələr, Əmirəlmömininin (ə) pak qanı bərəkəti xatirinə, uzun illər boyu bu ölkədə haqq yolda tökülən qanlar xatirinə şəhidlərin bu ölkədə böyük işləri, bu mücahidələr, bu müqəddəsliklər xatirinə, millətimizi günbəgün başıuca et, həqiqi xoşbəxtliyə yaxınlaşdır.
Pərvər