Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Ramazan ayının nailiyyəti

Allah-Taala insanı elə yaratmışdır ki, onun tərbiyə olunmağa ehtiyacı var
Orucda məqsəd ilahi təqvadır. Bu (təqva), ramazan ayının ən böyük nailiyyətidir. Ümidvaram ki, mən və siz bu ayın bərəkəti ilə öz davranışımıza, danışığımıza, hisslərimizə, düşüncələrimizə ilahi təqvanı, o böyük ehtiyatı hakim edək və özümüzü insani kamilliyə bir addım da yaxınlaşdıraq. Oruc haqqında qısa bir söhbət də var. Hansı ki, bu mübarək ayda ümdə vəzifədir.
Allah-Taala insanı elə yaratmışdır ki, onun tərbiyə olunmağa ehtiyacı var. Onu həm xaricdən, həm də daxildən tərbiyə etmək lazımdır. O özü özünü tərbiyə etməlidir. Mənəvi məsələlərdə bu tərbiyənin biri fikrin, zəka qüvvəsinin tərbiyəsidir. Bu tərbiyənin yeri təlimdir. Dinləri nəfsin, ruhun tərbiyəsi, qəzəb və şəhvət qüvvələrinin tərbiyəsidir. Bu t