Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Qərbin liberalizmdə məqsədi

Amerika konqresi, yaxud İngiltərənin parlamenti məhrəmlə evlənmək barədə qanun qəbul edirsə, bu baxışla kişilik qeyrəti əbəsdir
Qərb demokratiyası liberalizmə söykənir; onun fəlsəfəsi və kökü liberalizmdir. Deyirlər insan azadlığı diktaturanın yox, respublikanın bərqərar olunmasını tələb edir. Liberalizm anlamında olan bu azadlıq mütləq azadlıqdır. Yəni əgər xalq qərara gəlsə, yüz faiz zərərlərinə olan bir şeyi qəbul edə bilərlər. Məsələn, homoseksualizmi parlamentdə qəbul edən İngiltərə xalqı heroini, yaxud məhrəmlə evlənməyin azad olmasını qərara alır. Burada qulaq asmamağa məntiqləri yoxdur, gərək qəbul etsinlər. Həmcinsbazlıqla məhrəmlə nikah arasında nə fərq var?! Burada bunun üçün məntiq yoxdur. Əgər bu gün Amerika konqresi, yaxud İngiltərənin parlamenti məhrəmlə evlənmək barədə qanun qəbul edirsə, bu baxışla kişilik qeyrəti əbəsdir. Buna əsasən, bu azadlığın çərçivəsinə heç bir məntiq hakim deyil. Əgər belə yerlərdə azadlığın əxlaqa zidd olduğunu desələr, deyərik ki, hansı əxlaqa? Əxlaq yoxdur ki. Azaddırlar, çünki liberalizmin məntiqi azadlıqdır və heç bir sərhəd onu məhdud edə bilməz. Azadlıq yalnız ümumi azadlığın ziddinə, onun təməllərinə qarşı olduqda məhdudlaşdırılır. Onların qırmızı xətti yalnız budur. Qərb demokratiyası liberalizm məntiqinə və fəlsəfəsinə arxalanmaqla, əslində öz məzmunsuzluğunu isbatlayır. Bu zaman bir cəmiyyətdə bütün əxlaqi dəyərlər məhv ola bilər. Düzdür, bu gün məntiqə inananlar bu deyilənləri etiraf etmək istəmirlər, amma onun zəruri nəticəsi budur.
Qərb ikinci əsasın, yəni xalqın iradəsinin, liberalizmə və insanların azadlığına söykənən demokratiyanın bayrağını ucaltdı. Amma tez başa düşdü ki, bu sözün zahiri və şüar forması yaxşıdır, lakin əməl olunası deyil.
Onların birinci məğlubiyyəti demokratiya və Qərb azadlığı şüarındadır. Dünyada geniş yayılan liberal-demokratiya bununla da məğlubiyyətə uğradı. Onlar göstərdilər ki, liberal-demokratiya bir xalqı, sözün əsl mənasında insan azadlığı məqamına çatdırmağa qadir deyil. Bu təfəkkür, maddi maraqları tələb etdikdə insanların azadlığını, canını və seçim haqqını asanlıqla tapdaya bilər.
Terrorla mübarizə adı altında dünyaya od vurmaq istəyirlər. Terrorun ən çirkin və ən faciəli növü bu gün müqəddəs Fələstin torpaqlarında reallaşır. Onlar nəinki üz turşutmurlar, hətta buna həvəsləndirirlər də. Onu müdafiə edib, lazım bilirlər. Bunlar təqlid etməli hökumətlərdirmi?!
Bunlar demokratiya, liberalizm, insan haqları və azadlıq adı altında cərəyan edən məsələlərdir. Biz onların yolunu getməklə, bu məsələləri əxz etməklə nə etmək istəyirik? Onların özü kimi zülm edək, sonra ədalətdən danışaq? Bu, ikiüzlülükdən başqa bir şey deyil.
Qərb liberalizm dedikdə bir şeyi nəzərdə tutur. O, mütləq azadlıq istəyir, yəni istədiyi hər işi görsün. Küçə və bazardakı camaat əqidə azadlığını, geyim azadlığını, ehtirasların təmin edilməsi azadlığını və sair məsələləri başa düşürsə, onun ümumiyyətlə bunlarla işi yoxdur. Bunlara baxanda da alət gözü ilə baxır. O, özünün qeyri-məhdud azadlığını istəyir ki, dünyada istədiyini etsin, istədiyi yeri işğal etsin. Məsələn, bir kapitalist müəyyən səbəbdən, qəfildən bir həftə ərzində bir çox ölkələri bədbəxt etsin. Bir neçə il öncə Malayziya, İndoneziya və digər ölkələrdə baş verən hadisəni nəzərdə tuturam. Əlbəttə, o kapitalistin də özünə görə dəlilləri vardı, onlara arxalanaraq bir neçə ölkəni iqtisadi inkişafdan ayırıb yoxsulluğa sövq elədi. Bu liberalizmdir.
Bunların izlədiyi azadlığın axırı budur; elə zəif təzahürü də budur. İdeologiya bununla mübarizə aparır; sözsüz ki, onların xidmətində duran ideologiya yox!

Ayətullah Seyid Əli Xamenei


1256 بازدید
در حال ارسال اطلاعات...