Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Tarixə baxış: Ayətullah Xameneini kim terror etdi?

Şəmsi 1360-cı il (1991) tir ayında Ayətullah Xameninin uğursuz terroru ilə bağlı sənədlərə baxış
Tir ayının 7-də Ayətullah Xameneinin terror hadisəsi gündəmdə idi. Tehranın Sərçeşmə xiyabanında Cümhuriyyət Partiyasının binasında partlayış baş vermişdi, şəhid Behişti ilə birlikdə 72 nəfər partiya üzvü şəhadətə çatmışdı. Bir gün sonra Evin həbsxanasının rəisi Məhəmməd Kəçuyi münafiqlərdən olan bir məhbus tərəfindən şəhadətə çatdı. Münafiqlər 30 xordaddan başlayaraq İslam Cümhuriyyətinə qarşı silahlı fəaliyyətə start verdilər. Bir az sonra terror məqsədi ilə xüsusi qrup işə saldılar. Bu terrorların bəzisi uğursuz olurdu. 6 tirdə Ayətullah Xameneinin terroru, həmin günlərdə Cümhuriyyət Partiyası qərargahının partladılmasından sonra Fürqan qruplaşması bir cüzvə çap edib terror hadisələrini öz üzərinə götürdü. Hadisələrlə bağlı müxtəlif təhlillər vardı. Bəziləri Münafiqlər təşkilatını, bəziləri Fürqançıları terrorda ittiham edirdi. Əslində Ayətullah Xameneini kim terror etmişdi? “Khamenei.ir” saytı Cənab Rəhbərin terror hadisəsinin 34-cü ildönümü münasibəti ilə terrorla bağlı araşdırmaları təqdim edir.
Şəmsi 1359-cu ildə Yəzddə çıxışdan: Əgər ömür olsaydı, Fürqan kimi qruplar imkan versəydi, inşaallah, gələcəkdə partiya işi ilə məşğul olardıq. Partiya cana gələr, təbliğatı başlayar, lazım olan broşür və kitablar, təbliğat vasitələri çap olunar. İnşaallah bu işlər həyata keçər...
Bu sözləri Cənab Rəhbər 1359-cu ildə Yəzddə Bafiqdə danışıb. Bəlkə də həmin günlər bu çıxışa çox diqqət yetirilməyib. O zaman Fürqan qrupunun əsas üzvləri bir neçə ay idi həbs edilmişdilər. Amma fürqançılar ruhaniyyətə qarşı çox kinli idilər. Bu adamların həbsi və edamı ilə fitnə yatırıldı.
Fürqan qrupunun Əkbər Qudərzi adlı gənc rəhbəri vardı. Qrup 56, 57-ci illərdə yaradılmışdı. Qudərzi Quran təfsiri dərsləri keçir, dini mətnlərdən özünəməxsus çıxarışlar edirdi. Materialist, marksist təfsirlər müxtəlif qruplar tərəfindən irəli sürülürdü. Bu azğın fikirlərə qarşı Şəhid Mütəhhəri kimi insanlar dayanmışdı. Bu cərəyan o qədər güclənmişdi ki, gənc Qudərzi Qurana 20 cüzv təfsir, Səhifeyi-Səccadiyə və Nəhcül-Bəlağəyə şərh yazmışdı. Şəhid Mütəhhəri 56, 57-ci illərdə bu materialist təfsirləri cavablandırırdı. “Materializmə yönəlmənin səbəbləri” kitabının 8-ci nəşri həmin mövzuda müqəddimə ilə başlayırdı. Şəhid Mütəhhəri İslam adı altında yazılmış materialist təfsirləri tənqid edir, onları münafiq materializm adlandırırdı. Şəhid Mütəhhəri yazırdı: “Son iki ildə yazılan təfsirlərə nəzər saldıqda şübhəyə yer qalmır ki, böyük bir fitnəkarlıqla üzbəüzük. Bu fitnəkarlıqlar din düşmənləri tərəfindən dini vurmaq üçün həyata keçirilir. Buna şübhəm yoxdur. Tərəddüddəyəm ki, bu cüzvələri yazanlar qəflətdədir, yoxsa nə iş gördüklərini anlamırlar? Bəlkə də, 700 milyon müsəlmanın müqəddəs kitaba bağlılığını görüb bilərəkdən belə materialist təfsirlər irəli sürürlər. Mən bu yazılarda böyük naşılıq və savadsızlıq görürəm. Bu barədə bəzi nöqtələrə toxunmazdan öncə onu aldadılmış materializm adlandıra bilərik. Əgər bu xəbərdarlıqlardan sonra öz azğınlıqlarını davam etdirsələr bu materializmi münafiq materializm adlandırmağa məcbur olacağıq...
Fürqan qruplaşmasının azğın düşüncəsini gücləndirən amillərdən biri bütün müsbət cəhətlərinə baxmayaraq Şəriətidən təsirlənmələri idi. Şəriətinin ruhaniyyətsiz İslam, ələvi və səfəvi şiəliyi mövzusunda söhbətləri, ruhaniyyəti hədəfə alaraq axundizm başlığı altında çıxışları bu qəbildəndir. Beləcə, İslam Cümhuriyyəti qurulduqdan sonra ölkənin parçalanma təhlükəsi var ikən Fürqan qruplaşması axundizm şüarları altında əlinə silah aldı.
Fürqan qrupu terror fəaliyyətlərinə 1358-ci il ordibehişt ayında Müştərək Ordu Qərargahının rəisi Qərənini şəhadətə çatdırmaqla başladı. 11 ordibehiştdə Mütəhhəri, 3 xordadda Rəfsəncani, 16 tirdə Hacı Turxani, 24 tirdə Ayətullah Seyid Rəzi Şirazi, 4 şəhrivərdə şəhid İraqi və onun oğlu Hisam, 10 abanda şəhid Qazi Təbatəbai (Təbrizin imam-cüməsi), 27 azərdə şəhid Müfətteh Fürqan tərəfindən terror əməliyyatına məruz qaldı. Fürqan əməliyyatlarla paralel olaraq öz məqsədlərini açıqlayan broşürlər yayırdılar. Bu nəşriyyələrdə terror hadisələrini öz üzərlərinə götürürdülər. Hadisələrin müxtəlif səbəbləri olurdu. Siyasi şəxsiyyətlərin terroru Fürqanın ideoloji məqsədlərindən idi. Bəzən də Qudərzi şəxsi düşmənçilik münasibətləri əsasında bu işi görürdü. Quba məscidinin tanınmış şəxsiyyətlərindən olan Hacı Turxani, eləcə də şəhid Müfəttih məhz bu zəmində terror edilmişdi.
Elə ordubehişt ayında İmam Xomeyninin (r) göstərişi ilə bu qrupun həbsinə qərar verildi. Keçirilən əməliyyatlarda 10 gizli ünvan aşkarlandı. 1358-ci il, 18 deydə Əkbər Qudərzi də daxil olmaqla Fürqanın əsas üzvləri həbs edildi. Fürqan üzvlərinin əksəri aldadılmış gənclər idi. İstintaq qrupu səmimi söhbət fəzasında Qudərzi və başqaları ilə söhbət edib onları azğın fikirlərdən çəkindirmək istəyirdilər. Bu söhbətlər saatlarla uzanırdı. Söhbətlər nəticəsiz qalmadı, Fürqançıların bir qrupu səhvini başa düşüb tövbə etdi.
Düşüncəsindən daşınmayan Əkbər Qudərzi bir qrup Fürqançı ilə 1359-cu il, 3 xordadda edam edildi. Cinayətdə iştirak edənlər həbsə məhkum olundu. Bir qrup Fürqançı tövbə edib doğru yola qayıtdı, bəziləri sonradan cəbhədə şəhadətə çatdı. Qudərzinin edamından sonra Fürqan öz nəşriyyələrinin 25 sayında Qudərzidən yazdı. Onun fotolarının aşağısında yazılırdı: “Məzlum şiə mücahid, şiə ideologiyasının 6-cı şəhidi Əkbər Qudərzi...”
Fürqançılar şəhidi-əvvəl, şəhidi-sani, şəhidi-salis, Məcid Şərif Vaqifi, Şəriətidən sonra Qudərzini 6-cı şəhid adlandırırdılar.
Məhəmməd Müttəhidi Fürqanın hərbi qolunun məsulu idi. O 57-ci il ordibehişt ayında həbs edildi. Əsas Fürqan üzvləri həbs olunana qədər bu şəxs günahsız olduğunu bildirdi və azad edildi. O növbəti dəfə aban ayında həbs edildi. Bu dəfə özünü Mehdi Seyfi kimi təqdim etdi. Bir ay həbsdə qalandan sonra həbsxanada pəncərənin barmaqlığını kəsib qaçmışdı.
Əksər terror hadisələri Əkbər Qudərzi və Məhəmməd Müttəhidinin göstərişi ilə həyata keçmişdi. Müttəhidi özünü şəhid İraqi, Təqi Hacı Turxani və şəhid Qazi Təbatəbainin terrorunda iştirakçı sayırdı. Onun əsas işi gəncləri yolundan çıxarmaq, Fürqana qoşmaq idi. 1358-ci il aban ayında şəhid Qazi Təbatəbainin terroru Məsud Təqizadə tərəfindən həyata keçmişdi.
Qudərzinin və bir sıra Fürqan üzvlərinin edamından sonra Müttəhidi Fürqan yolçuları adı altında təşkilat yaratdı. Bu təşkilat Fürqanın Təbriz bölməsindən ibarət idi. Onlar Fürqan üzvlərinin edamının intiqamını almaq üçün Tehrana gəlirlər. Ayətullah Rəbbani Şirazi, Ayətullah Musəvi Ərdəbili, höccətül-islam Əbdül-Məcid Məadixah, Ayətullah Xameneinin terroru planlaşdırılır. Bu hadisələr daha çox intiqam məqsədi ilə həyata keçirilir.
1360-cı il fərvərdin ayının 8-də Şirazda Ayətullah Rəbbani Şiraziyə atəş açılır, amma alim sağ qalır. İmam Xomeyni (r) Şiraziyə qarşı terrorla bağlı yazır: “Sizə qarşı terror hadisəsindən xəbər tutdum. Bu hadisə məsuliyyətli ruhanilərə qarşı azğın proqramlardandır. Məqsədləri fəal və məsuliyyətli şəxsləri səhnədən çıxarmaqdır. Unudublar ki, agah ruhanilər tarix boyu siyasi səhnədə öndə olub. Ayrı-ayrı şəxslərin terroru ruhaniləri ümidsizləşdirib, İslam düşmənlərinə yol aça bilməz.”
Fürqan yolçuları Ayətullah Rəbbani Şiraziyə qarşı uğursuz əməliyyatdan sonra Ayətullah Musəvi Ərdəbili və höccətül-islam Məadixaha qarşı uğursuz əməliyyat keçirdilər. Onların nəzərdə tutulmuş yerdə quraşdırdığı partlayıcı işə düşmədi, ya da vaxtında partlamadı. Fürqançılar radio qurğularında bomba yerləşdirmək üsuluna keçdilər. Bu üsul ilk dəfə Məhəmməd Müttəhidi tərəfindən həyata keçirildi. Məsud Nəqizadə bu barədə deyir: “Məadixah və Musəvi Ərdəbiləyə qarşı əməliyyatlar uğursuzluğa düçar olandan sonra bu üsula əl atıldı. Mənə verilən layihə əsasında 9 mm divarı olan və üzərində dəliklər açılmış kub şəkilli qutular düzəlirdi. Hətta bu qutunu hazırlayan usta şübhələnmişdi, demişdi ki, bunu silah kimi nəzərdə tuturlar. Bu kub şəkilli qutunun dəliklərində üzərində mıxlar olan laylar yerləşdirilirdi və bu laylar qutudakı fişəngləri partlatmaq üçün zamin rolunu oynayırdı. Biz Rza ilə birlikdə Sulqan yolunda bu qurğunu bir neçə dəfə sınaqdan çıxarsaq da, o işə düşmədi. Birinci dəfə maşınla getdik, Hüseyn də bizimlə idi, qurğu işə düşmədi. Sonra Mehdi dedi ki, qurğunun zamini işə salınmayıb. Biz Rza ilə növbəti dəfə getdik, yenə də qurğu işə düşmədi. Nəhayət Mehdi qurğunun layihəsini dəyişdi. Yeni layihə əsasında qurulmuş partlayıcıdan Ayətullah Xameneiyə qarşı istifadə edildi. Bunu sınaqdan keçirmişdik, yaxşı işləyirdi. Məndən əlavə Mehdi özü də bu qurğunu yoxlamışdı. Dörd dəlik əvəzinə bir dəlik qoyulmuşdu, bir santimetrlik dəliklər kiçik bir dəliyə gedib çıxırdı, elektron partlayıcının məftili oradan xaric olurdu. Həmin yerə bir qədər barıt və seçmə tökülürdü. Sonradan plastiklə və yapışqanla örtülürdü.
İnqilabın qələbəsindən sonra müxtəlif qruplar, hətta marksistlər inqilabdan pay istədi. Xalq Mücahidləri silaha əl atdılar. Onlar öz terror əməliyyatları ilə qürrələnirdilər. Onlar Bəni Sədr vasitəsi ilə yeni qurulmuş respublikaya zərbə vurmağı planlaşdırırdılar. Münafiqlər və Bəni Sədr 22 bəhmən və 14 isfənd mitinqlərində hizbullaha özlərini göstərdilər. Onların cümhuriyyətə qarşı hərəkətləri hər gün güclənirdi. Tehran küçələrində çoxsaylı aksiyalar keçirirdilər. Bəni Sədrin İmam Xomeyni (r) tərəfindən işdən uzaqlaşdırılması müxaliflərə yaşıl işıq oldu. 27 xordadda məclis Bəni Sədrə etimadsızlıq göstərdi. Beləcə Münafiqlərin Bəni Sədr vasitəsi ilə həyata keçirmək istədiyi alternativ layihə uğursuzluğa düçar oldu. Münafiqlər bəyanat yaydılar, respublikaya qarşı silahlı mübarizəyə çağırış etdilər. Rəcəvinin qələmi ilə yazılmış bəyanatda hakimiyyətə qarşı mübarizəyə çağırış yer almışdı.
Həmin günlərdə ən fəal siyasi simalardan biri Ayətullah Xamenei idi. Ayətullah Xamenei xordad ayının 29-da cümə namazı xütbələrində İmamın (r) bəyanatına işarə ilə Bəni-Sədr və münafiqləri ifşa etdi. Rəhbər buyurdu: “Qardaşlar! Bizim tərəf müqabilimiz şəxsən Bəni Sədr deyil. Biz bir cərəyanla üzbəüzük. Həmin cərəyan bu gün bir sima ilə çıxış edir. Əvvəllər başqa simada olub. Sonralar daha fərqli simada zahir olması mümkündür. Diqqətli olun. Nifaq cərəyanı, gizli küfrü, pərdəarxasındakı qüvvəni tanıyın. Bu cərəyan bugünün söhbəti deyil. İnqilab tarixi boyu bu cərəyan olub. Ey gənc nəsil, ey gənclər, ey sabahın məsulları, bilin ki, bu inqilab hamıdan çox Münafiqlərdən zərbə alır. Diqqətli olun, inqilabın əsil xətti nə şərq, nə də qərb meyllidir. Bu xətt İslam fiqhinə bağlıdır. Əsas xalqın səhnədə olmasıdır. Əsas xalqla doğru və səmimi olmaqdır. Bəziləri xalqa üz tutur, amma bu yalandır. Xalqa yalan deyirlər. Sözdə İslam tərəfdarı olduqlarını bildirirlər, əməldə İslamın kökünə balta çalırlar. Dildə şərq və qərbə qarşı danışır, əməldə xarici siyasət avazı çalırlar...” (1360-cı il, Tehranın cümə namazı xütbələrindən)
30 xordadda parlamentin yığıncağı olur, Xalq Mücahidləri Tehranı savaş meydanına çevirirlər. Nəticədə 25 nəfər şəhadətə çatır. Ayətullah Xamenei Ali Müdafiə Şurasında İmamın (r) nümayəndəsi, məclis nümayəndəsi, Tehranın imam cüməsi, fəal ruhanilərdən idi. Müharibə başlayandan cəbhə ilə dövlət qrumları arasında fəaliyyətdə olmuşdu. Tehranda cümə namazları qılırdı. Müxtəlif şəhərlərdə olur, çıxışlar edir, sualları cavablandırırdı. Gərgin günlərdə Əbuzər məscidinin üzvləri cənab Xameneidən xahiş etmişdilər ki, məsciddə çıxış etsin. Bu proqram Bəni Sədrə etimadsızlıq iclası və başqa səbəblərdən bir həftə təxirə salınır. Ayətullah Xamenei həm cəbhədə olurdu, həm siyasət meydanında Bəni Sədrlə qarşıdurmada idi. Ayətullah Xamenei Bəni Sədri yaxşı tanıyırdı. Ona etimadsızlıq məclisində çıxış etmişdi. 14 dəlil irəli sürmüşdü. Nəhayət, 177 səslə Bəni Sədrə etimadsızlıq göstərildi.
Nəzərdə tutulmuşdu ki, 2 tirdə Ayətullah Xamenei şəhid Çəmranın xatirə mərasimində iştirak etsin. Onun şəhid Mütəhhəri Ali Mədrəsəsində çıxışı nəzərdə tutulurdu. Həm Ayətullah Xamenei, həm şəhid Çəmran İmamın Ali Müdafiə Şurasında nümayəndələri idilər. Onların bir vəzifəsi nizamsız hərbi əməliyyatların istiqamətləndirilməsi üçün yaradılmış mərkəzdə həmkarlıq etmək idi. 30 xordadda Münafiqlər silahlı hərəkətə keçəndə təhlükə artdı. Cənab Rəhbərin çıxışı hadisəsiz başa çatdı. Söhbət başa çatandan sonra cəmiyyət Ayətullah Xameneini dövrəyə aldı. Bir nəfər zorla ağaya yaxınlaşmaq istəyirdi. Amma ona imkan verilmir. Mərasimdən sonra mühafizəçilər öz yoldaşlarından birinin paltarının qana bələndiyini görürlər. Həmin mühafizəçi bıçaqla yaralanmışdı.
6 tirdə Ayətullah Xamenei cümə namazı xütbələrində Münafiqləri ittiham edərək buyurdu: “Siz müsəlman ata və anadan dünyaya gəldikdən sonra küfrə doğru getdiniz. Kitablarınız əlimizdədir. Marksizmi, küfrü görürük. Siz mürtəce, mürtədsiniz. Zindanda və zindandan kənarda dəfələrlə sübuta yetib ki, İslamdan uzaqsınız. İrticanı bəhanə edib, İslama qarşı çıxırsınız. Səhv edirsiniz, yanılırsınız. Bütün bunlar sizin mühakiməniz üçün kifayət edir. Tarixdə adınız qalmayacaq. Əgər qalsa hamı sizi lənətləyəcək. İstisna çöhrəyə malik İmamın (r) rəhbərliyi ilə inqilab istiqamətləndi, ümmət rəşadətlə, fədakarlıqla inqilabın sütunlarını möhkəmlətdi, indi siz dörd cahil və eqoist adam bütün zəhmətləri puça çıxarmaq istəyirsiniz. Tarix sizi lənətləyəcək.” (1360, Tehranın cümə namazı xütbələrindən)
Həmin dövrdə cümə axşamları Ayətullah Musəvi Ərdəbili təfsir dərsləri keçirdi. Məşhədə səfərə getdiyindən həmin həftə proqram dəyişmişdi. Musəvi Ərdəbilinin terrorunu planlaşdıran terrorçuların listində növbəti adam Ayətullah Seyyid Əli Xamenei idi. Sənədlərdə yazılır ki, partlayıcı qurğu yerləşdirilmiş radio əvvəlcə Musəvi Ərdəbilinin terroru üçün nəzərdə tutulub. O hər cümə axşamı evinin yaxınlığındakı məsciddə təfsir dərsi keçirdi. Vəziyyəti öyrənmək üçün Mehdi Həsənə demişdi ki, təfsir dərsində bu hadisənin baş verməsinin mənfi təsiri ola bilər. Mən sonradan şəraiti öyrəndim, gördüm ki, radio vasitəsi ilə bu işi görmək olar. Növbəti həftə Mehdi radionu hazırladı. Amma əməliyyatın planlaşdırıldığı gün Ayətullah Musəvi Ərdəbili Məşhədə getdi. Xəbər tutduq ki, Xamenei bir məclisdə çıxış edir. (Məsud Nəqizadənin ifadələrindən)
Namazdan sonra sual-cavab mərasimi başlayırdı. Ayətullah Xamenei ötən həftə Bəni Sədrə etimadsızlıq hadisəsi ilə bağlı bu məclisin ləğv olunmasına görə üzr istədi. Buyurdu: “Əvvəlcə üzr istəyirəm ki, ötən həftə gələ bilmədim. Bilirsiniz ki, ötən həftə şənbə günü mühüm bir hadisə baş verdi. Məclis günortadan sonraya qədər davam etdi. Məclisi tərk edə bilmədim. Məclis başa çatanda artıq gec idi.” Sonra Ayətullah Xameneiyə müxtəlif suallar verildi. Sualların bir hissəsi Cümhuriyyət Partiyasının başçıları ilə bağlı şayiələrə aid idi. Cənab Xamenei söhbət edirdi. Əgər radionu onun qarşısına qoysaydılar səsgücləndirici fit səsi verəcəkdi. Söhbət başa çatanda Nəqizadə radionu aparıb ağanın qarşısına qoydu. Radio ağanın ürəyinə yaxın, üzbəüz qoyulmuşdu.
İfadələrdə deyilir: “Mən günorta məscidə getdim, Ayətullah Xameneinin imaməti ilə namaz qılınırdı. Sonrakı namazda iştirak etdim. Namazdan sonra Ayətullah Xamenei söhbət etmək üçün böyük mizin arxasına keçdi. Bir qədər sonra mən radionu işə salıb stolun üstünə qoydum. Miz böyük olduğu üçün Ayətullah Xamenei mizin üstündəki kağızlara baxmaq üçün hərəkət edirdi. Mən qorxurdum, partlayışı gözləməyib corablarımı geyindim, ayaqyoluna gedib, oradan küçəyə çıxdım. Sürətlə həmin yerdən uzaqlaşdım.”
Mühafizəçilər fikirləşirlər ki, stolun üzərinə qoyulmuş maqnitafon məscidindir. Buna diqqətsizlik göstərirlər. Mühafizəçilərdən biri maqnitafonu bir qədər uzaqlaşdırır ki, səs gücləndiricinin səsinə mane olmasın. Cənab Rəhbər mikrafonun səsinə mane olmasın deyə bu qurğunun söndürülməsini istəyir. Mühafizəçi gəlib onun yerini dəyişir. Ayətullah Xamenei söhbətə başlayandan sonra partlayış baş verir. Ağa söhbətə başlamazdan əvvəl mikrafon fit səsi verməyə başlayır. Ağa buyurur ki, bu səsi kəsin ya da cihazı söndürün. Ağa mikrafonun səsini nizamlamaq üçün bir qədər geri çəkilir və həmin vaxt partlayış baş verir.
Ayətullah Xamenei partlayışdan sonra sol tərəfi üstə yerə uzanır. Hamı elə bilir ki, atəş açılıb. Mühafizəçilərdən biri Ayətullah Xameneiyə tərəf qaçır. O deyir ki, maqnitafon 40 səhifəlik dəftər kimi vərəq-vərəq olmuşdu. Qırmızı qələmlə onun içinə yazılmışdı ki, Fürqan qrupunun İslam Cümhuriyyətinə ilk bayram payı. Ayətullah Xameneinin bir neçə gün öncəki çıxışları və Münafiqlərin bundan əvvəlki terror fəaliyyətləri bu hadisənin də onlar tərəfindən törədilməsi ilə bağlı ehtimalları gücləndirir.
Ayətullah Xamenei məsciddən bayırda mühafizəçilərin qucağında bir anlığına özünə gəlir. Bir qədər başını qaldırır, tez də aşağı salır. Ağanı maşına götürür, sürətlə hərəkət edirlər. Ayətullah Xameneinin huşu özünə qayıdanda dili altında şəhadət kəlmələrini deməyə başlayır. Dodaqları və gözləri olduqca zəif hərəkət edir.
Ayətullah Xamenei hadisəni belə xatırlayır: “İlk dəfə yerə yıxılanda nə baş verdiyini anlamadım. Sonra huşumu itirdim. İlk dəfə bir anlıq huşum başıma qayıtdı. Hər dəfə bir hiss keçirirdim. Bunu heç vaxt unutmaram. Bir dəfə mənə elə gəldi ki, artıq gedirəm. Düşündüm ki, ölüm qarşımda dayanıb. Özümü bərzəx sərhəddində gördüm. Bu vəziyyətdə insanın Allahdan başqa heç bir sığınacağı olmur! Hətta yaxşı işləri barədə şəkkə düşür ki, bu işləri ixlasla görüb, yoxsa yox? Görən niyyətim tam ilahi olub? Niyyətimdə şirk, riya olmayıb ki? Nələrisə nəzərə almamışam ki? Hər halda bizlər eyb içindəyik. Təəssüf ki, hər cür eybimiz var. O zaman insan hiss edir ki, yerlə göy arasında saman çöpü kimidir. Hər şeydən əlaqəsi üzülür. Özümü Allah qarşı