Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2015

Gələcək nəslə xəyanət edənlər var!

Allahın əmrinə zidd gedib düşmənlərlə sevgi ilə rəftar etməliyik?!
Ayətullah Xameneinin tələbələrlə görüşü

İdeallarla yaşamaq gerçəklik yox, mühafizəkarlığa müxalifdir

Cənab Rəhbər Ayətullah Xamenei mindən artıq tələbə ilə 4 saatlıq görüş keçirib. Tələbələrin sözünü, təkliflərini dinləyib. Görüşdə həyat məqsədlərindən, tələbə təşkilatlarının rolunun artırılmasından, regional məsələlərdən, İran xalqının zülmə boyun əyməməsindən, günün aktual problemlərindən söz açılıb.
İki gün öncə saat 17:00-da başlamış görüş namaz və iftardan sonra davam edib. Cənab Rəhbər ramazan ayı ilə ayrılıq həsrətindən danışaraq buyurub ki, kim bu mənəviyyat və səfa-səmimiyyət baharında ilahi mərhəmət və lütf yağışında qəlbini təsirləndirdisə, gələcəkdə meyvəsindən bəhrələnəcək. Görüşdə suallardan biri insan ruhunun ilahiləşdirilməsi yolları barədə olub. Cənab Rəhbər buyurub ki, böyüklərdən belə eşitmişik, mənəviyyat və təqvaya çatmaq üçün ən mühüm iş günahdan uzaqlıqdır.
Ayətullah Xamenei vacib dini vəzifələrin vaxtında yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb. Namazın əvvəl vaxtında, imkan olanda cəmiyyətlə qılınmasının fəzilətindən danışıb. Belə namazın günahdan çəkinməyə yardımçı olduğunu yada salaraq buyurur: Bu dəyərli neməti gündə ən azı bir neçə ayə oxumaqla zinətləndirin...
Cənab Rəhbər dini vəzifələrdən danışarkən tələbəlik vəzifələrindən söz açıb. Tələbə zümrəsini üstün zümrə adlandıraraq buyurub: Ən üstün tələbə məsuliyyəti məqsədlilik, ideallara sahib olmaqdır...
Cənab Rəhbər bəzilərinin ideallarla yaşamı reallığa müxalif saymasını yanlışlıq adlandıraraq bildirib: İdeallarla yaşamaq gerçəklik yox, mühafizəkarlığa müxalifdir...
Cənab Rəhbər mühafizəkarlığı gerçəklik qarşısında təslimçilik kimi qeyd edərək buyurub: İdeallarla yaşamaq müsbət gerçəkliklərdən düzgün istifadə, mənfi gerçəkliklərlə mübarizə yolu ilə böyük məqsədlərə doğru hərəkətdir.
Cənab Rəhbər İslam cəmiyyətinin yaradılması və İslam təfəkkürünün genişləndirilməsini mühüm məqsədlərdən sayaraq buyurub ki, insanın özünə inanması məqsədi, “biz bacararıq” etiqadı cəmiyyət və məmləkətin yüksəlişində təyinedici təsirə malikdir.
Zülm və imperializmlə mübarizəni tələbə cəmiyyətindəki məsuliyyətlər çərçivəsində üçüncü məqsəd kimi qeyd edən Rəhbər buyurub: Dünya zorlularının İran xalqı ilə düşmənçiliyinin əsas səbəbi İran İslam Respublikasının zor üzündə qurulmuş dünya sistemini qəbul etməməsidir...
Tələbə təşkilatlarında zəruri məqsədlər sırasında ədalət istəyi, İslam həyat tərzi, Qərb yox, gerçək azadlıq istəyi, elmi inkişaf, fəaliyyət və təlaş, universitetlərin İslami olması kimi mövzular qeyd edildi.
Sonra Cənab Rəhbər tələbə cəmiyyətinin strateji bir problemini yada saldı: Ölkə məsullarının qərarlarında ideallara yer verilməsinə necə təsir etmək olar? İdealları, məqsədləri təkrarlayın, onların üzərində ciddi dayanın, bu ideallar tələbə mədəniyyəti, sonra ümumi mədəniyyətə çevrilsin. O zaman dövlət məsulları və dövlət qurumları, hökumət bundan təsirlənər...
Cənab Rəhbər tələbə təşkilatlarının ölkədə müxtəlif qurumların qərarlarına təsirindən danışdı. Buyurdu ki, tələbə təşkilatları bu qurumlarla müəyyən əsaslarla bağlı olmalıdır.
Cənab Rəhbər tələbə təşkilatlarının yaranmasında İslam məfhumlarına səthi baxışdan çəkinməyi ilkin şərt kimi qeyd edib. Zahirdə İslami görüntüyə malik olan, məfhumca İslamdan uzaq şüarları tənqid edib. Buyurub ki, bu günlərdə Rəhmani İslam termini geniş yayılıb. İki sözdən yaranmış bu gözəl ifadənin həqiqi mənası nədir? Cənab Rəhbər belə bir sual ortaya qoyub ki, Rəhmani İslam dedikdə insanların mömin, kafir, düşmən və dosta ayrılmaması, hamıya bir gözlə baxılması nəzərdə tutulurmu? Rəhbər buyurub ki, İslam və İran xalqı ilə düşmənçilik edənlərlə Allahın əmrinə zidd gedib sevgi ilə rəftar etməliyik?!
Cənab Rəhbər belə sözləri yanlış və azdırıcı adlandıraraq buyurub: “Rəhmani İslam termini Qərb Liberalizmindən qaynaqlanır? Əgər belədirsə, bu nə islamidir, nə rəhmanidir. Çünki bu halda Rəhmani İslam ifadəsinin bünövrəsi Allah və mənəviyyatı inkar edən, böyük güclərin mənafeinin xidmətində duran humanizm təfəkkürü olur.
Ayətullah Xamenei sözünün davamında Amerika dəyərləri adlandırılan hadisədən danışıb. O buyurub: Müstəmləkəçilik nizamının kökləri elə Amerika dəyərlərindədir. Həmin dəyərlərin müsbət nöqtələri Amerika rəhbərlərinin təcavüzkar rəftarlarının kölgəsində qalır...
Cənab Rəhbər buyurub: Əgər Rəhmani İslam termini bunları nəzərdə tutursa tam yanlışdır və həqiqi İslama heç bir aidiyyatı yoxdur...
Cənab Rəhbər tələbə təşkilatları üçün cazibədarlığın artmasını zəruri sayıb. Amma yanlış yollarla belə cazibədarlıq ardınca gedilməsini rədd etdib. Müxtəlif tələbə düşərgələri, konsertlər vasitəsi ilə cazibənin artırılması tənqid olunub. Cənab Rəhbər buyurub: Tələbə qızları və oğlanları cazibə yaratmaq adı altında müxtəlif formalarda, tələbə düşərgələri adı altında Avropaya aparırlar. Bununla tələbə mühitinə, gələcək nəsilə xəyanət edirlər...
Cənab Rəhbər tələbə təşkilatlarının cazibəsinin artırılmasında yeni dini, siyasi, ictimai sözün ortaya qoyulmasını zəruri sayaraq buyurub: Quran və Nəhcül-bəlağəni dərindən mütaliə edəndə yeni və cazibəli sözlərin deyilməsi imkanı yaranır. Tələbə teatırı, karikatura, komediya, audio nəşriyyələr, poeziya məclisləri Cənab Rəhbərin tövsiyələri sırasında yer alıb.
Ayətullah Xamenei tələbə qurumlarının cazibədarlığının gücləndirilməsində düşüncələrin zorla qəbul etdirilməsini yolverilməz sayıb. Cənab Rəhbər xatırladıb ki, dini düşüncəni qarşı tərəfi qane etməklə möhkəmləndirmək olar. Bəzi sözlər və çıxışlar müəyyən müddətə həyacan yaradıb qarşı tərəfi təsirləndirsə də məqbul deyil.
Cənab Rəhbər keçmiş zamanlarda marksist qrupların öz əqidələrini zorla qəbul etdirilməsini yada salıb. Buyurub ki, əgər marksist cərəyanların universitetlərdə yenidən canlanması xəbəri düzsə, şübhəsiz burada Amerikanın maliyyə dəstəyi var, tələbələri parçalamaq istəyirlər.
Cənab Rəhbər buyurub ki, universitetlərdə etibarsız fərdlər yox, dəyərlərə etiqadlı ustadların iş başında olmasını zəruri sayır. Tələbə təşkilatlarına müraciətlə buyurulub ki, 88-ci il hadisələrini yaradanlar, heç bir əsası olmadan İslam və cümhuriyyətə qarşı çıxanlar etibarsızdır.
Cənab Rəhbər ölkədəki reallıqların dərk olunmasını tələbə cərəyanlarına təsirli amillərdən sayıb. Ayətullah Xamenei buyurub: Məsullardan daha artıq təlaş gözləmək yerində olan bir gözləntidir. Amma müsbət gerçəklikləri də görmək lazımdır.
Ayətullah Xamenei İmam Xomeyni (r) ideallarının səhnədən çıxarılması istiqamətində təlaşların boşa çıxdığını vurğulayıb və inqilab ideallarına qarşı olanların nakam qaldığını bildirib.
Cənab Rəhbər xatırladıb ki, İmam Rahil dünyasını dəyişəndən sonra bəziləri böyük səhvə yol verdi, İmamın böyük məqsədlərini səhnədən çıxarmaq üçün öz gizli məqsədlərini ortaya qoydu. Rəhbər vurğulayıb ki, bu qüvvələr artıq təcrübələrini artırdıqlarından öz məqsədlərini açıq ortaya qoyumurlar. Cənab Rəhbər buyurub: Daxildə və xaricdə bu qüvvələrin fasiləsiz təlaşlarına baxmayaraq ictimai-siyasi, ideoloji və mədəniyyət faəliyyətləri sayəsində ölkədə ideallar daha da canlanıb. Hətta imamın dövrünün cazibələrini, ölkəyə qəbul etdirilmiş müharibəni görməyən gənclər İslam və inqilab ideallarına qəlbən bağlanıb.
Ayətullah Xamenei İranın regionda böyük nüfuzunu yada salaraq bu nüfuzu tələbə təşkilatları üçün də diqqət yetiriləsi məsələ kimi dəyərləndirib. Cənab Rəhbər buyurub: Xəbərdarıq ki, amerikalılar və regiondakı mürtəci qüvvələr öz gizli yığıncaqlarında İranın məntəqədə artan nüfuzunu müzakirə edir, buna görə nigaran olurlar. Amma əllərindən bir iş gəlmir...
Cənab Rəhbər Yəmənin 100 günə yaxın bombalanması, günahsız insanların vəhşiliklə qətlə yetirilməsini yada salıb: Liberal Qərb, azadlıqdan dəm vuranlar səudilərin bu cinayətləri qarşısında səslərini çıxarmırlar. Təhlükəsizlik Şurası ən rüsvayçı qətnaməsində bombalayanları yox, bombalananları məhkum edib...
Cənab Rəhbər buyurub ki, Yəmənin bombalanması, məzlum xalqın qətli səudilər və onların hamilərinin İranın məntəqədəki nüfuzundan qəzəblənməsinə görədir. Cənab Rəhbər buyurub: İddiaların əksinə olaraq, İranın məntəqədə nüfuzu ilahi bir nemətdir. Bu nüfuz fiziki, silaha söykənən nüfuz deyil. Biz şəhid Behişti kimi, millətin düşmənlərinə üz tutaraq deyirik ki, bu qəzəb və qeyzdən ölün!
Cənab Rəhbər tələbə təşkilatlarından seçkilərdə istifadə edilməsi məqsədini pisləyərək buyurub: Bir dəfə istifadə üçün nəzərdə tutulmuş təşkilatlar istisna olmaqla, İslam təşkilatları ölkənin taleyi ilə bağlı hərəkatda faydalı ola bilər.
Ayətullah Xamenei tələbə təşkilatlarının doqquz nümayəndəsinin çıxışını dinləyib. Tələbələrdən biri əməlsiz şüarı faydasız adlandırıb. Cənab Rəhbər bu fikirlə bağlı deyib: Mənalı, məzmunlu, ideoloji baxımdan yayılacaq bir reallıqdan qaynaqlanan şüar insanları səhnəyə gətirə bilər. Belə şüarın insanları istiqamətləndirməsi mümkündür... Tələbələrdən biri inqilabi tələbə təşkilatlarına qarşı sıxıntılar yaradılmasından danışıb. Cənab Rəhbər bu çıxışdan sonra təhsil naziri və səhiyyə nazirinə üz tutaraq buyurub: İnqilabi və islami tələbə təşkilatlarının sözü bizim sözümüzdür. Universitetlərdəki məsuliyətli və aparıcı şəxslər belə təşkilatlara çətinlik yaratmamalı, onların fəaliyyət səhnəsini məhdudlaşdırmamalıdır...
Cənab Rəhbər tələbələrin elmi inkişafa mane olan tədbirlərə etirazına cavab olaraq buyurub: Tələbə mühitini şadlandırmaq bəhanəsi ilə həyata keçən belə tədbirlər (konsertlər) ən yanlış işlərdəndir...
Cənab Rəhbər tələbələrin belə proqramlara istiqamətləndirilməsini düşmənin planı kimi dəyərləndirib: Elmi hərəkat öncülləri nüvə enerjisi, nanotexnologiya kimi mühüm sahələrdə mömin və inqilabi gənclərdir. Düşmən çalışır ki, universitetlərdə doktor Şəhriyarilər, Çəmranlar tərbiyə olunmasın...
Ayətullah Xamenei buyurub: Təhsil naziri və səhiyyə naziri mənim etimad göstərdiyim şəxslərdir. Amma ehtiyatlı olmalıdırlar ki, onların təşkilatının çətiri altında tələbələri inqilab, İslam, mənəviyyat yolundan uzaqlaşdırmasınlar...
Tələbələr azad düşüncə tribunalarından danışıb. Cənab Rəhbər buna münasibət bildirib: Mən bu işə razıyam. İnqilabçı və vilayətçi müsəlman tələbə məntiq və dəlillə, soyuqqanlılıqla yanlış fikirləri puça çıxarmalıdır. Bu gün belə bir tutum var...
Tələbələrdən biri sual verib ki, bəzi deputatlar, məsullar müəyyən fikirləri Rəhbərin adından danışır. Cənab Rəhbər buyurub: “Bu onların öz sözüdür, mənim sözümü özümdən eşidin...
Cənab Rəhbər buyurub: Rəhbərlik tərəfindən təyin olunan şəxslər ictimai-siyasi məsələlərdə məndən fərqli düşünə bilər. Bunun eybi yoxdur. Amma əsas məsələ qlobal və inqilabi istiqamətdir...
Cənab Rəhbər buyurub ki, əgər kimsə onun adından həqiqətə zidd söz desə həmin şəxsə xəbərdarlıq edilsin, ondan dediyi sözü islah etməsi tələb olunsun.
Suallardan biri nüvə müzakirələrindən sonra imperializmlə mübarizə durumu barədə olub. Cənab Rəhbər buyurub: Quran hökmlərinə əsasən imperializmlə, istismarçı sistemlə mübarizə heç zaman dayanmayacaq. Bu gün Amerika imperializmin kamil bir nümunəsidir...
Cənab Rəhbər buyurub: Müzakirə heyətinin məsullarına demişik ki, yalnız nüvə məsələsi haqqında danışa bilərsiniz. Amerika tərəfi bəzən regional məsələləri, Suriya, Yəmən məsələsini dilə gətirir. Məsullarımız bildirirlər ki, onlar bu barədə müzakirə aparmır...
Cənab Rəhbər buyurub: İmperializmlə mübarizə inqilabın əsaslarındandır, buna görə də özünüzü imperializmlə mübarizənin davamına hazırlayın.
Tələbələrdən biri Cənab Rəhbərdən xahiş edib ki, ata-analara gənclərin ailə qurmasında çətinlik yaratmamağı tövsiyə etsin. Cənab Rəhbər valideyinləri izdivacda çətinlik yaratmaqdan çəkinməyə dəvət edərək buyurub: Allah Quranda vəd edir ki, izdivacdan sonra öz fəzli ilə gəncləri təmin edəcək, onların problemlərini aradan qaldıracaq.
Cənab Rəhbər gənclərin ailə qurmasında elçilik və vasitəçilik ənənəsini təqdirəlayiq sayaraq buyurub: Gənclərin izdivac problemlərinin həll olunması ölkənin dünya və axirətinin xeyrinə, cəmiyyətin mənafeyinədir.
İnqilab Rəhbəri nəsil artımı məsələsinə toxunaraq səhiyyə nazirinə bu barədə göstərişlər verib.
Cənab Rəhbər tələbələrlə görüşdən məmnunluğunu bildirərək, tələbələrin, ölkənin, ictimai-siyasi həyatında, müxtəlif sahələrdə iştirakını mühüm nöqtə kimi vurğulayıb. Bəzi qərəzli mərkəzlərin iranlı gəncin bədbinliyi barədəki hesabatlarını əsassız sayaraq buyurub: Bu aşkar yalandır, azdırıcı azadlıqlara yol açmaq üçün bəhanədir...
Cənab Rəhbər iranlı gənci dünyanın ən fəal, qurucu və nikbin gənci kimi qiymətləndirib. Avropada gənclər arasında intihar statistikasını yada salaraq Qərbin özündə vəziyyətin gəngin olduğunu bildirib.
Cənab Rəhbər bir neçə il öncə Avropada bir gəncin odlu silahla hücum edərək 80 uşağı qətlə yetirməsini yada salıb. Avropalı gənclərin İŞİD sıralarına qatılması da Qərbdə vəziyyətin ağır olmasına nümunə kimi göstərilib. Cənab Rəhbər buyurub ki, iranlı gənc gecə ibadətinə oyaq qalır, gündüz oruc ağızla Qüds günü yürüşlərinə qatılır.
Bu görüşün əvvəlində tələbə təşkilatları nümayəndələrindən 9 nəfəri çıxış edib. Tələbələrin İslam Cəmiyyətinin katibi Əli Pəhləvankaşi, Azad Universitet Tələbələrinin İslam Təşkilatlarının baş katibi Keyvan Asim Kəffaş, Bəsic Tələbə Qurumlarının Kordinasiya Şurasının üzvü Vəhid Zare, Əllamə Təbatəbai Universitetinin İslam Təşkilatının katibi Hadi Zülfüqari, Azad Universitetlərdə İslam Təşkilatları İttifaqının təşkilat üzrə katibi Mikail Dəyani, Şimal Azad Universitetinin Tələbə-Bəsic məsulu Əli Mehdiyanfər, Tələbə Ədalət Hərəkatının katibi Hüseyn Şəbbazzadə, Vəhdət Mərkəzinin Şura üzvü Zeynəbüs-Saadat Hüseyni, Nəcəf Qərargahının Səhiyyə üzrə Cihad qrupunun məsulu Səba Kərəm öz fikirlərini bildiriblər. Çıxışlarda bursiyyə mövzusunda qanunu pozanların cəzalandırılması, dünya səviyyəsində ölkənin elmi məqamı, maliyyə cinayətləri ilə bağlı tədbirlər görülməsi, Amerikanın təzyiqlərinə məruz qalan İran müzakirə komandasının himayə olunması, innovasiya mərkəzlərinə diqqət ayrılması, icra aparatlarından fitnəkar ünsürlərin uzaqlaşdırılması, siyasi ixtilaflarla cəmiyyətin düşüncə baxımından azdırılmasının qarşısının alınması, imam-cümələrin siyasi partiya fəaliyyətlərində iştirakına icazə verilməməsi, cümə namazı tribunalarından lazımınca istifadə olunması, iqtisadi problemlərin aradan qaldırılmasında daxili imkanlardan istifadə, siyasət, mədəniyyət, iqtisadiyyat sahəsində İmamın xəttindən büdrəmələrin qarşısının alınması, universitetlərdə təxribatçı cərəyanların fəaliyyətlərinə son qoyulması, inqilabın birinci nəslinin idarəçilik təcrübələrinin sonrakı nəsillərə ötürülməsi, Amerika ilə nüvə müzakirələrində diplomatik imkanların məhdudlaşdırılmasının tənqidi, hazırkı dövrün İmam Həsənin (ə) dövrünə oxşadılmasının tənqidi, məsulların diqqətinin yoxsul təbəqəyə yönəldilməsi çıxış edən tələbələrin toxunduğu əsas mövzular olub.

Vilayet.nur-az.com


1368 بازدید
در حال ارسال اطلاعات...