Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Haramla savab qazanmaq xəyalı

Haramla savab qazanmaq xəyalı

Bir neçə illər bundan qabaq, bir nəfər mərhum Ayətullah Golpayiqaninin hüzurana gəlir və 200 tümən dəyərində xümsünü ödəyir.

Ayətullah Golpayiqani soruşur: Sizin sənətiniz nədir?

-Qəssəb.

-Harada?

-Tehranda.

-Qeyri-islami kəsilən və xaricdən gələn dondurulmuş ətlərlə nə edirsiniz?

-Biz satıcıyıq, ətin haram və ya halal olması ilə maraqlanmırıq.

Ayətullah Golpayiqani bu sözləri eşidəndə üzünün rəngi dəyişdi, sonra buyurdu: Necə olub ki, işinlə bağlı şəri məsələləri öyrənmədən bu sənətə yiyələnmisən? Sən axı insanları ətlə təmin edirsən!

Qəssab dedi: Ət alanlar özləri məsuliyyət daşıyır.

Ayətullah Golpayiqani buyurdu: Camaat İslam bazarına müraciət edir, siz bundan sui-istifadə edirsiniz. Haramyeyənlər bazarı düzəldib, camaata qeyri-islami kəsilən ətləri verməklə onları haram yeməyə adət etdirirsiniz. Pullarını götür!

Qəssab soruşdu: Niyə?!

Buyurdu: Bu pullar şübhəli və haramdır. Siz bu pulları sahiblərinə qaytarmalısınız.

Qəssab dedi: Həzrət Ayətullah, mən xümsümü ödəyirəm və ümidvaram ki, bu işimə görə Allah məni bağışlaya.

Ayətullah Golpayiqani buyurdu: Bu işin sənin nicatına səbəb olmayacaq. Mən də icazə yoxumdur ki, bu puldan hövzə tələbələrinə verim və ya İslami kitablar çap etdirim. Biz Elmiyyə Hövzəsində təbələrə İmam (əc) malından olan pak pullar veririk ki, tələbənin gecə namazı yaddan çıxmasın. Amma sənin gətirdiyin pullar haramdır və tələbənin nəinki gecə namazını, hətta sübh namazını da qəzaya verər, fəsada çəkər.


“Bir neçə addım yola sal...”

İmam Əli (ə): “Hər kəsin qiyməti onun gördüyü xeyirxah işdədir.”

İmam Əli (ə) Kufəyə tərəf gedirdi, kafiri-zimmi də onunla yol yoldaşı olur. Həmin kişi İmam Əliyə (ə) ərz edir ki, hara gedirsən?

O həzrət (ə) buyurdu: “Kufəyə gedirəm.”

İki yol ayrıcına çatırlar və bir-birlərindən ayrılmaq istəyirdilər. Amma imam Əli (ə) öz yolu ilə yox, o adam gedən tərəfə gedir.

Kafir kişi dedi: Məgər Kufəyə getmirsən?

İmam Əli (ə) buyurdu: “Bəli, Kufəyə gedirəm.”

Kafir kişi dedi: “Bəs niyə Kufənin yolu ilə getmədin?”

İmam Əli (ə) buyurdu: “Bu yol yoldaşlığın uca zirvəsidir ki, ayrılan zaman bir neçə addım yola salasan. Bu, Peyğəmbərdən (s) bizə verilən göstərişdir.”

Kafir kişi dedi: Sizin Peyğəmbəriniz bu cür göstəriş verib?

İmam Əli (ə) buyurdu: “Bəli.”

Kafir kişi: Deməli, Peyğəmbərə itaət edənlər onun ali rəftarlarına görə olub. Mən də sənin şahid gətirərək, sənin dininin davamçılarından olum.

Beləliklə, İmam Əliyə (ə) birliklə Kufəyə gedir. İmamı (ə) tanıdığı üçün İslamı qəbul edir.

Qəzəbdən çəkinmək

Bir nəfər həzrət Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: Ya Rəsulullah! Xoşbəxt olmağım üçün mənə bir şey öyrədin.

Həzrət (s) buyurdu: “Qəzəbli olma və əsəbləşmə!”

Kişi dedi: Bu nəsihətin mənə bəs edər.

Sonra öz qəbiləsinə və ailəsinin yanına qayıdır. Qəbiləsinə gəldikdən sonra başa düşür ki, ondan sonra xoşagəlməz hadisə baş verib. Onun qəbiləsi ilə qonşu qəbilə arasında ixtilaf yaranıb. Demək olar ki, qəbilələr müharibə etmək üçün hazır vəziyyətdədirlər. Əllərinə silah alıb qanlı bir müharibəyə başlamaq istəyirlər. Həmin kişi dərhal həyəcanlı halda, müharibə libasını geyinərək öz yaxınlarının sırasında dayanır.

Bu vaxt Peyğəmbərin (ə) ona verdiyi nəsihət “qəzəblənmə” yadına düşür. Dərhal əlindəki silahı yerə ataraq o biri qəbilənin yanına gedərək onlara deyir: Ey camaat! Bizim tərəfdən sizə dəyən hər nə (yara və ya qətl) zərər və ziyan ki, heç bir əlaməti yoxdur (yaralayan və qətl törədən məlum deyil) mənim öhdəmə. Mən hamısını kamil öz hesabımdan ödəyəcəyəm. Amma, hər növ yara və qətl ki, törədənləri məlumdur onların özündən alın.

Qonşu qəbilənin böyükləri onun ağıllı məsləhətini eşitdikdən sonra, ürəkləri yumşalır və intiqam qəzəbləri sönükür. Ona təşəkkür edib deyirlər: Bizim sizin dediklərinizin heç birinə ehtiyacımız yoxdur. Biz özümüz cərimə ödəmək, əfv və bağışlanmaq istəməyə layiqik.

Beləliklə, qəzəbi tərk etməklə hər iki qəbilə bir-biri ilə sülh bağlayaraq barışırlar. Aralarında olan ədavət və kin alovunu söndürürlər. (Biharul-ənvar, c.73, səh. 277).


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1542 بازدید
در حال ارسال اطلاعات...