Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2015

Ramazan ayının mükafatı

"Sizə müjdə verirəm, ey Allahın bəndələri, günahlarınız bağışlandı"
Əmirəlmöminin (ə) Fitr bayramının xütbələrinin birində buyurmuşdur: "Ey camaat! Bu gün elə bir gündür ki, yaxşı əməl sahibləri Allahdan mükafat alır". Orucun mükafatını, ramazan ayının ibadətinin mükafatını, yeyib-içməyin, nəfsani meyllərin qarşısını almağın mükafatını. "Bu gün pisəməllilər ziyankardırlar". ("Bihar əl-ənvar", c. 87, səh. 363) Pis iş görənlər, yanlış davrananlar belə bir gündə öz pis əməllərinin ziyanını görəcəklər. “Bu gün cəza günüdür. Bu gün qiyamət gününə bənzər gündür. Evinizdən məscidlərə, toplum namaz yerlərinə gedişlə məzarlardan qiyamət səhnəsinə gedişinizi xatırlayın”.
Namazxanada namaza dayanmağınızla qiyamətdə Allahın qarşısında dayanmağınızı xatırlayın". Namazxanadan evinizə qayıtd