Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2015

Əllamə Hillilər, Şeyx Ənsarilər haradadır?

Alim və tədqiqatçıların bir qrupuna tədqiqat işi tapşırın, onlara büdcə ayırın
Bizim hövzə tələbələrimiz, alimlərimiz arasında parlaq istedadlar var. Onların arasında Əllamə Hillilər, Şeyx Ənsarilər tapılar. Bunlar haradadır? Bəziləri məişət dərdində, bəziləri də çətin bir dərs kitabının olub-olmazını tapmaq dərdində. Həqiqətən, nə etsinlər? Bunları yetişdirən bir kəs yoxdur. Mən 2-3 il öncə həqiqətən, ürəkdən sevdiyim çox düşüncəli, yenilikçi və böyük bir alimə dedim ki, siz bu alim və tədqiqatçıların bir qrupunu Qumun bir yerinə toplayın, onlara tədqiqat işi tapşırın, onlar üçün büdcə ayırın. Amma iş davam etmədi və təəssüf ki, bu işlər görülmür. Mənim iradım bu deyil ki, nə üçün filankəs bu işi görməyib. Bəllidir ki, bu işlər fərdi görülmür. Bu işl