Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Müsabiqə meydanı

Keçən ramazan ayı bəziləri yarışdı, önə keçdilər və qalib oldular
Fitr bayramı günü özü Allahın diqqət mərkəzindədir, ilahi məğfirət və rəhmətin nazil olduğu gündür. Bu günün də mübarək ramazan ayının digər günləri kimi qədrini bilmək lazımdır. Bir rəvayətə görə İmam Həsən (ə) Fitr bayramı günü bir yoldan keçirdi. Gördü ki, camaat yığılışıb, bu günün önəminə diqqət vermədən başları öz qafilliklərinə qarışıb. Camaatın yanında dayanıb buyurdu: "Allah-Taala ramazan ayını bəndələri üçün müsabiqə meydanı etmişdir. Bu müsabiqə meydanında Ona itaətlə onun razılığını əldə etmək üçün bir-birinizlə yarışın. Keçən ramazan ayı bəziləri yarışdı, önə keçdilər və qalib oldular. Amma digərləri isə həmin ayda səhlənkarlıq etdilər. (Özlərini ilahi rəhmətə çatdıra bilmədilər) və məyus oldular. Laqeydcəsinə gülən, oyunla məşğul olanlar təəccüb doğururlar. Yaxşı əməl sahibləri savab xırmanlarını yığıb aparırlar, məhrumlar ziyanı təhvil alırlar". Onların ziyanı öz yaxalarından tutur. Böyük bir gündür. Qiyamət kimi bir gündür. Bu gündə ramazan ayında Allah rizasına nail olanlar Ondan öz mükafatlarını alacaqlar. Bu gün insanın qəflətlə keçirə biləcəyi bir gün deyil. Sonra İmam (ə) sözünü davam etdirərək buyurdu:
"Əgər (maddi) pərdələr götürülsəydi, görərdin ki, yaxşı əməl sahibləri mükafat toplamaqla məşğuldurlar. Pis əməl sahiblərinin başı isə pis əməllərinin nəticəsinə qarışmışdır. ("Bihar əl-ənvar", c. 75, səh. 110)

Ayətullah Seyid Əli Xamenei


1807 بازدید