Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Müsabiqə meydanı

Keçən ramazan ayı bəziləri yarışdı, önə keçdilər və qalib oldular
Fitr bayramı günü özü Allahın diqqət mərkəzindədir, ilahi məğfirət və rəhmətin nazil olduğu gündür. Bu günün də mübarək ramazan ayının digər günləri kimi qədrini bilmək lazımdır. Bir rəvayətə görə İmam Həsən (ə) Fitr bayramı günü bir yoldan keçirdi. Gördü ki, camaat yığılışıb, bu günün önəminə diqqət vermədən başları öz qafilliklərinə qarışıb. Camaatın yanında dayanıb buyurdu: "Allah-Taala ramazan ayını bəndələri üçün müsabiqə meydanı etmişdir. Bu müsabiqə meydanında Ona itaətlə onun razılığını əldə etmək üçün bir-birinizlə yarışın. Keçən ramazan ayı bəziləri yarışdı, önə keçdilər və qalib oldular. Amma digərləri isə həmin ayda səhlənkarlıq etdilər. (Özlərini ilahi rəhmətə çatdıra bilmədilər) və məyus oldular. Laqey