Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2015

Gerçək bayram

Ramazan ayını ibadətlə, oruc tutmaqla, təvəssüllə, zikrlə, xüşu ilə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün gerçək mənada bayramdır
Fitr namazının qunutunun duasında oxuyuruq: "Müsəlmanlar üçün bayram etdiyin bu günün xətrinə səndən istəyirik". ("Əl-İqbal əl-əmal", səh. 289) Allah-Taala bu günü bayram etmişdir. Yəni müsəlmanlar üçün həmişə xatirəli gündür. Camaatın bir yerə toplanması, günü, dövranı, yaşam tərzini yeniləmək, insanların bir-biri ilə tanışlığı. Bu cümlənin ardınca oxuyuruq: "Məhəmməd (s) üçün tədarük, şərafət, kəramət və artımdır". ("Əl-İqbal əl-əmal", səh. 289) Peyğəmbərin (s) mənəvi irsinin artması, genişlənməsidir. Biz İslam ümməti bu günü nə zaman özümüz üçün həqiqi mənada bayram edə bilərik? Peyğəmbərimiz (s) üçün şərafət və baş ucalığına səbəb olacaq vəziy