Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Şiə məzhəbi Səfəvi dövründə

Səfəvi sultanlarının əksəri xalqa qayğı göstərib
Səfəvilər iranlılar arasında şiə məzhəbinin möhkəmlənməsi istiqamətində ən böyük təlaşla çalışıblar. Onların diqqəti sayəsində İrandakı şiə alimləri fars və ərəb dillərində çoxsaylı fiqh, hədis, təfsir, kəlam kitabları yazıb.
Şübhəsiz, Səfəvilər dövrü İran tarixinin ən maraqlı dövrlərindəndir. Dini kökləri əvvəlki dövrlərdən qaynaqlandığından sonralar özünü daha açıq göstərib. Yəni ictimai-siyasi və digər səhnələrdə təbəddülatlar üçün münasib zəmin olub. İslam tarixində ümumi, İran tarixində xüsusi rol oynayıb.
Demək olar ki, Səfəvi sultanlarının əksəri xalqa diqqət göstərib. Bu silsilədən şah İsmayıl, şah Təhmasib, şah Abbas kimi şəxsiyyətlər tarixdə yer alıb. Səfəvi sultanlarının babası Şeyx Səfiəddin Ərdəbilidir. Onun şafei məzhəbində olduğu söylənilir. O sufilərin nüfuzlu rəhbərlərindən olub. Ərdəbildə böyük xanəgahı olub.
Şah İsmayıl Səfəvinin sünnə əhlinə münasibəti sərt olub. Şiə məzhəbinin yayılmasında qan axıtmaqdan çəkinməyib. Şah İsmayıl öz hakimiyyəti dövründə asanlıqla şiə məzhəbini İranda rəsmi məzhəb elan edib. Onun övladları da sonralar hakimiyyətdə olduqları vaxt həmin yolu davam etdirib, şiə məzhəbinin rəsmi məzhəb olaraq möhkəmlənməsində öz imkanlarını əsirgəməyiblər.
Səfəvilər şiə məzhəbinin bütün İran ərazisində yayılması istiqamətində təlaş göstəriblər və onların bu təlaşları şiə alimlərinin fəaliyyətləri üçün münasib zəmin yaradıb. Deyə bilərik ki, şiə məzhəbi alimlərinin əsas fəaliyyətləri 10-cu əsrdən sonraya təsadüf edir. Səfəvilərin şiə məzhəbinin yayılmasında fəaliyyətlərinə yeganə irad onların məzhəb təəssübü sayıla bilər. Şah İsmayıldən başlamış Şah Sultan Hüseynə qədər hakimlər şiə məzhəbi və şiə alimlərinin himayəsində böyük təəssüb göstəriblər. Onların təəssübü tədricən cəmiyyətə keçib. Nəticədə başqa məzhəb nümayəndələri hətta küfrdə ittiham olunub. Hətta Molla Rumi kimi sufi başçısı və bu qəbildən olan bir çox başqa məzhəb nümayəndələri çox sərt münasibətlə üzləşib, Səfəvilərin təəssübü nəticəsində dini zəmində müharibələr də baş verib.
Səfəvilərin şiə məzhəbinə münasibətdə təəssüb göstərməsi bir növ Osmanlı sultanlarını da adekvat reaksiyaya sövq edib. Səfəvilər sünnə əhlinə münasibətdə sərt olduğu kimi Osmanlılar da şiələrə münasibətdə sərtlik göstərib. Osmanlı sultanları şiələrin qətliamına qədər gediblər. Səfəvilər İranda hakimiyyətə gələndə əhalinin əksəriyyəti sünnə əhli olub. Şiələr daha çox Məşhəd, Səbzəvar, Qum, Kaşan və İranın şimal ərazisində məskunlaşıb. Şah İsmayılın hakimiyyətə gəlişi və şiəliyin rəsmi məzhəb elan olunması ilə əksər məzhəbdən olanlar şiəliyi qəbul edib. Əlbəttə ki, xalqın eyni bir məzhəbə üz tutması ölkənin ictimai-siyasi baxımdan möhkəmlənməsində də ciddi rol oynayıb.
Səfəvilər tarixində mühüm mövzulardan biri onların Səfəvilər dövlətinin təşkilindən qabaq şiəliyi qəbul etməsidir. Səfəvilər tarixində araşdırılası mövzulardan biri də elə Səfəvilərin şiə məzhəbinə yönəlməsidir. Səfəvi şeyxlərinin keçmişini araşdırdıqda onların şiə məzhəbinə meyli özünü daha qabarıq göstərir. Bu hadisə təqribən Elxanilər dövrünə təsadüf edir. Həmin dövrdə xalq arasında təsəvvüf, irfan çox maraqla qarşılanırdı. Təsəvvüf hələ monqolların hücumundan qabaq İranda sevilirdi. 7-10-cu əsrlərdə sufilik zəminində şiəliyə meyl vardı. Səfəvilər bu meyldən bacarıqla istifadə edərək dövlət qurub, şiəliyi rəsmi məzhəb elan etdi.
Qeyd etmək lazımdır ki, Səfəvi şeyxləri Səfəvi dövlətinin təşkilindən öncə şiə təlimlərinə sahib olmuşdular. Buna görə onlara qarşı müəyyən ittihamlar da vardı. Səfəvi şahları da şiə etiqadına görə müəyyən cərəyanlar tərəfindən ittiham edilirdi. Amma bütün bunlar şiəliyin İran ərazisində yayılması və möhkəmlənməsinə mane olmadı. Sufi şeyxlərinin müəyyən həddə şiə təlimlərinə bağlılığı buna zəmin yaradırdı. Səfəvi şeyxlərinin əvəllər ardıcıllıq etdiyi şafei təlimi şiəlik kimi ideoloji-siyasi stimullara malik deyildi. Amma şiəlik ictimai-siyasi zəmində problemlərə biganə qalmırdı. Səfəvi padşahlarının dövründə məscidlər tikildi, mədrəsələrin sayı artdı. Səfəvi padşahları Məşhəd və Qumda da məzhəbi binalar tikdilər.
Şiə şəhidlərə əzadarlıq mərasimi Səfəvi hakimlərinin dövründə rövnəqlənib. Məhərrəm ayında rövzə oxunması, məddahlıq Səfəvilər dövrünə təsadüf edir. Həmin dövrdəki dini fəaliyyətlər sırasında şəbih adlandırılan səhnələşdirmələr, əzadarlıq heyətlərinin fəaliyyəti ənənəyə çevrildi. Peyğəmbər (s) Əhli-Beytindən (ə) olan imamların mövlud günləri şənlik, şəhadət günləri əzadarlıq keçirilirdi. Şairlər də bu fəzanın təsiri altında şerlər yazırdı. İmamların mədhi, mərsiyyə janrının güclənməsi həmin dövrə təsadüf edir. Möhtəşəm Kaşaninin məşhur şerləri də bu dövrə aiddir.
Səfəvilər xalqı ziyarət səfərlərinə təşviq edirdi. Həmin dövrdə Osmanlılarla ardıcıl müharibə getdiyindən İraqdakı müqəddəs yerlərin ziyarəti çətinləşmişdi. Bunun əvəzində xalq Məşhəd və Quma ziyarətə gəlirdi. O dövrdə birinci Şah Abbas Məşhəddə imamın ziyarəti üçün İsfahandan Məşhədə yolu piyada getmişdi.
Səfəvilər dövründə həm də fars dilində yazılan kitabların, risalələrin sayı artmışdı. Əgər əvvəllər dini mətnlərlə tanışlıq üçün ərəb dilini bilmək zəruri idisə, artıq fars dilini bilməklə dinin əsasları və şəriət məsələləri ilə tanış olmaq asanlaşmışdı. Səfəvilərin şiə məzhəbini himayələri cəmiyyətdə müsbət qarşılanırdı, imkanlı adamlar da məscid və mədrəsə tikintisində iştirak edirdi.

Vilayet.nur-az.com


1459 بازدید
در حال ارسال اطلاعات...