Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Yuxuda gördüm anam döyüşçülərin arasında gəzir...

Kərbəla-4 əməliyyatının üzgüçüsü ilə söhbət
Dünya imperializminin himayəsi altında Səddam İrana təcavüz etdi. 500 üzgüçü “Ya Məhəmməd rəsulullah” rəmzi altında Ərvənd çayına baş vurdu. Amma düşmən əməliyyatla bağlı məlumat əldə etmişdi. Qüvvələr geri çəkiləndə 500 üzgüçüdən yalnız 200 nəfəri geri qayıda bildi.
Yaxın günlərdə həmin əməliyyatda şəhadətə çatanların, əsir düşüb diri-diri torpağa bastırılanların cənazəsi aşkarlandı və vətənə döndü. Xalq şəhidlərin cənazəsini böyük hüzn və iftixarla qarşıladı. Sübut oldu ki, bu şəhidlərin qanı batmayıb. Şəhidlərin istiqbal mərasimindəki izdiham bir daha göstərdi ki, bugünki gənclər də həmin amallara sadiqdir.
Əbül Xəsib və Şələmçə əməliyyat məntəqələri siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Bu məntəqə cənub cəbhəsində ən mühüm əməliyyat məntəqəsi idi. İnqilab Keşikçiləri Korpusu Bəsrəni nəzarətə götürməklə bu məntəqəyə yol açmaq istəyirdi. Bu məqsədlə şəmsi 1365-ci il, dey ayının 3-də 500 üzgüçü “Ya Məhəmməd rəsulullah” rəmzi ilə Ərvənd çayına üz tutdu.
Amerika radarları və başqa vasitələr bu gizli əməliyyatı aşkarladı və İraq tərəfi bu barədə məlumatlandırıldı. Bu səbəbdən geri çəkilən 500 üzgüçüdən yalnız 200 nəfəri sağ qaldı. Kərbəla-4 əməliyyatının şücaətli üzgüçüləri mövzusu günün aktual mövzularındandır. Cənab Həmid Əhmədiyyə 18 yaşında Kərbəla-4 və 5 əməliyyatlarında üzgüçü kimi iştirak edib. 18 yaşlı gənc cənub və qərb məntəqələrində döyüşüb. Həmid Əhmədiyyənin acılı-şirinli xatirələri kifayət qədərdir. Böyük təcrübə toplamış keçmiş üzgüçü bu gün də siyasi səhnədə fəaliyyətlə məşğuldur.

Sual: Cənab Həmid Əhmədiyyə siz hərbi üzgüçülər arasında olmusunuz. Onların etiqadı, döyüş məharəti barədə nə deyə bilərsiniz?
Cavab:
Bu üzgüçülər peşə məharətindən əlavə güclü döyüş ruhiyyəsinə malik idilər. Qorxu bilməyən bu insanlar böyük cəsarətlə Ərvənd çayına baş vurdular. Onlar iddiasız gənclər idi. Özlərini əvvəlcədən şəhid sayırdılar. Onlar ən zəif hərbi təchizatla düşmənlə üzləşməmişdən öncə Ərvənd çayı ilə vuruşa başladılar. Əməliyyat zamanı suyun səthindən bir metr aşağı ilə hərəkət edirdik. Çayın sürəti saatda 70-100 km idi. Belə bir vəziyyətdə üzgüçülərdən Ərvəndə əsir olanlar da vardı.

Sual: 1365-ci il, 3 dey gecə yarı, Kərbəla-4 əməliyyatında nə baş verirdi?
Cavab:
Əmmar batalyonu Xürrəmşəhr yaxınlığında qərargaha doğru yolda düşdü. Bəhmənşirdə bir qədər hazırlıqdan sonra qış gecəsi Ərvənd çayına üz tutduq. Üzgüçülər əvvəlcədən hazırlanmış kanalda mövqe tutdular. Xatırlayıram ki, əvvəlcə üzgüçülər ön xətti yarmalı idilər, sonra qayıqlar hərəkət etməli idi. Ön xəttin yarılmasını gözlədiyimiz zaman yorğun üzgüçülərdən bir hissəsini yuxu apardı. Kərbəla-5 əməliyyatında şəhadətə çatan döyüşçülərdən biri “ana, ana” fəryadı ilə yuxudan qalxdı. Yuxusunu dostlarından birinə danışdı. Deyirdi ki, mənim anam yoxdur, yuxuda gördüm anam qəddi əyilmiş halda döyüşçülərin arasında gəzib onlara dua edir.

Sual: Bu intizar necə başa çatdı?
Cavab:
Biz üzgüçülərin ön xətti yarmasını gözləyirdik. Amma bu nəticəsiz oldu. Qarşıdan atışma səsləri eşi