Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

“Həmd” surəsinin siması

“İyyakə nəbudu” deməklə riyakarlıq və şöhrətpərəstlik aradan götürülür
Digər bir adı “Fatihətul-kitab” olan “Həmd” surəsinin yeddi ayəsi var. (Səma qatlarının, həftənin günlərinin, Kəbə ətrafında təvaf dövrlərinin, Səfa və Mərvə arasındakı səylərin, şeytana atılan daşların da sayı yeddidir.) Hər bir müsəlmana vacibdir ki, gündəlik (yövmiyyə) namazlarında ən azı on dəfə bu surəni oxusun. Əks təqdirdə, namaz batildir. Hədisdə buyurulur: “Fatihətul-kitabsız namaz yoxdur.” (“Müstədrək