Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2015

İran əlini tətikdən çəkməyəcək!

Amerika İranın raket sənayesini ifliç etməyə çalışır.
Amerika İranın raket sənayesini ifliç etməyə çalışır. Amma İran əlini tətikdən çəkməyəcək, məqsəd İsrailin məhvidir.
Amerikalılar Təhlükəsizlik Şurasının qətnamə layihəsində bir bənd saxladılar. Bu bənd raketlərin nüvə başlığı daşıması bəhanəsi ilə ortaya qoyulub. Əslində məqsəd İranın raket sənayesini iflic etməkdir. Amma İran raket sənayesinin inkişafını dayandırmaq fikrində deyil və regionda İsrail kimi bir düşmənin varlığı onu əlini tətikdə saxlamağa məcbur edir.
Fars İnformasiya Agentliyinin təhlükəsizlik-müdafiə bölməsindən Mehdi Bəxtiyari xəbər verir: Səddamın təcavüzü zamanı, müqəddəs müharibənin ortalarında İran Bəəs rejiminin hücumlarına cavab vermək üçün raket bölməsi yaratmaq qərarına gəlmişdi. Bu arada 13 iranlı təlim üçün Suriyaya getdi. Elə həmin günlərdə böyük maddi sıxıntılar içində İran ilk raketi Bağdada yönəltdi. Heç kimin ağlına gəlmirdi ki, cəmi 20 il sonra İranın gənc mütəxəssisləri regionun ən güclü raket komplekslərini yaradacaq. Bu gün hərbi mütəxəssislər bu fikirdədirlər ki, İran raket sənayesi, texnologiyası sahəsində dünyada ilk 10 ölkədən biridir.
İran raket sənayesinə sərmayə yatırdı, inqilabın adsız övladları bu sahədə cihad etdi. Artıq neçə illərdir raket kompleksləri işə salınıb. İndi İranın hərbi arsenalında yaxın, orta və uzaq mənzilli raketlər var. Müxtəlif markalı Kruz raketləri, Şəhab ballistik raketi bu arsenala daxildir. Qədir, Qiyam, Siccil, Fateh, Hörmüz, Xəlici-Fars raketləri də İranın raket kolleksiyasında yer alıb.
İran raket sənayesindən söz düşəndə dərhal şəhid Həsən Tehrani Müqəddəm xatırlanır. Bu böyük insan vəsiyyət etmişdi ki, qəbir daşı üzərinə belə yazılsın: “Burada İsraili məhv etmək istəyən şəxs dəfn olunub.” Şəhid Həsən Tehrani Müqəddəmdən şirin xatirələr qalıb. İran raket sənayesinin atası adını almış şəhid Həsən Tehrani Müqəddəmin döyüş yoldaşlarından biri belə xatırlayır: Müqəddəs müdafiə günlərindən sonra bizim hərbi arsenalda təkcə SKAD raket kompleksləri vardı. Bunlar da xaricdən gətirilmişdi. NAZİAT raketlərinin isə üzərində hələ də təkmilləşdirmə işləri aparmaq lazım idi. Belə bir vəziyyətdə general Müqəddəm bizim özümüzə də röya görünən bir layihənin icrasına başladı. Şəhid Müqəddəm deyirdi ki, nə vaxt qəsbkar İsrail rejimini vura biləcək raket kompleksi hazırlaya bilsək rahatlaşaram, mənim arzum budur! O zaman 300 kilometri vuran SKAD raketlərimiz var idi. Hətta 500-600 kilometri vura bilən SKAD-C raketləri bizim üçün bir xəyala çevrilmişdi. Düşünürdük ki, bu raketləri əldə etsək böyük iş görmüş olarıq. Sərdar Müqəddəm 1200-1300 kilometri vura biləcək raketlər arzusunda idi. Həmin dövrdə bərk yanacaqla işləyən ZİLZAL, ŞƏHAB-1, ŞƏHAB-2 raketlərini hazırlaya bildik. Artıq ŞƏHAB-1, ŞƏHAB-2 raketlərinin istehsalı kütləviləşmişdi. Biz raket texnologiyasını tədricən inkişaf etdirirdik. 70-ci illərin sonları, 80-cı illərin əvvəllərində öz mütəxəssislərimizin hazırladığı ŞƏHAB-3 raketinin istehsalına başalanıldı. Artıq General Müqəddəmin arzusu həyata keçmişdi. Mən düşünürdüm ki, artıq İsraili rahat vura biləcək ŞƏHAB-3 raketlərindən sonra görüləsi iş qalmayıb. Amma hacı Həsən öz işini başa çatmış hesab etmirdi. ŞƏHAB-3 raketləri barədə məlumat dünyaya yayılanda düşmən cəbhəsində aləm bir-birinə dəydi. Bizim raket texnologiyamız inkişaf etdikcə düşmənin də qorxusu artırdı ...
ŞƏHAB ailəsindən olan raketləri İran raket sənayesinin məşhur markası saymaq olar. ŞƏHAB-1, ŞƏHAB-2, ŞƏHAB-3 raketləri kütləvi istehsal edilirdi. İran İslam Cümhuriyyəti ilk addımda ölkə daxilində raket istehsalı üçün SKAD-B raketi layihəsi üzərində 300 kilometri vura bilən ŞƏHAB-1 raketini istehsal etdi. 2 il sonra 500 kilometri vuran ŞƏHAB-2 raketləri hazırlandı. SKAD-C layihəsi üzərində iş aparıldı, İsraili vura biləcək ŞƏHAB-3 raketləri istehsal edildi. Bu raket 1150 kilometri vurmaq gücündədir. İsraili vurmaq üçün bu kompleks ölkənin qərb sərhədlərində, Gilani-qərb kimi nöqtələrdə yerləşdirilməlidir.
Şəmsi 1377-ci ildə ŞƏHAB-3 raketləri sınaqdan keçirildi. Bu raketin gücü aydın olandan sonra düşmənin İranın raket sənayesinə baxışı dəyişdi. ŞƏHAB-3 raketlərinin istehsalı sübuta yetirdi ki, İran raket sənayesi qənaətbəxş bir səviyyəyə yüksəlib. Müxtəlif markalı ŞƏHAB-3 raketləri istehsal olundu və ordu arsenalına təqdim edildi.
Raket kolleksiyasında ŞƏHAB-3-ün təkmilləşdirilmiş forması olan QƏDR raketinin adını çəkmək olar. QƏDR raketləri MULTİ WAR HEAD başlıqları daşımaq imkanına malikdir. 2000 kilometr məsafəni vura bilir. QƏDR raketləri iki növdür: QƏDR-F və QƏDR-H. İkinci növ qədrin vurma məsafəsi 1650 kilometrdir.
Maye yanacaqlı raketlər atəşdən öncə yanacaqla doldurulmalıdır. Bu raketlərin hazırlıq mərhələsi uzun çəkir. Bu arada raketin düşmən tərəfindən müəyyənləşdirilməsi imkanı artır. Bu problemi aradan qaldırmaq üçün son illərdə ölkənin müxtəlif yerlərində ballistik raketlər üçün yeraltı qurğular hazırlanıb. Yanacaqla doldurulmuş raketləri belə yeraltı qurğularda bir neçə ay saxlamaq mümkündür. ŞƏHAB-3 raketinin göstəriciləri: Vurma məsafəsi 1150 kilometr, raketin uzunluğu 15,54 metr, atəşə hazır vəziyyətdə çəkisi 15360 kiloqram, döyüş başlığının çəkisi 670 kiloqram, yanacaq növü maye, qalınlığı 125 santimert, parçalanması 1 mərhələli, təyinatı yer-yer. QƏDR-F raketlərinin göstəriciləri: Vurma məsafəsi 1950 kilometr, raketin uzunluğu 15,86 metr, atəşə hazır vəziyyətdə çəkisi 17460 kiloqram, döyüş başlığının çəkisi 650 kiloqram, yanacaq növü maye, qalınlığı 125 santimetr, parçalanması birmərhələli, təyinatı yer-yer.
İranın raket arsenalında 2000 kilometri vuran maye yanacaqlı raketlər var. Orduda bu raketlər yer-yer tipli raketlər arasında güclü raket sayılır. Bu raket ehtiyacları ödəyir. Bu raketdən istifadədə onun vurma məsafəsi ilə yanaşı diqqət və güc də rol oynayır. Raket sənayesi şəhid Tehrani Müqəddəmin fəaliyyətləri sayəsində yeni bir mərhələyə keçib.
ŞƏHAB və QƏDR raketləri nəslindən sonra uzaq mənzilli bərk yanacaqlı raketlərin layihələndirilməsi başlayıb. Belə yanacaqdan 300 kilometri vuran FATEH raketlərində də istifadə olunur. Amma bərk yanacaqdan əsasən böyük düşmən hədəflərinin vurulması üçün nəzərdə tutulmuş raketlərdə istifadə olunur.
Bərk yanacaq güc və sürət faktorlarına müsbət təsir etsə də təhlükə riski böyükdür.
SİCCİL raketləri QƏDR raketləri kimi 80-cı ilin ortalarında istehsal olunub. Bəziləri SİCCİL raketini İranın ən üstün ballistik raketi hesab edr. SİCCİL raketi Aşura layihəsinin məhsuludur, bərk yanacaqdan istifadə olunmuş ilk uzaqmənzilli raketdir. Atəş üçün bir neçə dəqiqəyə hazır olur, atəşdən sonra qurğu qısa müddətdə həmin yeri tərk edə bilir. Bu faktorlar atəş açılmazdan öncə raketin vurulması ehtimalını azaldır. Digər tərəfdən SİCCİL raketlərinin ilk mərhələdə müəyyənləşdirilib vurulması çətindir. Demək olar ki, düşmənin belə bir şansı yoxdur. 2000 min kilometr məsafəni vuran SİCCİL raketləri SİCCİL-1, SİCCİL-2 markalarında istehsal olunub.
Bu raketlər iki mərhələlidir. Birinci hissənin yanacağı qurtardıqdan sonra həmin hissə raketdən ayrılır və ikinci hissə işə düşür. Lazımsiz hissənin raketdən ayrılması onun hərəkətinin davamını asanlaşdırır. SİCCİL raketləri hədəfə doğru saniyədə 4300 metr sürətlə hərəkət edir. İstənilən havadan müdafiə sistemi SİCCİL raketlərini vurmaqda acizdir. Bu raketlərdə bərk yanacaqdan istifadə olunur. Bu raketlərin saxlanma müddəti də böyükdür. Güclü atəş qurğuları SİCCİL raketlərinin hədəfə dəqiq yönəldilməsinə şərait yaradır. Bu raketlərdə son yanacaq növü sayılan bərk yanacaqdan istifadə olunur. Digər yer-yer raketləri ilə müqayisədə SİCCİL-in müstəsna xüsusiyyətləri var. SİCCİL raketinin göstəriciləri: Vurma məsafəsi 2000 kilometr, raketin uzunluğu 17,9 metr, atəşə hazır vəziyyətdə çəkisi 23540 kilometr, döyüş başlığının çəkisi 650 kiloqram, yanacaq növü bərk, qalınlığı 125 santimetr, parçalanması iki mərhələli, təyinatı yer-yer.
Silahlı Qüvvələr Qərargahından verilən rəsmi məlumata əsasən İsrailin məhvi üçün nəzərdə tutulan əsas raketlər ŞƏHAB, QƏDR və SİCCİL raketləridir. Bu raketlər həm də müqavimət qüvvələrinin ixtiyarında var.
1389-cü il, 29 mordadda ilk dəfə Qiyam raketi nümayiş etdirildi. Orta mənzilli ballistik raket olan QİYAM uğurla sınaqdan çıxdı. Texnoloji baxımdan QİYAM raketləri daha müasirdir. Bu raketin istehsalını raket sənayesində yeni bir mərhələ hesab edirlər. Ölkənin raket sənayesində 25 illik təcrübəsinin məhsulu QİYAM raketləri sayılır. Bu ballistik raket müxtəilf məsafələrdə olan hədəfləri vura bilir. General Hacızadə bu barədə deyir: Hacı Həsən Tehrani Müqəddəm 2000 min kilometri vuran raket hazırlamaq istəyirdi. Onun növbəti layihəsi keyfiyyət dəyişiklikləri idi. Biz hiss etdik ki, Amerikaya məxsus hədəfləri vurmaq üçün 800 kilometri vuran raketlərə ehtiyacımız var. ...
Şəhid Tehran Müqəddəm ŞƏHAB-1 raketi ölçüsündə 800 kilometri vura bilən raket nəzərdə tuturdu.
QİYAM raketlərinin atəşə hazırlıq zamanının qısa olması da onun mühüm xüsusiyyətlərindəndir. Bu raketin həm də radardan qaçmaq imkanları böyükdür. Hazırda QİYAM ballistik raketləri ilə SEPAH-ın hərbi arsenalı təchiz olunub.
Özünəməxsus xüsusiyyətlərə malik olan raketlərdən biri də FATEH raketidir. Bu raketi bərk yanacaqla təchiz olunan ilk raketlərdən saymaq olar. FATEH raketinin dəqiqliyi yüksək səviyyədədir. 250-300 kilometr məsafəni vuran raketin partlayış dalğası 500 kilometrə qədər yayılır. Sürəti saniyədə 1,5 kilometrdir. Raket hidayət kompleksi və su komplekslərindən buraxılır. FATEH raketinin xətası 10 metr civarında qiymətləndirilib. Dənizdə hərəkətdə olan hədəfləri vurmaq üçün nəzərdə tutulmuş raketin göstəriciləri qənaətbəxşdir. İnkişaf etmiş ölkələrin yer-yer tipli raketlərinin xətası bundan yüksəkdir. Bu faktorlar İran Raket Sənayesinin inkişafından danışır.
Uçan abyektlərin vurulması üçün FATEH və XƏLICI-FARS raketlərindən istifadə olunur. Bu raketləri müxtəlif komplekslərdən atmaq mümkündür. İki raket üçün nəzərdə tutulmuş ZÜLFÜQAR kompleksləri maşınlar üzərində yerləşdirilir. Üç raket üçün nəzərdə tutulmuş daşınan komplekslər də var. Komplekslərin əksəriyyəti daşınandır və bu əməliyyat sürətini artırır.
XƏLICI-FARS raketləri 1389-cu il, bəhmən ayında silahlı qüvvələrin ixtiyarına verilib. Bu səsdən sürətli ilk ballistik raketdir. Qaydaya görə dənizdə hərəkət edən obyektlərin vurulması üçün KRUZ raketləri nəzərdə tutulub. 33 günlük müharibədə bu raketlərdən istifadə olunub. Təəssüf ki, raketlərin sürəti böyük olmadığından onların hədəfə çatmağa qədər vurulması mümkündür. XƏLICI-FARS raketlərinin hədəfi müəyyənləşdirmək imkanları da var. Onun başlığında 450 kiloqram partlayıcı maddə var və bu faktor hədəfi yayınmaq imkanından məhrum edir.
XƏLICI-FARS raketləri bərk yanacaqla təchiz olunub. Bu raketlər SEPAH-ın Hava-Fəza qüvvələri tərəfindən layihələndirilib, Müdafiə Nazirliyinin himayəsi ilə istehsal olunub. XƏLICI-FARS raketi general şəhid Həsən Tehrani Müqəddəmin dəyərli işlərindəndir. XƏLICI-FARS raketi FATEH-110 raket nəslindən sayılır. Amma raketin quruluşundan onu FATEH-dən fərqləndirmək mümkündür. XƏLICI-FARS raketinin üc hissəsində elektor qurğu yerləşdirilib və bu qurğu onu hədəfə doğru yönəldir. Raket qurğudan buraxıldıqdan sonra azad olur və özü hədəfi müəyyənləşdirir. FATEH raketinin göstəriciləri: Vurma məsafəsi 300 kilometr, raketin uzunluğu 8,9 metr, atəşə hazır vəziyyətdə çəkisi 3670 kiloqram, döyüş başlığı 500 kiloqram, yanacaq növü bərk, qalınlığı 68 santimetr, təyinatı yer-yer.
1393-cü il, ordibehişt ayında raket sənayesinin növbəti məhsulu olan HÖRMÜZ-1, HÖRMÜZ-2 raketləri nümayiş etdirildi və Cənab Rəhbər Ayətullah Xamenei Hava-Fəza qüvvələrini məhsulları sırasında bu raketi də baxışdan keçirdi. HÖRMÜZ raketləri radardan yayınmaq imkanlarına malikdir. HÖRMÜZ-1, HÖRMÜZ-2 raketlərini FATEH sinfindən olan raketlərdən saymaq olar. Təbii ki, bu raket təkmilləşdirilmişdir, xüsusi imtiyazlara malikdir.
İran Raket Sənayesinin nailiyyətlərindən biri də elektron qurğularla təchiz olunmuş rəqəmsal başlıqlardır. Qeyd etmək lazımdır ki, İran istehsalı olan ballistik raketlərin xətası 5 metrdən aşağıdır. Raket sənayesində mövcud göstəricilərə görə bu xəta məqbul və təqdirəlayiqdir.
Raket sənayesi ilə bağlı mühüm mövzulardan biri də nüvə müzakirələrində Amerikanın bu hərbi sahəyeni nəzarətə götürməyə can atmasıdır. Əldə olunmuş razılaşmanın mətni BMT Təhlükəsizlik Şurası, Amerika Konqresi və İran Milli Təhlükəsizlik Şurasından keçməlidir. Təhlükəsizlik Şurasının qəbul edəcəyi yeni qətnamə bütün əvvəlki qətnamələri ləğv edir. Amma əvvəlcədən razılaşdırmaya əsasən müəyyən məhdudiyyətlər saxlanılır. Raket Sənayesi ilə bağlı qadağalar bu qəbildəndir. Qərb bu sənaye üzərindəki sanksiyaları götürmək fikrində deyil. Danışıqlarda iştirak edən Rusiya və Çin tərəfləri raket sənayesi üzərindən də sanksiyaların götürülməsini istəyib. 5+1 üzvləri arasında əsas ixtilaflı məsələlərdən biri də budur. Nəhayət belə bir razılaşma əldə olunub, lakin məhdudiyyətlərin tədrici şəkildə aradan qaldırılması nəzərdə tutulur. İlk qətnamə 2006-cı ildə (1737) qəbul olunub, 2010-cu ildə növbəti qətnamə ilə (1929) gücləndirilir. Müzakirələrdə sanksiyalar iki qismə bölünüb. Silahlanma sanksiyaları və raket sanksiyaları. BMT-nin mümkün saydığı silahların alışı üçün 5 il məhdudiyyət nəzərdə tutulsa da Rusiya Xarici İşlər Naziri Lavrov bildirib ki, həmin 5 ildə də İran bu silahları ala biləcək. Raket sənayesindən sanksiyaların götürülməsi üçün 8 il nəzərdə tutulub. Bu 8 ildə İran müəyyən texnologiyalar ala bilər, amma bu Təhlükəsizlik Şurası ilə razılaşdırılmalıdır.
Müzakirələrin təfərrüatından və əldə olan mətndən də gözəl anlaşılır ki, qarşı tərəfi qorxudan əsas amillərdən biri İranın raket sənayesidir. İran nüvə mərkəzləri istisna olmaqla heç bir hərbi obyektə nəzarəti qəbul etməyib və raket sənayesi də bu qismdəndir. Qarşı tərəf gözəl anlayır ki, İran regionda qəsbkar İsrailin təcavüzkar siyasətlərini əngəlləmək üçün əlini tətikdən çəkmək fikrində deyil. Cənab Rəhbərin buyurduğu kimi, İran öz müdafiə və təhlükəsizlik imkanlarını qoruyub saxlayacaq.

Vilayet.nur-az.com


1475 بازدید
در حال ارسال اطلاعات...